Rıtıy burnu

Rıtıy burnu (bur. Хээрэ Хушуун[1], (rus. Рытый) — Baykal gölünün şimal-qərb sahilində yerləşən burun. İrkutsk şəhərindən 310 km şimal-şərqdədoir. Burada geniş otlaqlar vardır.

Rıtıy burnu
Yerləşməsi
53°50′01″ şm. e. 108°04′31″ ş. u.
Akvatoriya Baykal gölü
Ölkə  Rusiya
Rıtıy burnu xəritədə
Rıtıy burnu
Rıtıy burnu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Burun Baykal gölünün daxilinə 2 km məsafədə uzanır. Onu Olxon adasından asanlıqla görmək mümklkündür. Ritıy çaylarının vadisi geoloji çatlar üzərində yerləşir. Rıtıy burnundan Barquzin çayının vadisinə qədər Baykalıq sahili ilə səkkiz iri təpə uzanır. Geoloji düzülüşdə alt proterozoy erasının dağ suxurları üstünlük təşkil edir.

Rayon olduqca seysmik ərazidir. Burada 10 ballıq zəlzələlər mümkündür. İl ərzində baykalda 2000 zəlzələ qeydə alınır. Ərazidən axan çaylarda sellər adi haldır. Torpaq sürüşməsi qeyd olunur. Ritıy burnu ərazisində 50 mVt/saatdan çox olan dərin istilik axını qeydə alınmışdır. Anomal maqnit sahəsi 15 km-dən −1 - +2 (1 me = 0,08 А/m) arasında dəyişir. Yer qabığının qalınlığı burun ərazisində 30–40 km arasında dəyişir. yer qabığınəın qalınlığı Baykal rift dərəsinbdə təqricən dəyişir. Burada Mantiya ilə anomal mantiya arasında sərhəd vardır. Anomal və normal mantiya arasında sərhəd yer səthindən 50 kilometrə qədər çartmır. Halbuki bu Onon çayı rayonunda 300 km təşkil edir.

İqlim zonası baxımından Rıtinsko-Mujinayski iqlim bölgəsini təşkil edir. İl ərzində 2200 günəşli saat müşahidə edilir. Burada Alçaqboylu sidr şamı, Sibir sidrağacı, mamır, şibyə və s. bitkilərə rastlanılır. Burada bitən faunanın 76 % endemikdir. Ən güçlü fırtınalar zamanı dalğaların hündürlüyü 5 metrə çatır. sahildə buzun tam bərkiməsi 18—30 yanvar tarixlərində müşahidə edilir. Ərazinin buzdan azad olması ilə 15—30 may aralığında baş verir. Buzun qalınlığı 80—130 sm-dir.

Maraqlı tapıntılar və tikili

[redaktə | mənbəni redaktə et]

Divar — iri daşların üst-üstə yığılması ilə meydada gəlmnişdir. Yerindən asılı olaraq divarın qalınlığı 1,5 metrə çatır. Tikili dağların 25° mailli hissəsində inşa edilmişdir. Onun eni 3 metrdir. Divarın uzunluğu 333 metrdir. Dəniz səviyyəsindən 650 m, Baykalın səviyyəsindən isə 200 metr yüksəklikdədir. Divar fraqment şəkilinda günümüzə gəlib çatmışdır. Bütün fraqmentlər bütünlüklə qorunub saxlanılçmışdır. Onun nə məqsədlə inşası bilinmir. Üstəlik burada arxeoloji qazıntılar aparılmamışdır.

Keramika — 2006-cı ildə divarra baxış zamanı keramika qalıqları aşkarlanmışdır. Rusiya Elmlər akademiyası tərəfindən aparılan araşdırmalar bu tapıntının hansısa gil qaba və ya fincana aid olması ehtimal edilir. Keramikanın bayır üzüq deyil daxili hissəsində od izləri vardır. Bu isə kermik qabda odun daşınması ehtimalını yaradır. Bəlkə də gecə vaxtı işarə məqsədli od yandırarkən bu qabdan istifadə edilmişdir.

Tur (daş yığınları) — divarın daxili hissəsində, təqribən 4,5 km² sahədə turları mü.ahisdə etmək mümkündür. Gündüz bu turları 250–500 m məsafədən görmək mümkündür.

Baykal optik linzası

[redaktə | mənbəni redaktə et]

Yerli əhalinin "dağ" adlandırdığı, Kiçik dəniz boğazı bölgəsində "Sarma" adı ilə tanınan şimal-qərb küləyindən sonra hava o dərəcədə təmizlənir ki, Baykal optik linzasını əmələ gətirir. Üfüqdən 150 km, ağacların baş hissəsindən 50 km, ayrı-ayrı dağlareın zirvələrindən 100 km məsafədən aydin şəkildə görünür. Baykalın rıtıy burnunun əks sahilindən buranı aydın şəkildə görmək mümükndür. Görünür Divar və turlar gecə vaxtı «od teleqrafı» rolunu oynamışdır.

  1. "Мыс Рытый на Байкалере". 2018-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.