Filipp Halsman (latış. Filips Halsmans, alm. Philipp Halsmann; 2 may 1906 – 25 iyun 1979) — ABŞ portret fotoqrafı. Onun "Tullanış" adlı seriya fotoları foto sənətinin klassikası hesab olunur.[7]. Bu seriyada 200-dən çox məşhur şəxsin tullanış edərkən çəkilmiş fotoları yer alır.[8]. O vaxtilə Rusiya imperiyasının bir hissəsi olmuş Latviyanın Riqa şəhərində anadan olmuş və Nyu-York da dünyasını dəyişmişdir.
Filipp Halsman | |
---|---|
latış. Filips Halsmans | |
Doğum tarixi | 2 may 1906[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 25 iyun 1979[1][2][…] (73 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Janr | portret[6] |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Halsman 1906-cı ildə yəhudi cütlüyü – dantist Marduk (Maks) Halsman və gimnaziya məktəbinin direktoru İta Qrintuxun ailəsində dünyaya göz açmışdır. O, Drezdendə elektrik mühəndisliyi üzrə təhsil almışdır.
1928-ci ilin sentyabrında Avstriyanın antisemitizmin sərt olduğu dağlıq Tirol bölgəsinə piyada turizmi zamanı 22 yaşlı Halsman atasının ölümündə günahlandırılmışdır.[9]
Şahidlərin dəlillərinə əsasən, o 4il müddətinə həbsxanaya məhkum edilmişdir. Onun ailəsi, dostları və vəkilləri azad olunması üçün Ziqmund Freyd, Albert Eynşteyn, Tomas Mann, Yakob Vasserman, Erix Fromm, Pol Penleve, Henrix Eduard Yakob və Rudolf Olden kimi Avropanın tanınmış intellektuallarının dəstəyini əldə etmişdilər. Onlar onun günahsız olmasını dəstəkləyirdilər. Halsman ömrünün 2 ilini həbsxanada keçirmiş, orada olduğu müddətə tuberküloza tutulmuşdur. Orada yazdığı məktublar 1930-cu ildə "Həbsxanadan dostuma məktublar"[9] adı altında kitab kimi işıq üzü görmüşdür. Avstriya prezidenti Vilhelm Miklas tərəfindən əfv edilmiş və 1930-cu ilin oktyabrında həbsdən azad edilmişdir.[10]
Həbsdən çıxdıqdan sonra Halsman dərhal Avstriyadan Fransaya yollanır. O Vogue kimi dəb jurnallarına töhfəsini verməyə başlamış və tezliklə Fransada ənənəvi deyil, sərt fokuslu təsvirlərilə seçilən ən yaxşı portret fotoqrafı şöhrətini qazanmışdır. Almaniyanın Fransanı işğal etməsindən sonra Halsman Marselə qaçmışdır. Ailə dostu Albert Eynşteynin köməkliyi sayəsində Halsman ABŞa viza əldə edə bilmişdir. [11] (Sonradan 1947-ci ildə onun məşhur fotosunu çəkmişdir.)
Elizabet Arden kosmetika şirkəti "Victory Red" pomadasının reklam kampaniyası üçün şirkətin sima modeli Konstansiya Fordun obrazını ABŞ bayrağına qarşı qoymuşdur. Bu, Halsmanın Amerikada ilk uğuru hesab olunur. 1 il sonra, 1942-ci ildə Life jurnalında müxtəlif şlyapa dizaynlarının şəklini çəkməklə məşğul olmağa başlamışdır. Model Lilli Daşenin şlyapalı portreti onun Life jurnalı üçün çəkdiyi çoxsaylı üz qapaqlarından birincisi idi.
1941-ci ildə sürrealist rəssam Salvador Dali ilə tanış olan Halsman 1940-cı illərin sonlarından başlayaraq birgə iş görməyə başlamışdılar. 30 ilə yaxın çalışdıqları birgə müddətdə "Merilin Mao obrazında" və "Dali Atomicus" kimi məşhur fotoşəkillərini yaratmışdır. 1948-ci ildə çəkdiyi Dali Atomicus (Atomik Dali) fotosunda səmadan asma vəziyyətdə qalma ideyasını tədqiq etmişdir. Fotoda üç uçan pişik, su tökülmüş vedrə və otağın ortasında havada qalan Dalini görmək olar. Fotonun adı Salvador Dalinin Atom Ledası rəsminə göndərmədir. Bu rəsm əsərini şəkildə iki pişiyin arxa tərəfində görmək olar. Halsman lazımi qane edəcək nəticənin alınması üçün 28 dəfə cəhd etdiklərini bildirmişdir. 1954-cü ildə Halsman və Dali gördüyü birgə işləri Dalinin bığları adlı toplu kimi nəşr etdirmişdilər. Bu topluda Daliyə xarakterik olan bığların 36 müxtəlif baxışdan görünüşü yer almışdır. Onların digər məşhur birgə işi "Voluptas Mors" ("Ölüm həzz alır") adlı fotodur. Bu şəkildə Dali böyük kəllə sümüyü ilə yanaşı təsvir edilişdir. Diqqətlə baxdıqda, əslində bunun kəllə sümüyü deyil, 7 Nü təsvirdən ibarət plakat olduğunu görə bilərik. Halsman Dalinin eskizinə uyğun olaraq modellərin düzülüşü üçün 3 saat vaxt sərf etməli olmuşdur..[12] İllər ərzində "Voluptas Mors" şəklinin müxtəlif allüziyaları peyda olmuşdur. Onlardan ən məşhuru Quzuların səssizliyi ,[13] filminin posterində, "'Eniş" filminin açıq prezentasiyasının reklam plakatında istifadə olunmuşdur.[14]
1947-ci ildə Halsman Albert Eynşteynin ABŞ tərəfindən atom bombasının yaradılmasında iştirak etdiyinə görə peşman olmasını bildirmək üçün onun məyus şəkildə təsvir olunan məşhur fotolarından birini yaratmışdır. Foto, 1966-cı ildə ABŞ poçt markasında istifadə olunmaqla yanaşı, 1999-cu ildə Time jurnalının üz qapağında da yer almışdır. Həmin vaxt "Time" jurnalı Eynşteyni "Əsrin adamı" seçmişdir.
