Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Guilty Crown
Guilty Crown (ギルティクラウン, Giruti Kuraun, azərb. Günahkar tac‎) — Production I.G studiyası tərəfindən 2011-ci ildə istehsal olunmuş və 2011-ci ilin oktyabrından Fuji TV-nin Noitamina televiziya blokunda yayımlanmış anime serialı. Anime serialı Şu Oma adlı məktəbli oğlanın səhvən "Kralların gücü" adlandırılan və insanların içərisindən "Boşluq" adlı xüsusi silah və alətləri çıxarmağa kömək edən güc əldə etməsindən bəhs edir. Şu özünü GHQ adlı dövlət şirkəti ilə GHQ-dən Yaponiyanın müstəqilliyini əldə etməyə çalışan Tabutçular terrorist qruplaşması arasında baş verən müharibənin ortasında tapır. Şu gücünün ona verdiyi böyük məsuliyyəti daşımalı olur, qorxunc keçmişi ilə üzləşir. Anime serialı özündə bir çox janrları birləşdirsə də, animenin əsas janrı elmi fentezidir. ASCII Media Works və Square Enix tərəfindən iki manqa adaptasiyası nəşr olunmuşdur. Nitroplus tərəfindən 2012-ci ilin aprelində "Guilty Crown: Princess of Deadpool" adlı ranobe istehsal olunmuşdur. Nitroplus tərəfindən istehsal olunmuş "Guilty Crown: Lost Christmas" vizual romanı 15 dəqiqəlik "Guilty Crown: Lost Christmas" adlı OVA ilə birlikdə yayımlanmışdır. Anime serialı müxtəlif rəylər almışdır.
Britt Dahlen
Britt Marqareta Dahlen (isveçcə:Britt Dahlén) - İsveçli müğənnidir. Daha çox 1980-ci illərdə populyarlıq qazanmışdır. Britt İsveçin Örebro şəhərində doğulmuşdur. Karyerasına ifaçılıq ilə başlamışdır. Onun seçilən mahnısı "Try Me" mahnısı İsveç və Yaponiya kimi ölkələrdə məşhurluq qazanmışdır. Həmçinin, "Into The Night" və "Love Me Forever" mahnıları seçilən mahnılarının sırasındadır.
Getty Images
Getty Images — ABŞ foto agentliyi. Agentliyi 1995-ci ildən fəaliyyət göstərir və hazırda dünyada ən böyük foto arxivinə malik agentliklərdəndir.
Mr. Kitty
Mr. Kitty və ya Echo Strobe kimi daha yaxşı tanınan əsl adı Forrest Avery Carney olan (24 mart 1992-ci ildə anadan olub), Amerikalı müğənni-bəstəkar, prodüser və DJ-dir. Onun üslubu synthwave, synthpop, new wave, cadugər evi və qaranlıq dalğa kimi təsvir edilir və musiqilərində dinləyicilərdə nostalji hisslər oyadır. O, daha çox 2014-cü ildə yayımladığı və 2019-cu ildə YouTube platformsında fanatı tərəfindən videosu yerləşdirildikdən sonra populyarlaşan "After Dark" mahnısı ilə tanınır Carney başqaları üçün IAMX və Estetik Mükəmməllik remiksləri etdi və Pastel Ghost və Crystal Castles ilə birgə mahnılar ifa etdi.
The Pretty Reckless
The Pretty Reckless — qrup 1993-cü ildə doğulan Amerikan gənc aktrisa Taylor Momsen tərəfindən quruldu. Digər qrup üzvləri: Ben Phillips (gitara), Mark Damon (bass gitara) və Jamie Perkins (zərb alətləri). Əvvəlcə qrupun adı The Reckless olmalı idi, amma onu müəllif hüququyla problemlərə görə The Pretty Reckless ilə əvəz etdilər. Qrupun "Make Me Wanna Die" adlı ilk mahnıları 13 may 2010-cu ildə çıxdı və debüt "Light Me Up" adlı ilk albomları 30 avqust 2010-cu ildə çıxaraq,UK Rock Chart-da birinci yeri tutdu.
