Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Heather Graham
Heather Graham (d. 29 yanvar 1970, Miluoki, Viskonsin, ABŞ), ABŞ aktrisası. 1989-ci ildə kinodakı ilk aktyorluq təcrübəsini yaşadığı Drugstore Cowboy ilə müsbət tənqidlər aldı. 2007-ci ildə baş rolunu Victor Rasuk ilə paylaşdığı Adrift in Manhattan adlı filmdə canlandırdığı diş həkimi "Rose Phipps" adlı personajla hər kəs tərəfindən bəyənildi. 2009-cu ildə çəkildiyi The Hangover filmində isə Detroit Film Critics Society tərəfindən verilmiş bir çox mükafatın da sahibi olmuşdur.
Hatyen
Hatyen (vyet. Hà Tiên, tı-nom 河仙) — Vyetnamın Kyenzyanq vilayətində, Mekonq deltasında yerləşən şəhər. == Coğrafiyası == Sahəsi 9890,63 hektardır. Kamboca ilə sərhəd şəhərdən 7 km məsafədə, qərbdə yerləşir. == Əhalisi == 2012-ci ildə əhalinin sayı 47,039 nəfər olmuşdur. Milli tərkibi vyet (84,66%), khmer (12,31%), hoa (2,95%), başqalarından (0,08%) ibarətdir. Adambaşına düşən ÜDM ildə 38,735,000 Vyetnam donqu (təxminən 1,820 ABŞ dolları) təşkil edir. == İqtisadiyyatı == Şəhərdə Cənubi Vyetnamda tikilmiş böyük bir sement zavodu var. Tikinti zamanı ən böyük sənaye layihələrindən biri idi.
Sweather Weather
Sweater Weather
"Sweater Weather" — amerikan alternativ rok qrupu The Neighbourhood-un mahnısı. Mahnı qrup üzvləri Cessi Ruterford, Zak Ebels və Ceremi Fridman tərəfindən yazılıb, prodüserliyi Castin Pilbrou etmişdir. Mahnı onların debüt albomu I Love You.-nun aparıcı sinqlı kimi yer alır. "Sweater Weather" 2013-cü ilin iyun ayında "Billboard Alternativ Mahnılar" hit-paradında birinci sıraya yüksəldi. 2020-ci ildə mahnı TikTok sosial şəbəkəsində yenidən populyarlıq qazandı. Mahnı 2022-ci il tarixində Spotify-da ən çox oxunan mahnılar arasında ilk 100-də yer alıb.
Aleksandr Hertsen
Aleksandr Hertsen (yazıçı)
Heaven Knows
Heaven Knows — ingiltərəli musiqiçi PinkPantheress-in ilk albomu. 10 noyabr 2023-cü ildə Warner UK tərəfindən buraxılıb. Bu albom onun 2021-ci ildə buraxdığı "To Hell with It" miksteypindən sonra gəlir. Albom "Boy's a Liar Pt. 2" (Ice Spice ilə), "Mosquito", "Capable of Love" və "Nice to Meet You" (Central Cee ilə) mahnılarını ehtiva edir. == Haqqında == PinkPantheress 2023-cü ildə NME-yə verdiyi müsahibəsində müxtəlif musiqi növlərini sınamaq istədiyini və ilk albomunu bu il buraxmağı planlaşdırdığını dedi. O, "Boy's a Liar Pt. 2" və "Mosquito" mahnılarının uğurundan sonra oktyabrın 12-də albom çıxaracağını elan etdi. O, albomun son iki ildə yazdığı mahnılardan təşkil olunduğunu və mövzusunun tək olarkən daxili dincliyin tapılması haqqında olduğunu dilə gətirib.
Aleksandr Hertsen (fizioloq)
Aleksandr Aleksandroviç Hertsen (rus. Герцен, Александр Александрович; fr. Alexander Herzen; 13 (25) iyun 1839, Vladimir – 11 (24) avqust 1906, Lozanna) — rus əsilli məşhur İsveçrə fizioloqu, görkəmli rus publisist, yazıçı və filosof Aleksandr İvanoviç Hertsenin oğlu. == Haqqında == Aleksandr Aleksandroviç Hertsen 1839-cu il iyunun 13-də (25) Vladimirdə Aleksandr İvanoviç Hertsen və Natalya Aleksandrovnanın (Zaxarina) ailəsində anadan olmuşdur. 1840-cı ilin martında valideynləri oğullarını əvvəlcə Moskvaya, 1847-ci ildə isə xaricə apariblar. Aleksandr Aleksandroviç uşaqlıqdan qeyri-adi qabiliyyətləri ilə seçilirdi, üç xarici dili asanlıqla mənimsəyirdi: alman, ingilis və fransız. Aleksandr İvanoviç oğlunun təhsilinə təbiət elmləri ilə başladı, bu işdə ona məşhur təbiətşünas Karl Focht kömək etdi, o bütün Hertsen ailəsi üçün fiziologiyadan mühazirə oxudu və Saşaya dərslər verdi. Saşa uğurla təbiət elmləri ilə məşğul idi və atası onu universitetdə oxumaq üçün İsveçrənin Focht şəhərinə göndərdi. Saşa Berndə tibb professoru olan Foxtun atasının evində yaşayırdı və nəvəsi Emma ilə nişanlanmışdır. 1861-ci ildə Aleksander Hertsen Bern Universitetini böyük uğurla bitirdi və tibb üzrə doktorluq dərəcəsi aldı.
