Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nikahsız arvad
Konkubina (lat. concubina con — birgə, və cubare — uzanmaq) — Qədim Romada kəniz ya odaliska, maddi və şəxsi cəhətdən asılı, və ya kölə olan daimi məşuqə, aşna, "nikahdan kənar arvad", "yataq yığışdıran qadın", aşağı təbəqədən olan birgə yaşayışa cəlb olunmuş subay qadınlara deyilirdi. Bu münasibətdən dünyaya gələn uşaqlara qanundan və ya nikahdan kənar uşaqlar deyilirdi.. Çoxarvadlılıqda olduğundan fərqli olaraq konkubinaların uşaqları ata mülkünə vərəsəlik hüququna malik deyildilər. Konkubina ilə münasibət toy mərasimi olmadan qurulurdu. Konkubinalar digər bir kişi ilə münasibət qura bilərdi ki, bu zaman onun əvvəlki partnyoru bu halla razılaşmalı olurdu. Konkubinalar fahişə sayılmadıqlarına görə onlar kurtizanka ola bilməzdilər. Roma hüququna görə kişi və qadın münasibətləri evlilik olmadan da mümkün idi. Bu münasibət konkubinat (lat. concubitus cinsi əlaqə, intim münasibət mənasını verir) adlanırdı.
Nizamsız ordu
Nizamsız ordu — bir ölkənin milli silahlı qüvvələrindən fərqli olan hər hansı qeyri-standart hərbi komponent. Terminə aid edilənlər olduqca müxtəlifdir. Bu, hərbi təşkilat növünə və ya istifadə edilən taktika növünə aid edilə bilər. Nizamsız hərbi təşkilat nizamlı hərbi təşkilatın bir parçası olmayan bir hərbi təşkilatdır. Standart hərbi birləşmə təşkilatı olmayan hərbi təşkilatları izah etmək üçün "trup", "qoşun", "dəstə", "qrup", "birləşmə", "banda" və ya "qüvvə" kimi daha ümumişlək sözlərdən də istifadə edilir. Nizamsızlar bu cür hərbi təşkilatların üzvü olan əsgər və ya döyüşçülərdir. Nizamsız müharibə adətən nizamsız hərbi təşkilatlar tərəfindən istifadə edilən taktikalardan ibarət müharibəyə deyilir. Buna böyükmiqyaslı döyüşdən yayınmaq və kiçik, gizli, vur-qaç münaqişələrə fokuslanmaq daxildir.
Silahsız Kuvvet
Sagopa Kajmer (türk: [sɑgopɑ kɑʒmæɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyə reperi, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceyliklə işləməyə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda Silahsız Kuvvet adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan Yeraltı Operasyonu albomunda yer aldı. Əvvəl Silahsız Kuvvet təxəllüsünü istifadə edən sənətçi daha sonra Sagopa Kajmer adından istifadə etməyə başladı və Sagopa Kajmer adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə On Kurşun, 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu yayımladı. G.O.R.A. filminin musiqilərini bəstələdi.
İzahlı lüğət
İzahlı lüğət - müxtəlif sahələrə aid, əlifba sırası ilə düzülmüş, başqa dilə tərcüməsi müəyyən dərəcədə izah olunmuş sözləridən ibarət kitabdır.
Azərbaycan dilinin izahlı lüğəti
"Azərbaycan dilinin izahlı lüğəti" — azərbaycanlı leksikoqraf və lüğətçi alim, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmələri doktoru, professor Əliheydər Orucovun rəhbərliyi və ümumi redaktəsi ilə ilk dəfə 1966-87-ci illərdə nəşr edilmiş lüğət. Lüğətdə Azərbaycan ədəbi dilinin lüğət tərkibində mövcud olan və Azərbaycan dilinə daxil olmuş yeni sözlərin mənaları və məna incəlikləri anadilli ədəbiyyat tarixinin görkəmli nümayəndələrindən gətirilən sitat nümunələrilə və digər misallarla izah olunur. == Tarixi == “Azərbaycan dilinin izahlı lüğəti” XX əsrin 40-cı illərindən hazırlanmağa başlansa da, birinci cildi 1966-cı ildə çap edilmişdir. Həmin cildi Əliheydər Orucov tərtib edib. 1-ci cildin redaktoru Əkrəm Cəfərdir. Redaksiya heyətinə isə AMEA-nın akademikləri Məmməd Arif Dadaşzadə və Məmmədağa Şirəliyev, o cümlədən Əliheydər Orucov və Rəsul Rüstəmov daxildirlər. Cild Ə. Orucov, Bəhruz Abdullayev və Nərgiz Rəhimzadə tərəfindən tərtib edilib. Lüğətin ikinci cildinin nəşri ilk nəşrdən 14 il sonra (1980) olub. Bu cildin tərtibi ilə f.e.n. Bəhruz Abdullayev, f.e.d., professor Ə. Orucov, f.e.n.