Mey-Britt Mozer
Mey-Britt Mozer - 4 yanvar 1963-cü ildə Norveç , Fosnavoq şəhərində anadan olub .Norveçli psixoloq və neyrof izioloqdur. Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatıdır (2014). Norveç Elmlər Akademiyasının və Leopoldina (2016), ABŞ Milli Elmlər Akademiyasının (2014) və Amerika Fəlsəfə Cəmiyyətinin (2015) xarici üzvüdür. Doktor (1995), professor və Neyrokompüter Hesablama Mərkəzinin təsisçi direktoru Tronxeymdəki Norveç Elm və Texnologiya Universiteti. Əməkdaşlıq edən cütlük Mey-Britt və Edvard Mozer kosmosun təmsili üçün beynin mexanizmi ilə bağlı tədqiqatlar sahəsində qabaqcıllardır, ikisidə 1996-cı ildə yuxarıda adı çəkilən universitetdə dərs deməyəbaşladılar, 2002-ci ildə Yaddaş Biologiyası Mərkəzini və 2007-ci ildə Kavli İnstitutunu yaratdılar. O, Luize Qross Horvitz Mükafatı (2013) və Karla Spencera Leşli Mükafatlarını(2014) əri ilə birgə fəxri elmi mükafatlar alıb.. 2014-cü ildə onlar Con O'Kif ilə birlikdə " Beyində yerləşdirmə sistemi meydana gətirən hüceyrələrin kəşfinə görə " Fiziologiya və Tibb üzrə Nobel Mükafatını aldılar . == Bioqrafiyası == O, 1990-cı ildə psixologiya üzrə və 1995-ci ildə Oslo Universitetində neyrofiziologiya üzrə fəlsəfə doktoru dərəcəsi alıb (Prof. Per Andersenin rəhbərliyi altında). 1994-1996-cı illərdə Edinburq Universitetinin Nevrologiya Mərkəzində Richard Morris ilə aspirantura təhsili keçmiş və London Universitet Kollecində Con O'Kif laboratoriyasında dəvətli işçi olmuşdur.
P.Y.T. (Pretty Young Thing)
P.Y.T. (Pretty Young Thing) — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Qoritti adası
Qoritti adası (isp. Isla Gorriti) — Atlantik okeanıda, Uruqvaya məxsus ada. == Coğrafiya == Ada La-Plata estuarisində yerləşən Maldonado körfəzinin suları ilə əhatələnir. İnzibati baxımından Uruqvayın Maldonado departamentinə daxildir. Adanın uzunluğu 1,7 km, maksimal isə 700 m, minimal eni isə 160 m, sahəsi 21 ha-dır. == Tarixi == Ada 1516-cı ildə ispan dənizçisi Xuan Dias de Solis tərəfindən kəşf edilmişdir. XIX əsrin sonları adada güçlü yanğın baş verir. Nəticədə onun bütün bitki örtüyü məhv olur. hazırda isə onun böyük hissəsində sahil şamı əkilmişdir.
Rupert Qrint
Rupert Aleksandr Lloyd Qrint (ing. Rupert Alexander Lloyd Grint) — Böyük Britaniya aktyoru. Rupert Qrint 24 avqust 1988 ci ildə İngiltərədə anadan olub. Hal hazırda 31 yaşındadır. Harri Potter filmində rol almazdan əvvəl teatrdə səhnə alıb.Yazıçı Coan Roulinqin əsərləri üzrə çəkilmiş Harri Potter haqqında filmlərdə Ron Uizli rolunda çəkildikdən sonra daha da məşhurlaşmışdır. Rupert Qrintin baş rolda oynadığı film isə 2002 ci ildə komedia filmi Thunderpands oldu. Harri Potter film ardıcıllığı belədir. Harri Potter və Fəlsəfə Daşı, Harri Potter və Sirlər Otağı, Harri Potter və Azkaban Məhbusu, Harri Potter və Simurq Ordeni, Harri Potter və Yarımqan Prins, Harri Potter və Ölüm Hədiyyələri I Hissə və son olaraq Harri Potter və Ölüm Hədiyyələri II Hissə olmuşdur.
Rıtıy burnu
Rıtıy burnu (bur. Хээрэ Хушуун, (rus. Рытый) — Baykal gölünün şimal-qərb sahilində yerləşən burun. İrkutsk şəhərindən 310 km şimal-şərqdədoir. Burada geniş otlaqlar vardır. == Elmi faktlar == Burun Baykal gölünün daxilinə 2 km məsafədə uzanır. Onu Olxon adasından asanlıqla görmək mümklkündür. Ritıy çaylarının vadisi geoloji çatlar üzərində yerləşir. Rıtıy burnundan Barquzin çayının vadisinə qədər Baykalıq sahili ilə səkkiz iri təpə uzanır. Geoloji düzülüşdə alt proterozoy erasının dağ suxurları üstünlük təşkil edir.