Sweather Weather

"Sweather Weather" — Amerikan alternativ rok qrupu The Neighbourhood-un mahnısı. Mahnını qrup üzvləri Cessi Ruterford, Zak Ebels və Ceremi Fridman yazmışdır, prodüserliyi Castin Pilbrou etmişdir. Mahnı onların albomu I Love You.-nun ilk sinqlı kimi yer alır. "Sweater Weather" 2013-cü ilin iyun ayında Billboard Alternativ Mahnılar cədvəlində bir nömrəyə çatdı. 2020-ci ilin ortalarından sonlarına qədər mahnı TikTok sosial media platformasında istifadə edildiyinə görə yenidən populyarlıq qazandı. Mahnı Spotify-da 2 milyarda yaxın dinləmə əldə etdi, 5 yanvar 2022-ci il tarixində mahnı Spotify-da ən çox oxunan mahnılar arasında ilk 100-də yer aldı.

Sweather Weather
The Neighbourhood tərəfindən I Love You. albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 28 mart 2012
Format Musiqi yükləmə
Janr indi-rok, soft rok, soul
Dil ingilis dili
Müddət 3:56
Prodüser Castin Pilbrou
Bəstəkar Cessi Ruterford
Zak Ebels
Ceremi Fridman
Studiya Columbia Records
The Neighbourhood sinqllarının xronologiyası
"Female Robbery"
(2012)
"Sweather Weather"
(2012)
"Let It Go"
(2013)