Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Filipp Halsman
Filipp Halsman (latış. Filips Halsmans‎, alm. Philipp Halsmann‎; 2 may 1906 – 25 iyun 1979) — ABŞ portret fotoqrafı. Onun "Tullanış" adlı seriya fotoları foto sənətinin klassikası hesab olunur.. Bu seriyada 200-dən çox məşhur şəxsin tullanış edərkən çəkilmiş fotoları yer alır.. O vaxtilə Rusiya imperiyasının bir hissəsi olmuş Latviyanın Riqa şəhərində anadan olmuş və Nyu-York da dünyasını dəyişmişdir. == Həyat və fəaliyyəti == Halsman 1906-cı ildə yəhudi cütlüyü – dantist Marduk (Maks) Halsman və gimnaziya məktəbinin direktoru İta Qrintuxun ailəsində dünyaya göz açmışdır. O, Drezdendə elektrik mühəndisliyi üzrə təhsil almışdır. 1928-ci ilin sentyabrında Avstriyanın antisemitizmin sərt olduğu dağlıq Tirol bölgəsinə piyada turizmi zamanı 22 yaşlı Halsman atasının ölümündə günahlandırılmışdır. Şahidlərin dəlillərinə əsasən, o 4il müddətinə həbsxanaya məhkum edilmişdir.