Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hərbçi
Hərbi qulluqçu — hərbi xidmətin yerinə yetirilməsi ilə əlaqədər xüsusi hüquqi statusa malik şəxs. Hərbi qulluqçuya bir qayda olaraq hərbi rütbə verilir. Hərbi rütbə hərbi and qəbul edildikdən və xüsusi təhsil aldıqdan sonra verilir.
Abbas Quliyev (hərbçi)
Quliyev Abbas Şahbaz oğlu (15 sentyabr 1916, Şəkərabad, Naxçıvan rayonu – 30 dekabr 1998, Naxçıvan) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 1916-cı ildə Naxçıvan qəzasının (indiki Babək) Şəkərabad kəndində anadan olmuşdur. 1930-cu ildə ibtidai məktəbi, sonra Bakı şəhərindəki fabrik-zavod şagirdliyi məktəbini, 1936-cı ildə isə Pedaqofi məktəbi bitirib Naxçıvan Dövlət Dram Teatrında aktyorluq etmişdir. 1942-ci ildə Topçular Məktəbini bitirdikdən sonra cəbhəyə getmiş, Bryansk, "Mərkəz", 1 Belorusiya cəbhələri, Oryol, Belqorod, Poltava, Xarkov, Donbas şəhərləri, Dnepr, Visla, Oder çayları uğrunda döyüşlərdə, Varşavanın azad edilməsində fərqlənərək qvardiya kapitanı rütbəsinə qədər yüksəlmiş, 1945-ci ilin mart ayında Almaniyanın Noyştetin şəhəri yaxınlığında gedən döyüşlərdə ağır yaralanmış, müalicədən sonra 1945-ci il avqustun axırlarında 1I dərəcəli Vətən Müharibəsi əlili kimi tərxis olunmuşdur. Ona SSRİ MİK-nın 1934-cü il 16 aprel tarixli qərarı ilə təsis edilmiş 1945-ci il 21 fevral tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Polşada Visla çayı uğrunda mübarizədə çətin və məsul əməliyyatın yerinə yetirilməsində şəxsi qəhrəmanlıq və cəsurluq göstərdiyinə, Vislanın qərb "sahilində geniş mövqe tutmaqda piyadalara bacarıqla və qətiyyətlə kömək göstərdiyinə görə Topçu batareyasının komandiri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, Lenin, 1-ci dərəcəli Vətən Müharibəsi "Aleksandr Nevski", Qırmızı Bayraq ordenləri və "Qızıl Ulduz" medalı ilə təltif edilmişdir. 1945-ci ildən Naxçıvan Dövlət Dram Teatrının direktoru, 1946–1953-cü illərdə Naxçıvan MSSR Maarif nazirinin müavini, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1953-cü ildən isə Naxçıvan şəhər ZDS İK-nın sədri, 1956–1971-ci illərdə Naxçıvan rayon ZDS-nın sədr müavini, sonra isə Naxçıvan rayon İcraiyyə Komitəsində şöbə müdiri vəzifələrində çalışmışdır. İttifaq əhəmiyyətli təqaüdçü olmuşdur. IV, IX, X çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. 1945-ci il fevralın 25-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O vaxtlar "İzvestiya" qəzeti bu münasibətlə yazmışdı: "Naxçıvan teatrı A. Quliyevin şəxsində müvəqqəti də olsa səhnə xadimini itirsə də, Sovet Ordusu onun simasında bacarıqlı və fədakar zabit əldə etmişdi".