1951-ci ildə NBC televiziya kanalı tərəfindən Halsmana Milton Berle, Sid Sezar, Qrauço Marks və Bob Houp kimi dövrünün məşhur komiklərinin şəklini çəkmək sifariş olunmuşdur. Halsman komiklərin çıxışlar zamanı havada tullanmış vəziyyətdə fotolarını çəkmişdir. Bu şəkillər seriyası gələcəkdə Ford ailəsi, Vindzor hersoqu və hersoqinyası (VIII Eduard və Volles Simpson), Merilin Monro, Mariya Feliks və Riçard Nikson kimi məşhurların tullanış seriyasından olan fotolarının da çəkilməsinə gətirib çıxartmışdır. Halsman bildirmişdir: "Siz insandan tullanmağını istədikdə, o əsasən bütün diqqətini tullanışa yönəldir, əsl insanın peyda olması üçün maska düşür. ."[15] Fotoqraf tullanış fotoqrafiyasının fəlsəfəsini yaratmışdır.[16]
O 1959-cu ildə "Filipp Halsmanın Tullanış kitabı"nda (Philippe Halsman's Jump Book) tullanış haqda müzakirələr və 178 nəfər məşhurun tullanış fotoları yer almışdır. "Halsman fotoqrafiya ideyalarının yaranması haqda" kitabında fotoqrafların 6 qaydaya əməl edərək qeyri-adi əsərlər yarada bilməyin üsulları barədə müzakirə aparmışdır:
Halsman birinci qaydasında birbaşa və sadəliyin güclü foto yaratdığını izah etmişdir.
Halsman adi, maraqsız subyekti maraqlı və qeyri-adi etmək üçün ikinci qaydasında müxtəlif fotoqrafiya fəndləri, o cümlədən qeyri-adi işıqlandırma, qeyri-adi bucaq, qeyri-adi kompozisiya və s. istifadənin lazımlılığını bildirmişdir.
Əlavə edilmiş qeyri-adi xüsusiyyət qaydası – fotoqrafın tamaşaçıların diqqətini cəlb etmək, onların diqqətini gözlənilməz bir şeyə yönəltmək, fotoqrafiyaya qeyri-adi xüsusiyyətləri gətirməyi izah edir. Məsələn, Diana Arbus tərəfindən çəkilmiş fotoda əl qumbarasını tutmuş balaca oğlanı təsvirini görmək olar. Bunu Halsman əlavə edilmiş qeyri-adi xüsusiyyətə misal göstərmişdir.
Halsmanın "çatışmayan cəhət" adlanan dördüncü qaydası, izləyicini öz gözləntilərinə qarşı çıxmağa stimullaşdırır.
Beşinci qayda isə çəkdiyi şəkilə orijinallıq qatmaq üçün fotoqrafı digər qaydaları birləşdirməyi cəlb edir.
Nəhayət, Halsmanın ideoqrafik metodu – fotoda mesajın çatdırılmasının illüstrasiyasıdır.
Alfred Hiçkok, Martin və Levis, Cudi Qarlend, Vinston Çörçill, Merilin Monro, Doroti Dendric, Pablo Pikasso, and Jan Kokto kimi məşhurlar da Halsmanın fotolarında yer almışdır.[17]. Bu fotoların əksəriyyəti "Life" jurnalının üz qapağında yer almışdır. Bu fotolarında o öz fotoqrafiya qaydalarına riayət etmişdir. 1952-ci ildə Con Kennedi iki dəfə Halsmanın onun fotosunu çəkməyə razılaşmışdır.
1958-ci ildə Halsman "Populyar Fotoqrafiya" jurnalının "Dünyanın 10 böyük fotoqrafı" siyahısına salınmışdır. 1975-ci ildə Amerika jurnal-fotoqrafları cəmiyyəti tərəfindən "Fotoqrafiya sahəsindəki nailiyyətlərə" mükafatla təltif olunmuşdur. Maraqlıdır ki, o 1945-ci ildə bu cəmiyyətin ilk prezidenti olmuşdur. Onun tərəfindən həmçinin bir çox ümumdünya sərgiləri keçirilmişdir.
2007-ci ildə çəkilən "Jump!" ("Tullanış!") filmində Halsmanın obrazını aktyor Ben Silverstoun canlandırmışdır.