Burma pişiyi

Burma pişiyi — Birma qısatüklü pişik cinsi.

Burma
Burma
Mənşəyi
ÖlkəBirma
İl1934
Klassifikasiya FIFe
KateqoriyaIII — shorthair & somali
StandartBUR
Klassifikasiya WCF
Kateqoriya3 — Shorthair (Qısatüklü)
StandartBUR
Klassifikasiya CFA
KateqoriyaSH — Shorthair (Qısatüklü)
StandartBurmese
Burma Vikianbarda

1930-cu illərdə ABŞ-də Birmadan gətirilmiş pişiyin nəsli əsasında yetişdirilmişdir. Bədəni əzələli, görün düyün dən ağırdır. Başının almacıq sümükləri çıxıq (enlisifət), burnu dibindən əyilmişdir. Gözləri sarı, girdə və ya üst xətti düzlənmişdir. Tükü zərif, parlaq, bədəninə sıx yapışan, tiftiksizdir. Rəngi qəhvəyi, mavi, tünd-qəhvəyi, bənövşəyi, qırmızı, açıq-sarı və onun müxtəlif çalarlarındadır. Burma pişiyinin bədəninin alt hissəsi belinə nisbətən azca açıq rəngdədir. Adamayovuşan və oynaqdır.

Müasir növ
Amerika növü
Hibrid növü
Avropa növü
  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 98. ISBN 978-9952-441-10-9.