Abdulla Abdullayev (hərbçi)
Abdulla Abdullayev (1964, Alpı, Ucar rayonu – 1985, Əfqanıstan) — 2 dəfə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş hərbçi. == Həyatı == Abdullayev Abdulla Qədir oğlu 1964-cü il oktyabrın 25-də Ucar rayonunun Alpı kəndində anadan olmuşdur. Orta təhsilini Ucar rayonunun Alpı kənd orta məktəbində almışdır. 3 aprel 1983-cü ildən 25 mart 1985-ci ilə qədər hərbi xidmətdə olmuşdur. 25 mart 1985-ci ildə Əfqanıstan Respublikasında döyüşlər zamanı həlak olmuşdur. Ölümündən sonra 16 avqust 1985-ci ildə və 20 dekabr 1988-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Əfqanıstan Respublikasında Beynəlmiləl borcunu yerinə yetirərkən göstərdiyi hərbi rəşadətə və igidliyə görə" döyüşçü Abdullayev Abdulla Qədir oğlu 2 dəfə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir.
Anar Məmmədov (hərbçi)
Anar İbrahim oğlu Məmmədov (25 aprel 1991, Yarımca, Naxçıvan Muxtar Respublikası) — Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Anar Məmmədov 1991-ci il aprelin 25-də Naxçıvan MR Babək rayonun Yarımca kəndində anadan olub. 1997–2008-ci illərdə Babək rayon Yaqub Seyidov adına Yarımca kənd orta məktəbində təhsil alıb. Ailəlidir, 1 oğlu var. == Hərbi xidməti == Anar Məmmədov orta məktəbi bitirdikdən sonra 2008-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına daxil olub. 2012-ci ildə akademiyanı bitirdikdən sonra ilkin zabit "leytenant" hərbi rütbəsi almış və DSX-nin artilleriya bölmələrində xidmətə başlayıb. 2013-cü ildə təhsilini artırmaq məqsədilə Türkiyə Respublikasında Çoxlüləli Reaktiv Artilleriya sisteminin kurslarında iştirak edib. 2015–2018-ci illərdə DSX-nin Çevik Hərəkət Qüvvələrində Bölük komandiri vəzifəsində xidmət edib. 2018-ci ildə xüsusi təyinatlı kursu keçərək DSX-nin "N" saylı Çevik Hərəkət Dəstəsində müxtəlif vəzifələrdə xidmətini davam etdirib. 2020-ci ildə 44 günlük vətən müharibəsində, 2022-ci ildə sentyabr əməliyyatlarında və 2023-cü ildə Laçın körpü əməliyyatında iştirak edib.
Aqşin Abdullayev (hərbçi)
Arif Məhərrəmov (hərbçi)
Məhərrəmov Arif Vəli oğlu (23 sentyabr 1965, Ermənistan SSR) — Qarabağ qazisi, Çeçenistanın Milli Qəhrəmanı (1998). == Həyatı == 1965-ci il sentyabr ayının 23-də Qərbi Azərbaycanın Göyçə mahalında doğulub. 1983-1985-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub. 1988-ci ildən xalq hərəkatına qoşulub. 1990-cı ilin 20 yanvarında yaralanaraq I qrup əlil olub. Daha sonra 1992-1994-cü illərdə Qarabağda döyüşüb. Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülsə də, rəsmən bu addan imtina edib. (səbəb: torpaqların hələ də işgaldan azad olmaması) 1994-1998-ci illərdə Çeçenisatanda döyüşlərdə iştirak edib. 1997- ci ilə Cövhərqala şəhərinin ilk fəxri vətəndaşı, 1998-ci ildə isə Çeçenistanın Milli Qəhrəmanı fəxri adını alıb. 2004-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Aslan Aslanov (hərbçi)
Aslan Aslanov (tam adı: Aslan Tərlan oğlu Aslanov; 1920, Qarovulüstü – 1 sentyabr 1967, Zərdabi, Quba rayonu) — Böyük Vətən müharibəsi iştirakçısı, Qızıl Ordu Baş serjantı, Şöhrət Ordeninin hər üç dərəcəsinin kavaleri. == Həyatı == 1920-ci ildə Quba qəzasının Qonaqkənd kəndi yaxınlığında yerləşən Qarovulüstü kəndində kəndli ailəsində anadan olmuşdur. Qonaqkənd kənd məktəbində yeddi sinfi bitirdikdən sonra kolxozda işləyib. 25 iyun 1941-ci ildə Qızıl Ordu sıralarına çağrılır və Böyük Vətən müharibəsində iştirak edir. 1943-cü ilin mayında ağır yaralandıqdan sonra uzun müddət müalicə altına alınır. Aslanov 1944-cü ildə xidmətə qayıdır. 1945-ci ilin əvvəllərində 39-cu Ordunun 338-ci Atıcı Diviziyasının 1136-cı Atıcı Alayında döyüşür. Şərqi Prussiya əməliyyatında xüsusilə fərqləndi. 17 yanvar 1945-ci ildə İnsterburq-Köniqsberq əməliyyatı zamanı Yeqersvald bölgəsindəki döyüşdə atıcı Aslanov düşmən səngərinə ilk girənlərdən biri olur, əl qumbarası ilə pulemyot nöqtəsini susdurur və bununla da öz bölüyünün irəliləməsini asanlaşdırır. Bu döyüşdə göstərilən cəsarətə görə 23 yanvar 1945-ci ildə Qırmızı Ordu əsgəri Aslanov 3-cü dərəcəli Şöhrət ordeni ilə təltif edilir.
