Eduard Ayanyan (hərbçi)

Eduard Melikoviç Ayanyan (erm. Էդուարդ Մելիքի Այանյան; rus. Эдуа́рд Ме́ликович Аяня́н; 25 mart 1919[1], Çaykənd, Gəncə quberniyası26 fevral 1994, Moskva) — SSRİ hərbçisi, Sovet İttifaqı Qəhrəmanı, fizika-riyaziyyat elmləri namizədi.

Eduard Ayanyan
Şəxsi məlumatlar
Doğum tarixi 25 mart 1919(1919-03-25)[1]
Doğum yeri
Vəfat tarixi 26 fevral 1994(1994-02-26) (74 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü artilleriya[d][1]
Rütbə baş leytenant
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "İgidliyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Eduard Melikoviç Ayanyan 24 mart 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti ərazisində, indiki Göygöl rayonunun Çaykənd kəndində anadan olmuşdur. Erməni əsillidir. 1941-ci ildən Sovet Ordusunda xidmət etməyə başlamışdır. İkinci Dünya müharibəsində əvvəlcə zenit artilleriyası vzvoduna, sorra isə batareyasına komandirlik etmişdir. Baş leytenant Ayanyan Stalinqrad, Kursk, Xarkov, KiyevBudapeşt uğrunda döyüşlərində iştirak etmişdir. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür.[2]

1953-cü ildən SSRİ Elmlər Akademiyası Mexanika Problemləri İnstitutunda elmi işçi olmuşdur. 1-ci dərəcəli "Vətən müharibəsi""Qırmızı ulduz" ordenləri ilə təltif olunmuşdur. 15 may 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 26 fevral 1994-cü ildə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat etmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան 1974. C. 1. S. 339.
  2. 1 2 Ајанјан Едуард Меликович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1976. С. 192.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Амирханян М. Д. Армяне — Герои Советского Союза. — Ер., 2005. — 202 с. — ISBN 99930-4-342-7.
  • Герои Советского Союза: Краткий биографический словарь. — М.: Военгиз, 1987. — Т. 1.
  • Золотые Звезды Азербайджана. — Б., 1975.
  • Саркисян С. Т. Энциклопедия Арцах-Карабаха. — СПб., 2005. — 312 с. — ISBN 5-9676-0034-5.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]