Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşıqlıq
Azərbaycan xalqının fəlsəfi mədəniyyətinin intensiv inkişafının daha da artdığı Hacıbəyovdən sonrakı dövrdə peşəkar bəstəkarlıq yaradıcılığında musiqi təfəkkürünün formalaşmasını nəzərdən keçirərkən və tədqiq edərkən baş verən təzahürün həlledici mənbələrinin rolunun təhlilinə diqqət yetirəcəyik. Yəni – aşıq sənəti, kamil muğam qatları və müasir bəstəkarlıq yaradıcılığının yeni üslub xüsusiyyətləri kimi musiqi mədəniyyəti mənbələrindən Ü.Hacıbəyov yaradıcılığı əsasında uğurla və çox həssaslıqla istifadə nəzərdə tutulur. Xalq yaradıcılığında mövcud olan aşıq sənəti üçün yeni keyfiyyət xüsusiyyətləri xasdır ki, bunlar da milli irs kimi Azərbaycanda peşəkar bəstəkarlıq yaradıcılığının əvəzolunmaz və çox mühüm mənbəsi hesab edilir. Bu irs sitat xarakterli deyildir, çox taktla və yerində intonasiya, metroritm, səciyyəvi səslənmələr, obrazlı tərkib hissələrdən istifadə edir. Bu da təbiidir, belə ki, aşıq sənəti Azərbaycan cəmiyyətinin mənəvi aləminin ruhunda və qanındadır. Xalqın tarixi dəyəri və mənəvi inkişaf səviyyəsi həmin xalqa mənsub yaradıcı şəxslərin yaradıcılıq fəaliyyət nəticələri ilə müəyyən olunur. Təbii ki, Azərbaycan xalqının yaradıcılıq istiqamətlərindən bir də çoxəsrlik aşıq musiqisində təzahür olunur. Bu, xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Bu incəsənət növündə poeziya, musiqi, rəqs, ifaçılıq sintezi özünü göstərir. Aşıq musiqisi, aşıq insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm edir və bundan ilham alır.
Yasaqlıq
Yasaqlıq (lat. reservare — qorumaq)– təbiətin ən qədim mühafizə olunan yasaqlıqlar hansı təşkilatın ərazisində yerləşirsə həmin baxır, məs. fermer, meşə təsərrüfatı və s. Yasaqlıq daimi ola bilər. Qoruma rejimi tətbiq olunursa, yasaqlıqda istirahət evləri, turist bazaları tikilə bilər. Lakin hər bir istirahət edən və ya turist özünün yasaqlıqda olduğunu bilməli və onu əhatə edən təbiətlə ehtiyatla davranmalıdır. Yasaqlıqda ov etmək, balıq tutmaq, yer şumlamaq, meşə qırmaq, mal-qara otarmaq, meyvə, [[Giləmeyvəli alma|gilələr yığmaq və ya qismən icazə verilə bilər, yaxud da tamamilə qadağan olunur. Yasaqlıqda bütün təbii kompleks deyil, onun ayr(bitki örtüyü, heyvan, quş və balıq növləri, nadir mağaralar, qeyri adi hidroloji rejimi ilə fərqlənən göllər, turizm və istirahət əhəmiyyətli mənzərəli yerlər, faydalı qazıntı, həmçinin tarixi xatirə əhəmiyyəti olan ərazilər və s.) mühafizə edilir. == Respublikamızdakı yasaqlıqlar == Azərbaycanda ilk yasaqlıq 1961-ci ildə yaradılmışdır. 1993-cü ilə qədər yasaqlıqların yaradılması prosesi davam etdirilmişdir.
Kasıblıq
Yoxsulluq və ya kasıblıq — gündəlik əsas ehtiyacların hamısını və ya bir qismini qarşılamaq üçün kifayət qədər gəliri olmayan vəziyyətdir. Xüsusilə, qida, içki, sığınacaq və geyim kimi əsas ehtiyaclara çətinlik çəkmək imkanı və ya çatışmazlığı yoxsulluq kimi müəyyən edilə bilər. Ancaq bəzi inkişaf etmiş ölkələrdə yoxsulluq standartları dəyişikdir.