Azər Qasımov (hərbçi)
Azər Əlövsət oğlu Qasımov — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi veteranı. == Hərbi xidməti == Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı olan Azər Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Qasımov "Zəfər" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun və Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Qasımov "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Babək Qurbanov (hərbçi)
Babək Vahid oğlu Qurbanov (19 iyul 1982, Şahbuz rayonu) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin general-mayoru, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının Rəhbəri, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == 1982-ci ildə Şahbuz rayonunda doğulub. == Hərbi xidməti == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Babək Qurbanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir. == Təltifləri == (2 fevraı 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (9. dekabr 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (24. dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (25.
Bəhruz Zeynalov (hərbçi)
Bəhruz Novruz oğlu Zeynalov (d. 9 may 1989, Ağdam rayonu – ö. 11 fevral 2013, Qaradağ yaxınlığı, Bakı) — leytenant, Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti. == Həyatı == Bəhruz Zeynalov 9 may 1989-cu ildə Ağdam rayonunda anadan olmuşdur. Bəhruz 2013-cü ildə fevral ayının 11-də adı çəkilən qüvvələrə məxsus Mil Mi-17 helikopterinin Qaradağ rayonu ərazisində Xəzər dənizinə düşməsi nəticəsində faciəli şəkildə həyatını itirmişdir. Məlum olduğu kimi Bəhruzun uşaqlıq dövrü muharibə illərinə təsadüf edib. Onuda qeyd edimki Zeynalovlar ailəsi əslən Ağdam rayonundandılar. Evin başcısı Novruz Zeynalov hərbi hissədə həkim olub. Muharibə zamanı ağır yaralanıb. Həyat yoldaşı, qardaşı və nəhayət, oğlu hərbçi olan Tamam ana elə hey oğlundan danışıb, dururdu.