Geomorfoloji terminlərin izahlı lüğəti
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir. Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
İnformatika terminlərinin izahlı lüğəti
İnformatika terminlərinin izahlı lüğəti — Azərbaycan dilində olub, informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə milli terminologiyanın yaradılması sahəsində böyük əhəmiyyət daşıyan kitabdır. Elmi redaktoru AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevdir. == Əhatə dairəsi == Ensiklopedik nəşr informasiya texnologiyalarının müxtəlif sahələrini – proqram təminatı, aparat vasitələri, şəbəkələr, verilənlərin saxlanması, qrafika, oyunlar, informasiyanın emalı, internet, tarix, jarqon ifadələr, təşkilatlar, proqramlaşdırma və standartlara dair terminləri əhatə edir. Kitabda proqram və aparat təminatına aid sənədlərdə, bu məhsulların reklamlarında, mətbuatda, televiziyada, kompüterə dair kitab və xüsusi jurnallarda rast gəlinən terminlərin izahı verilib. Lüğətə kompüter sənayesi, proqram mühəndisliyi kimi xüsusi sahələr üzrə terminlər də daxil edilib. == Strukturu == Beş minədək terminin toplandığı lüğətdə ədədlər və xüsusi simvollarla başlayan terminlər ASCII kodlarına uyğun sıralanıb. Lüğətdəki məqalələr iki qrupa ayrılır: terminlərin tam təsviri olan əsas məqalələr və onların sinonimləri olan istinad məqalələri. Bəzi məqalələr uyğun şəkil, sxem, diaqram və ya cədvəllərlə müşayiət olunub. Məqalələr ingilis dilindəki terminlərə uyğun sıralandığından Azərbaycan, rus və ya türk dilində hər hansı termini tapmaq üçün kitabın sonunda azərbaycanca-ingiliscə, türkcə-ingiliscə və rusca-ingiliscə terminlər sözlüyü verilib. Bu üç dildən hər hansı birində verilmiş termini əvvəlcə uyğun sözlükdə tapmaq, sonra isə həmin sözün ingiliscə qarşılığına görə onu lüğətdə axtarmaq lazımdır.
Geomorfoloji terminlərin izahlı lüğəti (AMEA)
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir. Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti (fr. Encyclopédie, ou Dictionnaire raisonné des sciences, des arts et des métiers) — Fransada 1751-1780-ci illərdə Deni Didronun və riyazıyatçı Jan Leron Dalamberin təşəbüsü ilə yaradılan, universal arayış sözlüyünün müəllif - tərtiblçilər qrupu. Bu maarifləndirici arayış kitabının nəşrində Jorj-Lui Lekler de Büffon, Volter, Klod Adrian Helvetsi, Pol Anri Holbax, Lui de Jokur, Etyenn Bonno de Kondilyak, Jan Jak Russo, Ann Rober Jak Türqo və bir çox başqa mühəndis, yazıçı və alimlər yaxından iştirak etmişdilər.
Seyithan İzsiz
Seyithan İzsiz (1976, Çatağ[d], Van ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Seyithan İzsiz 1976-cı ildə Van ilinin Çatağ ilçəsində anadan olub. İstanbul Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. İstanbul Gelişim Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi alıb. Uzun illər iş adamı olaraq çalışıb. Van Federasiyasının prezidenti, Bəylikdüzüdə Könüllülər Vəqfinin qurucu prezidenti və İstanbul Şərqi - Cənub-Şərqi Üst Çatı Platformasının qurucu üzvü olub. Həmçinin İstanbul Ticarət Palatasının Şura üzvü və Komitə sədrinin müavini vəzifələrində çalışıb. Siyasi fəaliyyəti ərzində AK Partiya və İYİ Partiyanın üzvü olub. 2014-cü ildə İstanbul BB Məclis üzvü seçilib. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.