Seyithan İzsiz (1976, Çatağ[d], Van ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin XXVIII çağırışının müstəqil deputatı.[1]
Seyithan İzsiz | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin XXVIII çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — İstanbul (3.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1976 |
Doğum yeri | |
Partiya |
|
Təhsili | İstanbul Universiteti, İstanbul Gelişim Universiteti |
Seyithan İzsiz 1976-cı ildə Van ilinin Çatağ ilçəsində anadan olub. İstanbul Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. İstanbul Gelişim Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi alıb.[1]
Uzun illər iş adamı olaraq çalışıb. Van Federasiyasının prezidenti, Bəylikdüzüdə Könüllülər Vəqfinin qurucu prezidenti və İstanbul Şərqi — Cənub-Şərqi Üst Çatı Platformasının qurucu üzvü olub. Həmçinin İstanbul Ticarət Palatasının Şura üzvü və Komitə sədrinin müavini vəzifələrində çalışıb.[1]
Siyasi fəaliyyəti ərzində AK Partiya və İYİ Partiyanın üzvü olub. 2014-cü ildə İstanbul BB Məclis üzvü seçilib.[1]
2023-cü ildə İYİ Partiyanın namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ətraf mühit Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
Kürdcə və ingiliscə bilir. Evli və 3 uşaq atasıdır.[1]
14 iyun 2024-cü ildə İYİ Partiyadan istefa vermişdir.[2] 14 avqust 2024-cü ildə keçirilən Ədalət və İnkişaf Partiyasının 23-cü ildönümü tədbirində partiya sıralarına qoşulmuş, partiya nişanı Rəcəb Tayyib Ərdoğan tərəfindən taxılmışdır. İzsiz bu hadisəni: "Yuvama təkrar geri dönürəm" — deyərək şərh etmişdir.[3]