Bəxtiyar Quliyev (hərbçi)
Bəxtiyar Sabir oğlu Quliyev (30 avqust 1971, Şuşa, Dağlıq Qarabağ – 30 may 1994, Bakı) — Azərbaycan hərbçisi, starşina; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəxtiyar Quliyev 30 avqust 1971-ci ildə Şuşa şəhərində doğulmuşdur. 1988-ci ildə Şuşa şəhər 2 saylı tam orta məktəbi bitirmişdir. == Hərbi xidməti == 1989-cu ilin sonlarında Şuşa Rayon Hərbi Kommisarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Naxçıvan MSSR-in Culfa rayonunda 1991-ci ilə qədər qulluq etmişdir. Bu müddətdə nümunəvi və peşəkar xidmətinə görə adi əsgər (10.12.1989) rütbəsindən yefreytor (01.08.1990), kiçik çavuş (29.11.1990), çavuş (22.02.1991), baş çavuş (08.05.1991) və starşina (14.11.1991) rütbələrinə qədər yüksəlmişdir. 19 aprel 1994-cü ildə Yasamal Rayon Hərbi Kommisarlığı tərəfindən Qarabağ müharibəsinə səfərbər edilmişdir. 701 saylı hərbi hissənin tərkibində döyüşmüşdür. 30 may 1994-cü ildə Ağdam rayonunun Qərvənd kəndində ağır yaralanmış və helikopterlə Bakı şəhərindəki Silahlı Qüvvələrin Baş Klinik Hospitalına çatdırılsa da aldığı yaralardan şəhid olmuşdur. Bakı şəhərindəki İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Camal Əhmədov (hərbçi)
Camal Xuduş oğlu Əhmədov — 1991-1994-cü illərdə Azərbaycan silahlı qüvvələrində batalyon komandiri, qarnizon hərbi komendantı, hərbi polis şöbəsinin rəisi vəzifəsində çalışıb. "Qanun-Hüquq" firmasının prezidentidir. "Qızıl qələm" mükafatı laureatıdı (2010). == Həyatı == Camal Xuduş oğlu Əhmədov 1952-ci il noyabr ayının 22-də Ağdam rayonunun Baş Qərvənd kəndində anadan olub. İxtisasca hərbi mühəndis və hüquqşünasdır. Keçmiş sovet ordusunda Zaqafqaziya hərbi dairəsi tikinti-quraşdırma sahələrindən birinə uzun müddət rəhbərlik edib. Əfqanıstan və Vyetnam respublikalarında hərbi mühəndis-mütəxəssis kimi bir çox sahələrdə xidmət edib. Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində, o cümlədən bir çox uzaq xarici ölkələrdə keçmiş Sovet İttifaqına məxsus ən vacib hərbi bazalarının tikintilərinin rəhbəri olub. 1991-1994-cü illərdə Azərbaycan silahlı qüvvələrində batalyon komandiri, qarnizon hərbi komendantı, hərbi polis şöbəsinin rəisi vəzifəsində çalışıb. Qarabağ müharibəsi veteranıdır.
Cavid Tağıyev (hərbçi)
Cavid Aydın oğlu Tağıyev (7 noyabr 1985, Əlibəyli, Tovuz rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Kapitanı, "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, İkinci Qarabağ müharibəsi qazisi. == Həyatı == Cavid Tağıyev 7 noyabr 1985-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. Hacıalılı kəndində Qasım Rzayev adına orta məktəbində oxumuşdur. 2004-cü ildə orta məktəbi bitirmişdir. Ailəlidir, 2 övladı var. == Hərbi xidməti == Cavid Tağıyev 2004-2006-cı illərdə Daxili Qoşunlarda müddətli həqiqi hərbi xidmət etmişdir. 2008-2010-cu illərdə Azərbaycan Daxili Qoşunlarının Ali Hərbi Məktəbində təhsil almışdır. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin Komandiridir. === Vətən müharibəsi === Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru olan Cavid Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Cavid Tağıyev döyüşlər zamanı Şuşa istiqamətində yaralanıb.
Eduard Ayanyan (hərbçi)
Eduard Melikoviç Ayanyan (erm. Էդուարդ Մելիքի Այանյան; rus. Эдуа́рд Ме́ликович Аяня́н; 25 mart 1919, Çaykənd, Gəncə quberniyası – 26 fevral 1994, Moskva) — SSRİ hərbçisi, Sovet İttifaqı Qəhrəmanı, fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == Eduard Melikoviç Ayanyan 24 mart 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti ərazisində, indiki Göygöl rayonunun Çaykənd kəndində anadan olmuşdur. Erməni əsillidir. 1941-ci ildən Sovet Ordusunda xidmət etməyə başlamışdır. İkinci Dünya müharibəsində əvvəlcə zenit artilleriyası vzvoduna, sorra isə batareyasına komandirlik etmişdir. Baş leytenant Ayanyan Stalinqrad, Kursk, Xarkov, Kiyev və Budapeşt uğrunda döyüşlərində iştirak etmişdir. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. 1953-cü ildən SSRİ Elmlər Akademiyası Mexanika Problemləri İnstitutunda elmi işçi olmuşdur.