Aleksandr Hertsen (yazıçı)
Aleksandr İvanoviç Herzen (rus. Алекса́ндр Ива́нович Ге́рцен; 25 mart (6 aprel) 1812, Moskva – 9 (21) yanvar 1870[…], Paris, Fransa) — rus ədibi, filosof və inqilabçı-demokrat. == Aforizm və hikmətli sözləri == Bərabərlik olmadan əsl nikah ola bilməz, ərini maraqlandırmayan, onun fikirlərini bölüşməyən arvad onun üçün kənizdir, xidmətçidir, dayədir. Elm-həqiqətin inkişaf etdiyi canlı orqanizmdir. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Kitab vasitəsilə biz həqiqətlər və rəzalərlər mülkünə daxil oluruq. Kitaba hörmət etmək, bu təfəkkür məbədinə daxil olmaq lazımdır. Tələsik evlənənin əzabı uzun sürər. Yalnız illərin sınağından çıxmış hisslər müqəddəsdir.
Heaven And Hell
Heaven And Hell (azərb. Cənnət və cəhənnəm‎) – C. C. Catch tərəfindən 1986-cı ildə ifa edilmiş mahnı.
Stairway to Heaven
Stairway to Heaven — Led Zeppelinin tərəfindən, 1971-ci ilin dekabr ayında nəşr olunan Led Zeppelin IV albomundan bir mahnı.Guitar World jurnalı Cimmi Peygin bu solosunu rok tarixindəki ən yaxşı solo seçmişdir. "Stairway to Heaven" 100 ən yaxşı rok mahnısı siyahısında VH1 tərəfindən 2000-ci ildə üçüncü elan edilmiş, ən yaxşı 500-də isə 31-ci yerdə qərarlaşmışdır.
Heaven (D-moll mahnısı)
Heaven (azərb. Cənnət‎) — Monteneqronun 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. D-moll "Heaven" mahnısı ilə Monteneqronu İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi Denis Bojoviç, sözləri isə Adis Eminiçə aiddir.
Fate/stay night: Heaven's Feel
Fate/stay night: Heaven's Feel (azərb. Tale/gecə mübarizəsi: Cənnətin hissi‎) — Tomonori Sudonun rejissorluğu və Yuki Kaciuranın bəstəkarlığı ilə Ufotable studiyası tərəfindən çəkilmiş anime filmi trilogiyası. Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanının sonuncu – 3-cü hekayəsi olan "Heaven's Feel" hekayəsinin adaptasiyasıdır, hadisələrin əsas diqqət mərkəzində Sakura Matodur. Trilogiyanın birinci filmi olan "Presage Flower" filminin premyerası 14 oktyabr 2017-ci ildə baş tutmuşdur. İngilis dilinə dublajı 5 iyun 2018-ci ildə ABŞ-də buraxılmışdır. İkinci film "Lost Butterfly" 12 yanvar 2019-cu ildə ekranlaşdırılmışdır. Üçüncü və sonuncu film "Spring Song" isə 15 avqust 2020-ci ildə buraxılmışdır. "Kara no Kyōkai" film seriyasından, "Fate/Zero" və "Fate/stay night: Unlimited Blade Works" anime seriallarından sonra bu trilogiya Type-Moon şirkətinin əsərlərinin Ufotable studiyası tərəfindən çəkiləcək dördüncü anime adaptasiyasıdır. == Rollarda == Noriaki Suqiyama Şiro Emiya (衛宮 士郎, Emiya Shirō) rolunda. Noriko Şitaya Sakura Mato (間桐 桜, Matō Sakura) rolunda.
Mafia: The City of Lost Heaven
Mafia: The City of Lost Heaven (azərb. Mafia: İtmiş cənnət şəhəri‎) — Illusion Softworks tərəfindən yaradılan və Üçüncü-şəxs atıcı janrında olan oyun. Oyun Avropada 6 sentyabr 2002-ci ildə, Amerika Birləşmiş Ştatlarında isə 28 avqust 2002-ci ildə çıxmışdır. Take-Two Interactivein verdiyi məlumata görə oyun 2 milyon nüsxə satılmışdır. 7 sentyabr 2010-cu ildə oyun Steam platformasına uyğunlaşdırılmışdır. Oyunda hadisələr Lost Heaven adlı şəhərdə baş verir. Oyunun əsas süjet xətti 30-cu illər ABŞ-da yaşanmış Mafia mübarizələri təşkil edir. == Giriş == == Məzmun == == Personajlar == Tomas Angelo (ingiliscə Thomas Angelo ) Oyunun əsas personajıdır. Tomas əvvələr taksi sürücüsü işləmişdir. Sonralar mafia aləminə qoşulmuşdur.
