Biletsa döyüşü

Biletsa döyüşü — 1388-ci ilin avqustunda Böyük hersoq Vlatko Vukoviçin başçılıq etdiyi Bosniya krallığının qüvvələri ilə Lalə Şahin Paşanın başçılığı altında Osmanlı imperiyası arasında döyüş. Osmanlı ordusu krallığın cənub bölgəsi olan Huma soxulmuşdu. Günlərlə davam edən qarətdən sonra işğalçılar Dubrovnikin şimal-şərqindəki Biletsa şəhəri yaxınlığında müdafiə qüvvələri ilə toqquşmuşdular. Döyüş Osmanlının məğlubiyyəti ilə başa çatmışdır.

Biletsa döyüşü
Osmanlının Bosniya və Herseqovinanı fəthi
Tarix təq. 26 avqust 1388
Yeri Biletsa ətrafında (indiki Bosniya və Herseqovina)
Nəticəsi Bosniyanın qələbəsi
Münaqişə tərəfləri

Bosniya krallığı

Osmanlı imperiyası

Komandan(lar)

Vlatko Vukoviç
Radiç Sankoviç

LaləŞahin Paşa

Frakiyada yerləşən Osmanlı türkləri 1380-ci illərdə qərbi Balkanlar üçün əhəmiyyətli hərbi və siyasi faktor kimi meydana çıxmışdır. Makedoniyadakı müxtəlif ölkələrin hökmdarlarını öz vassallarına çevirən I Muradın başçılığı ilə Osmanlılar qərbə, Adriatik sahillərinə doğru basqınlar etməyə başlamışdılar.[1] Onlar Balkanlardakı feodallara öz aralarında apardıqları müharibələrdə həvəslə kömək edir, ixtilafları artırır və istismar edirdilər, Balkan dövlətlərini məqsədli şəkildə zəiflədirdilər. Bosniya krallığının Osmanlı hücumundan təhlükəsiz olacağı qədər uzaq olduğu düşünülürdü və şərqdə Serbiya imperiyasının süqutundan sonra yüksələn müstəqil dövlətlər kəməri ilə qorunurdu.[1]

Bununla belə, Bosniya ilə Osmanlı Frakiyası arasındakı məsafə heç bir maneə yaratmamışdı. Bosniya kralı I Tvrtko ilə Zeta hökmdarı və Muradın vassalı II Georgi Balşic arasındakı düşmənçilik bosniyalılarla türklər arasında gözləniləndən daha tez toqquşmalara səbəb olmuşdu. Bosniyaya ilk Osmanlı hücumu 1386-cı ilin oktyabrında baş tutmuşdur və bunun haqqında çox az məlumat var. Güman edilir ki, bu, Georgi tərəfindən təklif edilmişdir və qonşu Raquza Respublikasında çaxnaşmaya səbəb olmuşdur. 1388-ci ildə Goergi Osmanlı sərkərdəsi Lalə Şahin Paşa ilə əlaqə saxlamış, daha sonra Tvrtkonu zəiflətmək ümidilə Epirdə müharibə aparmışdır.[2]

Osmanlı hücumu

[redaktə | mənbəni redaktə et]

Osmanlının Bosniya üzərinə hücumu təhlükəsi 1388-ci ilin avqust ayının əvvəlində meydana çıxmışdı.[3] Osmanlı hökmdarı I Murad Lalə Şahin paşanı Georgiyə kömək etmək üçün göndərmişdi.[4] Raquza səlahiyyətliləri Tvrtko səltənətinin cənubunda və Raquzanın özünə çox yaxın olan Hum vilayətinə girmiş türklər haqqında Georgiyə bir elçi göndərmişdi.[3] 15 avqust raquzalılar irəliləyən işğalçılardan qaçan Tvrtko təbəələri üçün öz mülklərində sığınacaq təmin etmək qərarına gəlmişdilər.[3] Onlr zadəganlara və sadə insanlara müvafiq olaraq Dubrovnik şəhərində və Ston şəhəri ətrafındakı Peleşas yarımadasında sığınmağa icazə vermişdilər.[2] Ston səddi müdafiə üçün hazırlanmışdı. 19 avqustda bütün sakinlərə yarımadanın müdafiəsi tapşırılmış və ertəsi gün Tvrtko da müdafiəçilərə kömək etmək üçün 1,000 nəfər göndərmişdi.[2] Həmin gün artıq yaxınlıqda olan Lalə Şahin Paşaya da elçi göndərilmişdi.[3][2] Raquzalılar gözlənilən toqquşma qarşısında özlərini təmin etmək niyyətində idilər[3] və tarixçilər tərəfindən Osmanlı sərkərdəsinə göndərilən elçi yəqin ki, həm danışıqlar aparmaq, həm də kəşfiyyat məlumatı vermək məqsədi daşıdığı ehtimal edilir.[2] 22 avqustda Macarıstan sarayından da məsləhət istənilmişdir.[2]