Elvin Səfərov (hərbçi)
Elxan Hüseynov (hərbçi)
Hüseynov Elxan Hüseyn oğlu (21 avqust 1963, Bakı – 2 oktyabr 2011, Danimarka) — polkovnik, Ordu Korpusunun əməliyyat və döyüş şöbəsinin rəisi. ”Danimarka-Azərbaycan dostluq cəmiyyəti”nin sədri (2001). == Həyatı == Elxan Hüseynov 1963-cü il avqust ayının 21-də Bakı şəhərində anadan olmuşdur. Əslən Ağdaş rayonunun Qolqəti kəndindəndir. O, 1976-cı ildə Bakı şəhəri Nizami rayonundakı N saylı məktəbi bitirdikdən sonar general Cəmşid Naxçıvanski adına Hərbi Məktəbdə təhsil almışdır. O, 1980-ci ildə həmin məktəbi bitirmiş və ali hərbi təhsilini Azərbaycan SSR Rəyasət Heyəti adına Ali Ümumqoşun Zabitlər məktəbində davam etdirmiş və 1984-cü ildə oranı fərqlənmə diploma ilə tamamlamışdır. 1998-ci ildə isə NATO Hərbi Akademiyasını Fərqlənmə ilə bitirmişdir. == Fəaliyyəti == Elxan Hüseynov 1984-1986-cı illərdə Əfqanıstanda baş leytenant kimi kəşfiyyat tağımının komandiri vəzifəsində çalışmışdır. O burada döyüşlərin birində qəlpə yarası almışdır. 1986-cı ildə kapitan rütbəsinə layiq görülən Elxan Hüseynov 1988-ci ilə kimi Türküstan Hərbi Dairəsində bölük komandiri, 1988-1990-cı illərdə Macarıstanda Qərb Hərbi Dairəsində bölük komandiri, 1990-1991-ci illərdə isə Ukrayna Hərbi Dairəsində tabor komandirinin müavini vəzifəsində işləmişdir.
Elçin Məmmədov (hərbçi)
Elçin Qarayev (hərbçi)
Elçin Vəli oğlu Qarayev — "Beynəmiləlçi döyüşçü", Əfqanıstan müharibəsi veteranı (1987–1989), Qarabağ müharibəsi veteranı (1991–1994). == Həyatı == Elçin Qarayev 1969-cu il yanvar ayının 1-də Mingəçevir şəhərində dünyaya gəlmişdir. Əslən Ağdamın Novruzlu kəndindəndir. Orta təhsilini Mingəçevir şəhər 12 saylı orta məktəbdə almış, 1986-cı ildə buradan məzun olmuşdur. 1987-ci ildə hərbi xidmətə çağırılmış, Türkmənistana səfərbər edilmiş, 2 ay sonra oradan da SSRİ-Əfqanıstan müharibəsinə yollanmışdır. 1-ci müharibədən döndükdən sonra daxili işlər orqanlarında yol polis əməkdaşı kimi xidmətə başlamış, 1991-ci ildə Birinci Qarabağ müharibəsinə yollanmışdır. Ağdam, Kəlbəcər, Füzuli, Zəngilan, Ağdərə, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmiş, döyüş yoldaşlarını, yaralıları döyüş meydanından çıxararaq həyatlarını xilas etmişdir. 1994-cü ildə Qarabağ müharibəsindən geri dönmüşdür. Hal-hazırda Azərbaycanda həyatda olan az saylı 2 müharibə veteranlarındandır. Ailəlidir, 2 oğlu var.