Cowboy Bebop: Knockin' on Heaven's Door
Cowboy Bebop: The Movie, Yaponiyada film Cowboy Bebop: Knockin' on Heaven's Door adlanır (yap. カウボーイビバップ 天国の扉, lit. Kovboy Bebop: Cənnət qapısının döyülməsi) — 2001-ci ildə çəkilmiş speys vestern bədii anime filmi. Film Hacime Yatate tərəfindən çəkilmiş və 1998-ci ildə Cowboy Bebop anime seriyasının əsasında qurulmuşdur. Orijinal seriyanın müxtəlif həyəti, rejisor Şiniciro Vatanabe, yazıçı Keiko Nobumoto, xarakter dizaynerı Toşihiro Kavamoto, animasiya direktoru Hiroşi Osaka, və bəstəkar Yoko Kanno daxil olmaqla, filmin üzərində işləmişdir. Filmi orijinal yapon və ingiliscə səsləndirən heyət də rollarını davam etmişdir. Film orijinal seriyanın 22-ci və 23-cü seriyası arasında qurulmuşdur. Filmin süjeti, Marsda insan əhalisini məhv etməyi planlaşdıran və naməlum patogendən istifadə edən sirli terrorist üzərində mərkəzlənir. Bebop kosmik gəmisində kəllə ovçu heyəti, terrorist tutmaq üçün işləyir və baş verə bilən hücumdan əvvəl, patogenin mənbəyini tapırlar. Film Vatanabe tərəfindən televiziya seriyasının davamı kimi qəbul olunmuşdur.
Fate/stay night: Heaven's Feel I. presage flower
Fate/stay night: Heaven's Feel I. presage flower (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi I. nişanə çiçəyi‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2017-ci ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının birinci filmidir. Əvvəlki hekayələrdə olduğu kimi bu hekayədə də baş qəhrəman Şiro Emiya şəhərini qorumaq üçün Müqəddəs qədəh döyüşünə qatılır. Lakin bu dəfə Şiro sadəcə sehrbaz və xidmətçilərlə yox, iştirakçıları öldürən müəmmalı kölgə ilə də qarşılaşır. Filmin Yaponiyada premyerası 13 oktyabr 2017-ci ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel II. lost butterfly" 12 yanvar 2019-cu ildə buraxılmışdır. == Məzmun == Zədəyə görə məktəbin oxçuluq klubunu buraxan Şiro Emiya aşağı sinifdə oxuyan və evini tez-tez ziyarət edən Sakura Mato ilə dostlaşır. Bir gecə Şiro iki qədim döyüşçünün döyüşünə şahidlik edir və aralarındanizə ustası olan döyüşçü ona hücum edərkən Seyber adlı və qılınc ustası tərəfindən xilas edilir.
Fate/stay night: Heaven's Feel II. lost butterfly
Fate/stay night: Heaven's Feel II. lost butterfly (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi II. itmiş kəpənək‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2019-cu ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının ikinci filmidir. Əvvəlki filmdə Müqəddəs qədəh döyüşündən kənar qalan və xidmətçisini itirən baş qəhrəman Şiro Emiya onun üçün dəyərli insan olan Sakura Mato və digər iştirakçılar üçün həll yolu axtarmağa çalışır. Filmin Yaponiyada premyerası 12 yanvar 2019-cu ildə ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel III. spring song" 15 avqust 2020-ci ildə buraxılmışdır. == Məzmun == Seyberin kölgə tərəfindən udulması və öldürülməsindən sonra Şiro Emiya Müqəddəs qədəh müharibəsindən kənar qalır və evinə məğlubiyyətlə qayıdır. Lakin döyüşməyə davam etmək qərarına gəlir. Rin Tosaka ilə görüşdən qayıdandan sonra Şiro başa düşür ki, Sakura Mato qardaşı Şinci tərəfindən qaçırılıb və Şinci ilə döyüşə girişir.
Fate/stay night: Heaven's Feel III. spring song
Fate/stay night: Heaven's Feel III. spring song (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi III. bahar mahnısı‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2020-ci ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının üçüncü və sonuncu filmidir. Əvvəlki filmlərdə Müqəddəs qədəh döyüşündən kənar qalan Şiro Emiya Müqəddəs qədəhin bir parçası olduğu məlum olan və qaranlıq tərəfini üzə çıxaran Sakura Matonu xilas etməyə çalışır. Filmin Yaponiyada premyerası 28 mart 2020-ci ildə planlaşdırılsa da, koronavirus pandemiyasına görə 15 avqust 2020-ci ildə baş tutmuşdur. == İstinadlar == == Xarici keçidlər == fatestaynightusa.com — Animenin rəsmi saytı Fate/stay night: Heaven's Feel III. spring song — Internet Movie Database saytında.