Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biletsa döyüşü
Biletsa döyüşü — 1388-ci ilin avqustunda Böyük hersoq Vlatko Vukoviçin başçılıq etdiyi Bosniya krallığının qüvvələri ilə Lalə Şahin Paşanın başçılığı altında Osmanlı imperiyası arasında döyüş. Osmanlı ordusu krallığın cənub bölgəsi olan Huma soxulmuşdu. Günlərlə davam edən qarətdən sonra işğalçılar Dubrovnikin şimal-şərqindəki Biletsa şəhəri yaxınlığında müdafiə qüvvələri ilə toqquşmuşdular. Döyüş Osmanlının məğlubiyyəti ilə başa çatmışdır. == Zəmin == Frakiyada yerləşən Osmanlı türkləri 1380-ci illərdə qərbi Balkanlar üçün əhəmiyyətli hərbi və siyasi faktor kimi meydana çıxmışdır. Makedoniyadakı müxtəlif ölkələrin hökmdarlarını öz vassallarına çevirən I Muradın başçılığı ilə Osmanlılar qərbə, Adriatik sahillərinə doğru basqınlar etməyə başlamışdılar. Onlar Balkanlardakı feodallara öz aralarında apardıqları müharibələrdə həvəslə kömək edir, ixtilafları artırır və istismar edirdilər, Balkan dövlətlərini məqsədli şəkildə zəiflədirdilər. Bosniya krallığının Osmanlı hücumundan təhlükəsiz olacağı qədər uzaq olduğu düşünülürdü və şərqdə Serbiya imperiyasının süqutundan sonra yüksələn müstəqil dövlətlər kəməri ilə qorunurdu. Bununla belə, Bosniya ilə Osmanlı Frakiyası arasındakı məsafə heç bir maneə yaratmamışdı. Bosniya kralı I Tvrtko ilə Zeta hökmdarı və Muradın vassalı II Georgi Balşic arasındakı düşmənçilik bosniyalılarla türklər arasında gözləniləndən daha tez toqquşmalara səbəb olmuşdu.
Ramon Pileta
Ramon Pileta (20 mart 1977) — Honduraslı cüdoçu. Ramon Pileta Hondurası 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ramon Pileta birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər +100 kq çəkidə, 1/16 final mərhələsində Braziliyaın nümayəndəsi Rafael Silva ilə üz-üzə gəldi. Həmin görüşdə Ramon Pileta rəqibinə 0:110 hesabı ilə uduzdu.
İlekta Eftimiou
İlektra Eftimiou (d. 24 iyun 1989) — Yunanıstanı təmsil edən bədii gimnast. İlektra Eftimiou 2004-cü ildə Yunanıstanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == İlektra Eftimiou 2004-cü ildə Yunanıstan bayrağı altında elə Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Kakiou, Liana Xristidou, Yeleni Xronopoulou, Varvara Maqnisali və Steriani Pantazi ilə birgə finalda 46.525 xal topladı və 5-ci yeri tutdu.
Qırmızı jiletli oğlan
"Qırmızı jiletli oğlan" — Pol Sezanın 1889 və ya 1890-cı ildə yaratdığı yaradıcılığının yetkinlik dövrünə aid əsəridir. Sürixdə Emil Byurle fondunun kolleksiyasında saxlanılır. Sezann bu italyan oğlanın qırmızı jiletdə dörd fərqli portretini çəkmiş, oğlan və mühit arasındakı əlaqələri araşdırmışdır. Portretlərin ən məşhuru, masa arxasında başını ovucuna söykəyərək melankolik pozada oturan uşağı təsvir edir. Emil Byurle fondunun kolleksiyası, rəsmin "diqqətlə düşünülmüş kompozisiya ilə birbaşa bədii hissiyat arasındakı mükəmməl tarazlığı" yüksək mənalılığını qeyd edir. 1895-ci ildə tənqidçi Qustav Jeffrua, əsəri köhnə ustaların ən yaxşı əsərlərinə bərabər adlandırmışdı . Rəsm zəngin, şən rənglərlə çəkilib. Kompozisiyanın üç əsas çarpazı var: oğlanın beli və başı boyu, arxasındakı tünd yaşıl pərdə boyu və sol aşağı küncdən qalxan stol və stulun xətti boyu. Bu diaqonallara kəsişən çarpazların möhkəm birləşmiş strukturunu yaradan oğlanın əl və ayaqlarının vəziyyəti qarşı qoyulub. Əsər 1895-ci ildə sənət alverçisi Ambruaz Vollar tərəfindən Sezandan alınmışdı.
Jilet (kommuna)
Jilet (fr. Gilette) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokesteron kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 10,18 km², əhalisi — 1425 nəfərdir (2006) artım tendensiyası ilə: 1516 nəfər (2012), əhalinin sıxlığı 148,9 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 1505 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1516 nəfər.