Elçin Quliyev (hərbçi)
Elçin İsağa oğlu Quliyev (22 sentyabr 1967, Sumqayıt) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi rəisi (2002-ci ildən), Azərbaycan Sərhəd Qoşunlarının komandanı (2001–2017), Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini (2001–2002). == Həyatı == Elçin Quliyev 1967-ci il sentyabrın 22-də Sumqayıt şəhərində anadan olmuşdur. Elçin Quliyev 1974–1978-ci illərdə Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbdə, 1978–1982-ci illərdə isə buradakı 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Daha sonra o, 1982–1984-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirmiş, 1984-cü ildə isə Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olmuşdur. 1988-ci ildə oradan məzun olmuşdur. == Fəaliyyəti == Elçin Quliyev 1988–1992-ci illərdə Sovet Ordusunun Polşada yerləşən Şimal Qrupunda bir sıra vəzifələrdə xidmət etmişdir. 1992-ci ildə Azərbaycan Ordusunun sıralarında xidmət etməyə başlamışdır. 1992–1996-cı illərdə Xudat şəhərində əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996–2001-ci illərdə isə Xudat şəhərində sərhəd dəstəsinin rəisi vəzifələrində xidmət eləmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2001-ci il tarixli Fərmanına əsasən Elçin Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir. 2001-ci il avqustun 15-də isə Elçin Quliyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən general-mayor hərbi rütbəsi vermilmişdir.
Elşad Quliyev (hərbçi)
Elşad Vəli oğlu Quliyev (19 dekabr 1972; Zəngilan şəhəri, Azərbaycan SSR — 6 aprel 2012; Gəncə şəhəri, Azərbaycan) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı, "Qartal" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçusu, I Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Elşad Quliyev 1972-ci il dekabrın 19-da Zəngilan şəhərində həkim ailəsində anadan olub. Atası Vəli Quliyev həkim-cərrah, anası Kəsirə Quliyeva isə həkim-ginekoloqdur. 1979—1989-cu illərdə Zəngilan şəhər 1 saylı orta məktəbdə orta təhsil alan Elşad Quliyev, 1990—1995-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra, yəni 1995-ci ildən etibarən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətə qəbul edilir. 1998—2010-cu illərdə baş zabit, bölmə rəisi və şöbə rəisi kimi vəzifələrdə xidmət edib. 2012-ci il aprelin 6-da Gəncə şəhərində "Mahrasa bağı" adlanan ərazidə yerləşən mənzildə terrorçularla baş verən atışma zamanı şəhid olmuşdur. == Ailəsi == Sevinc adlı xanımla ailəli idi. Əmmar və Nəim adlı 2 oğlu yadigar qaldı. == Mükafatları == (16.03.2005) — "İgidliyə görə" medalı (26.06.2005) — "Qüsursuz xidmətə görə" III dərəcəli medalı (28.03.2009) — "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı (28.03.2009) — "Vətən uğrunda" medalı (09.04.2012) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) == İstinadlar == == Mənbə == Təranə Şükürova.