Muradın Tvrtkoya qarşı göndərdiyi ordunun böyüklüyü məlum deyil, lakin onun öz oğulları da bura daxil idi deyə ordunun böyükhəcmli olduğu ehtimal edilir. Tarixçilər bunun nəhəng bir ordu olduğunu düşünmürlər, lakin kiçik və sadəcə talan məqsədi daşıyan bir qrup da deyildi. Ordunun məqsədi həm qarət gətirmək, həm də Muradın hərbi gücünü nümayiş etdirmək idi.[2]

Kral Tvrtkonun ordusu özünün ən bacarıqlı və etibarlı generalı, Bosniya Böyük hersoqu Vlatko Vukoviçin rəhbərliyi ilə türklərin Biletsa şəhərinə qədər nüfuz etməsinə icazə vermişdir.[3] Bosniyalılar Hum dərələrində[2] işğalçılarla toqquşmuş və onları qətiyyətlə məğlub etmişdilər.[5][5] Lalə Şahin Paşa canını çətinliklə xilas etmişdi.[2] Dəqiq tarix mübahisəlidir, lakin hadisələrin sonrakı xronikasına görə, döyüş 27 avqustda baş vermişdi. Artıq 26 avqustda raquzalılar Macarıstan kralı Sigizmundu nəticə barədə məlumatlandırdılar və Osmanlı ordusunda olan əsir götürülmüş zetaları və albanları azad etmək qərarına gəlmişdilər.[3]

Osmanlının hücumu və məğlubiyyəti həm Tvrtko, həm də Georgini bir-biri ilə barışmağa daha çox həvəsləndirmişdi. Bosniyanın qələbəsi Osmanlı basqınlarının təsirlərinə kölgə salmamışdı. Gələcək hücumlar bir ehtimal olaraq qalsa da, bosniyalılar Biletsadakı qələbədən sonra təxminən bir il Osmanlı ordusu ilə bir daha qarşılaşmadılar.[3] 1389-cu ilin iyununda isə Murad özü qərbə doğru yürüş etmişdir. Bəzi tarixçilərə görə, o, bəlkə də sonda Tvrtkoya zərbə endirmək niyyətində idi.[4][6] Murad, Moraviya Serbiyasının hökmdarı Lazarın Biletsa yaxınlığındakı məğlubiyyətə töhfə verdiyindən də şübhələnirdi.[7] Bu, bosniyalıları və serbləri Kosovo döyüşündə onun ordusuna qarşı birləşməyə məcbur etmişdi.[4]

  1. 1 2 Ćirković, 1964. səh. 157
  2. 1 2 3 4 5 6 7 8 9 Ćorović, 1997, part 3, chapter 12
  3. 1 2 3 4 5 6 7 8 Ćirković, 1964. səh. 158
  4. 1 2 3 Imber, 2009. səh. 12
  5. 1 2 Finkel, 2007. səh. 20–21
  6. Fine, 1994. səh. 408
  7. Veinstein, 2013. səh. 124
  • Ćirković, Sima. Историја средњовековне босанске државе (serb). Srpska književna zadruga. 1964.
  • Ćorović, Vladimir. Istorija srpskog naroda (serb-xorvat). Beograd: Ars Libri (posthumously synthesized and published). 1997.
  • Fine, John Van Antwerp Jr., The Late Medieval Balkans: A Critical Survey from the Late Twelfth Century to the Ottoman Conquest, University of Michigan Press, 1994, ISBN 0-472-08260-4
  • Finkel, Caroline. Osman's Dream: The History of the Ottoman Empire. Basic Books. 2007. ISBN 978-0465023974.
  • Imber, Colin. The Ottoman Empire, 1300–1650: The Structure of Power. Palgrave Macmillan. 2009. ISBN 978-1137014061.
  • Veinstein, Gilles, "The Great Turk and Europe", Europe and the Islamic World: A History, Princeton University Press, 2013, ISBN 978-0691147055