Aşiqlik
Aşiq olmaq və ya limerensiya — başqa bir insana yönəlmiş güclü, müsbət çalarlı hiss və ya hisslər kompleksi. Psixoloqların fikrincə, aşiq olmaq şüurun daralması ilə müşayiət olunur ki, bu da hisslərin yönəldiyi obyektin təhrif olunmuş qiymətləndirilməsi ilə nəticələnə bilər. Aşiq sevdiyi insanın çatışmazlıqlarına və onunla münasibətlərdə yaranan ziddiyyətlərə göz yumur, onun müsbət keyfiyyətləri və müsbət qarşılıqlı əlaqə təcrübəsi xüsusi dəyər qazanır. Aşiq olmaq hissinin müsbət çalarlı baxmayaraq, bəzən (məsələn, sevgi obyekti sevgilinin hərəkətlərinə mənfi reaksiya verdikdə) güclü mənfi çalarlı təcrübələrə səbəb ola bilər. Aşiq olmaq qeyri-sabit şüur vəziyyətidir: o, bu və ya digər insanda həmişə sonlu bir müddət ərzində baş verən bir mərhələ kimi mövcuddur. O, azala, bitə və yenidən yarana bilər. Sonda aşiq olmaq başqa bir hissə çevrilə bilər, məsələn sevgiyə. İngilisdilli psixoloji ədəbiyyatda limerensiya (ing. limerence) neologizmi tez-tez istifadə olunur ki, bu da amerikalı biheviorist professor Doroti Tennou tərəfindən təqdim edilmişdir. Maraqlıdır ki, bu söz müəllifin sırf aprior ixtirasıdır, eufoniya üçün tərtib edilib və heç bir başqa sözə qayıtmır.
Aşıqlı
Aşıqlı (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Birinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd. İkinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd.
Aşıqlı (Göygöl)
Aşıqlı (əvvəlki adı: Voroşilovka) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Aşıqlı/Aşıxlı oyk., sadə. Beyləqan r-nunun eyniadlı i.ə.v.-də kənd. Göygöl r-nunun eyniadlı i.ə.v.-də kənd. 1931-ci ilədək Qaryağdı, 1958-ci ilədək Voroşilovka adlanmışdır. Gəncə çayının sağ sahilindən bir qədər aralı, Sanyal dağının ətəyindədir. Etnotoponimdir. 1917-ci ildə Aşıqlı variantında qeydə alınmışdır. Gürcüstanın Dmanisi r-nunda Aşıq kəndi, Moskva vilayətində Aşukino qəsəbəsi və d.y. stansiyası, Şəki-Zaqatala zonasında Aşıqlar məhəlləsi var.
Aşıqlı (Xudafərin)
Aşıqlı (fars. عاشقلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 473 nəfər yaşayır (116 ailə).
Aşıqlı bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Birinci Aşıqlı
Birinci Aşıqlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun Birinci Aşıqlı kəndi Əlinəzərlikənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Aşıqlı kənd Soveti yaradılmışdır. == Toponimikası == Mülahizələrə görə, kəndin adı keçmışdə Mil-Qarabağ düzlərində yaşamış xələc tayfasının Aşıqlı tirəsinin adı ilə bağlıdır. Birinci komponenti isə yaşayış məntəqəsinin adını digər kənd adlarından fərqləndirmək üçün əlavə edilmışdir. == Toponimikası == Birinci Aşıqlı kəndi qədim tarixə malikdir, beləki yaşayış məskəni kimi adı "Dədə Qorqud" dastanında göstərilir. == Coğrafiyası və iqlimi == Kənd Yuxarı Qarabağ kanalından 4 km. aralı, Mil düzündədir. == Əhalisi == Kənd əhalisi azərbaycanlıların Tərəkəmə qolundan (türkmənlər) ibarətdir.
İkinci Aşıqlı
İkinci Aşıqlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun İkinci Aşıqlı kəndi Eyvazalılar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İkinci Aşıqlı kənd Soveti yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi keçmiş Aşıqlı (indiki Birinci Aşıqlı) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Şahsevənlərin aşıqlı tirəsinin adını əks etdirir. == Tarixi == Kəndin əsası 1949-cu ildə qoyulmuşdur. Kənd əhalisi o dövrdə heyvandarlıqla məşğul olmuş, yayda Kəlbəcər ərazisində yaylaqda, payızda isə indiki ərazilərdə qışlaqda yaşamışdır. Oturaq həyata keçəndən sonra bölünüb iki kənddə məskunlaşmışlar — Birinci Aşıqlı və İkinci Aşıqlı kəndləri. == Əhalisi == Kənd əhalisi azərbaycanlılardan ibarətdir. == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir.
Birinci Aşıqlı bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İkinci Aşıqlı bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.