Fuad Məmmədov (hərbçi)
Fuad Məmmədov (31 yanvar 1968, Bakı – 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, 2018–2020-ci illərdə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi.221 nömrəli məktəbdə təhsil alıb. == Həyatı == Fuad Məmmədov 31 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirmiş və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirmişdir. 1992-ci il aprel ayında Müstəqil Dövlətlər Birliyinə məxsus Sitalçay hərbi aeroduromundan Su-25 markalı hərbi təyyarənin Azərbaycan tərəfinə qaçırılmasının təşəbbüskarı və iştirakçısı olub. Düşmənə qarşı aparılan hərbi əməliyyatlarda həmin təyyarədən istifadə edilmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və dəfələrlə döyüş uçuşları keçirib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib. Müdafiə Nazirinin 25.06.2018-ci il tarixli sərəncamı ilə vəzifəsinə təyin olunub. 9 iyul 2020-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Fərid Əliyev (hərbçi)
Fərid Əliyev (tam adı: Fərid Vaqif oğlu Əliyev) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Türenn (hərbçi)
Anri de La Tur d'Overn, vikont de Türenn (fr. Henri de La Tour d'Auvergne, vicomte de Turenne; 11 sentyabr 1611[…], Sedan – 27 iyul 1675[…]) və ya sadəcə Türenn — Fransa hərbi lideri, Fransa marşalı (1643), Fransanın baş marşalı (1660-cı ildən). Latur d'Overn soyunun nümayəndəsi. O, Otuzillik müharibənin görkəmli hərbi taktiki və strateqlərindən və ən məşhur generallarından biri hesab edilir. == Həyatı == Anri de La Tur d'Overn 11 sentyabr 1611-ci ildə anadan olmuşdur. Onun uşaqlıqdan hərbi işlərə marağı var idi. 14 yaşında atasını itirmiş və əmisi Morits Oranlının rəhbərliyi altında döyüş sənətini öyrənmək üçün Hollandiyaya getmişdir. Otuzillik müharibə zamanı sadə əsgər kimi xidmətə başlayan Türenn, bacarığı və cəsarəti sayəsində tez bir zamanda rütbələrdə yüksəlməyə başlamışdır. 1634-cü ildə o, artıq bir alaya komandir təyin edilmiş və 1644-cü ildə Pyemontda yerləşən Trino qalasını tez bir zamanda ələ keçirdiyi üçün marşal rütbəsinə yüksəlmişdir. 1645-ci ildə Yuxarı Reyn ordusuna komandanlıq etmişdir.
Kamil Məmmədov (hərbçi)
Kamil Məmmədov (azərb. Məmmədov Kamil İsmayıl oğlu‎; 4 fevral 1942, Quba) — general == Həyatı == Kamil Məmmədov 4 fevral 1942-ci ildə Quba şəhərinin Müxtədir küçəsindəki 45 nömrəli evdə doğulmuşdur. 1 nömrəli şəhər orta məktəbini bitirmişdir. 1959-cu ildə Qubadakı kənd təsərrüfatı texnikumuna daxil olmuş, tərəvəzçi ixtisası üzrə texnikumu bitirmişdir. 12 noyabr 1963-cü ildə hərbi xidmətə çağırılmış, üç il Brest şəhərindəki artilleriya alayında xidmət etmişdir. Üçillik Tambov şəhərindəki hərbi artilleriya məktəbini 1967-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. Hərbi məktəbi əla qiymətlərə bitirdiyinə görə Almaniya Demokratik Respublikasına göndərilmişdir. 1973-cü ilə kimi orada xidmət etmişdir. 1973-cü ildə baş leytenant rütbəsində baş qərargahın arxa cəbhə və Nəqliyyat Akademiyasına imtahan verib qəbul olunmuşdur. 1976-cı ildə akademiyanı mayor rütbəsində bitirmiş, Ukraynaya diviziya komandirinin müavini vəzifəsinə göndərilmişdir.
Qəzənfər Ağayev (hərbçi)
Qəzənfər Mahmud oğlu Ağayev (13 oktyabr 1996, Təklə, Cəlilabad rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Qəzənfər Ağayev 13 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Təklə kəndində doğulub. 2013-cü ildə Zərifə Əliyeva adına Cəlilabad rayon 7 saylı orta məktəbi bitirib. Elə həmin il Ali Hərbi Akademiyaya daxil olmuş, 2017-ci ildə akademiyanı bitirib. 2017-ci ildən N saylı hərbi hissədə xidmət edir. === Ailəsi === Ailəlidir, 1 qızı var. Qızı İkinci Qarabağ müharibəsindən 4 gün öncə dünyaya gəlib. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Qəzənfər Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ yüksəyliyinin azadlığı uğrunda, Suqovuşanın azadlığı və Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Ağayevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Ağayev "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rafiq Nağıyev (hərbçi)
Rafiq Heydər oğlu Nağıyev (5 oktyabr 1957, Seyidlər, Laçın rayonu) — Qarabağ müharibəsi iştirakçısı, 811 saylı Laçın dağ-atıcı alayının qərargah rəisi (1992–1994), mayor. == Həyatı == Rafiq Nağıyev 5 oktyabr 1957-ci ildə Laçın rayonunun Seyidlər kəndində anadan olub. 1963–1967-ci illərdə Seyidlər kənd ibtidai məktəbində, 1967–1973-cü illərdə Pircahan kənd orta məktəbində, 1973–1976-cı illərdə isə Şuşa Kənd Təsərrüfatı Texnikomunda təhsil alıb. 1976–1978-ci illərdə Belarusiya SSR-də sovet ordu sıralarında hərbi xidmətdə olub. 1978–1979-cu illərdə Gəncə Aliminium zavodunda operator vəzifəsində, 1980–1981-ci illərdə Laçın rayon Baytarlıq müalicəxanasında çalışıb. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Hərbi hazırlıq fakültəsinə daxil olub, 1985-ci ildə institutu bitirib. 1985-ci ildən 1991-ci ilə qədər Laçın şəhər 1 saylı orta məktəbində hərbi rəhbər vəzifəsində çalışıb. Həmçinin 1988–1991-ci illərdə Laçın şəhərində yaradılmış Müdafiə Komitəsinin sədr müavini olub. == Qarabağ müharibəsində iştirakı == 1 oktyabr 1991-ci ildə 01 saylı əmrlə Laçın Ərazi Özünü Müdafiə Batalyonunun qərargah rəisi, 27 mart 1992-ci ildən 15 oktyabr 1993-cü ilədək 811 saylı Laçın Dağ Atıcı Alayının qərərgah rəisi, 20 oktyabr 1993-cü ildən isə 896 saylı Cəbrayıl Alayının qərargah rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.. Sarıbaba dağında və Tığik kəndində keçirilən hərbi əməliyyatlarda uğur qazanmışdır.
Hərbiçi
Hərbi qulluqçu — hərbi xidmətin yerinə yetirilməsi ilə əlaqədər xüsusi hüquqi statusa malik şəxs. Hərbi qulluqçuya bir qayda olaraq hərbi rütbə verilir. Hərbi rütbə hərbi and qəbul edildikdən və xüsusi təhsil aldıqdan sonra verilir.
Hərbi
Ordu — dövlətin silahlı qüvvələrinin əsas hissəsi; məsələn, Azərbaycan Milli Ordusu, müdafiə ordusu, hücum ordusu, ekspedisiya ordusu və s. Ordu, bir dövlətin silahlı qüvvələrinin bütünü ya da hər hansı bir hərbi qüvvənin ən böyük birliyi. Ordular 4 elə 6 korpuslardan meydana gələr. Günümüz orduları əksəriyyətlə ən az general rütbəsinə sahib hərbçilər tərəfindən idarə edilir. Ordunun vəzifəsi dövlətə qarşı gələcək daxili və xarici təhdidlərdən müdafiə etməkdir. Buna qarşı indiki vaxtda və ya keçmişdə müxtəlif ölkələrdə ordunun rəhbərliyə əl qoyması da görülmüşdür. Ordu, üç hissədən meydana gələr: Quru Qüvvələri, Dəniz Qüvvələri və Hava Qüvvələri. Bəzi ölkələrdə bu üç hissəyə əlavə olaraq Sahil Mühafizə, Daxili Qüvvələr, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Dəniz Hava Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Xüsusi Qüvvələr, Hərbi Kəşfiyyat, Topçu Qüvvələri, Raket Qüvvələri, Mərmi Qüvvələri və Hərbi Tibb Xidməti kimi alt hissələr də orduların tabeçiliyində vardır. Bəzi ölkələr isə öz silahlı qüvvələrinə içində Quru Qüvvələri, Hava Qüvvələri, Dəniz Qüvvələri vs. qüvvələr olmasına baxmayaraq "silahlı qüvvələr" adı yerinə "ordu" adını verər (Məs: Çin Xalq Ordusu, Vyetnam Xalq Ordusu kimi).