Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Joy Division
Joy Division 1975-ci ildə Salford şəhərində yaradılan ingilis rok qrupudur. İlk əvvəl "Warsaw" adlandırılan bu qrup ifaçı Yan Körtis, gitarist Bernard Samner, bassist Piter Huk və barabançı Stiven Moris tərəfindən təşkil olunmuşdur. Uşaqlıq dostları Samner və Huk tərəfindən "Sex Pistols" konsertindən sonra yaradılan "Joy Division" qrupu öz pank kökünü aşıb post-punk hərəkatının aparıcılarından oldu. Onların hazırladığı birinci çıxış EP albomu "An Ideal for Living" Mançester televiziyasının və şəxsən Toni Vilsonun diqqətini çəkdi. Onların seçdiyi alman adı qrupun siyasi düşüncələri haqqında spekülyasiyalara və tənqidlərə yol açdı və bu qrupun adını dəyişməsindən sonra da dəyişmədi. "Joy Division"-ın debüt albomu 1979-cu ildə Vilsonun müstəqil leybl şirkəti Factory Records da çıxarıldı. Martin Hannetin köməyi ilə bu albom Britaniya musiqi mətbuatında ciddi uğur əldə etdi. Bu uğurlara baxmayaraq, Körtis ağır depressiyadan, epilepsiya və boşanma kimi şəxsi problemlərdən əziyyət çəkirdi. Xüsusi olaraq o canlı ifa zamanı əziyyət çəkirdi və sudurğa tuturdu. 1980-ci ilin mayında, qrupun Amerika qastrolu zamanı Körtis 23 yaşında intihar etdi.
Dəfnə Joy Foster
Dəfnə Coy Foster (ing. Defne Joy Foster; 2 sentyabr 1975, İncirlik[d], Adana ili – 2 fevral 2011, İstanbul) — Türk və amerikan əsilli aparıcı, aktrisa və DJ. Aktrisa 2003–2006-cı illər ərzində yayımlanan "Sihirli Annem" teleserialında oynadığı "Eda" obrazı ilə ölkəsində məşhurluq qazanmışdır. Bundan başqa Dayə, Ruhsar və Ağ Yalanlar kimi seriallarda da epizodik rollarda çəkilmişdir. == Həyatı == Dəfnə 2 sentyabr 1975-ci ildə Türkiyə'nin İncirlik əyalətində anadan olub. Atası afroamerikalı Stiv NATO-da zabit olaraq fəaliyyət göstərir, anası Xədicə isə türkdür. Dəfnə orta təhsilini Alsancakda aldıqdan sonra fərdi təhsilini İzmirdə davam etdirdi. 2008-ci ildə İlkər Yasin Solmaz ilə evlənib və 2009-cu il 13 iyunda Can Qılınc adında bir oğlu olub. 2 fevral 2011-ci ildə Caddebostanda yazıçı Əhməd Altanın oğlu Kərəm Xalid Altanın evində ölü tapılıb. İlk versiya olaraq ölüm səbəbi astma xəstəliyi göstərilib. Astma xəstəsi olan Dəfnənin ölmədən az əvvəl spirtli içki qəbul etdiyi deyilir.
Mari Joy Tabal
Mari Joy Tabal (13 iyul 1989) — Filippinli marafonçu. Mari Joy Tabal Filippini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mari Joy Tabal birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 2 dəqiqə 27 saniyəyə qət edərək 157 marafonçu sırasında 124-cü yeri tutdu.
Joynagar
Jaynagar Majilpur — Hindistanda şəhər. Əhalisi 25922 nəfərdir (2011).
Joyride
Joyride – Roxette qruppunun üçüncü albomudur.
Joystick
Coystik (ing. Joystick; "oyun çubuğu") — adətən, kompüter oyunlarında istifadə olunan populyar qurğu. Coystikin, adətən, kvadrat və ya düzbucaqlı plastmas korpusu olur və ora şaquli tutacaq bərkidilir. Tutacağın neytral vəziyyətdən müxtəlif istiqamətlərə hərəkət etdirilməsi ekranda kursorun və ya obyektin nisbi hərəkətini idarə edir, tutacağı buraxdıqda isə obyekt dayanır. Düymələr proqramın müxtəlif funksiyalarını aktivləşdirir və ya başladır. İstehsalatın avtomatlaşdırılmış idarəolunması sahəsində obyektin mütləq yerdəyişməsini idarə etmək üçün, adətən, coystikdən istifadə olunur. Bəzi modellərdə coystiklərdə təzyiq vericisi montaj edilir. Bu halda istifadəçi dəstəyi nə qədər qüvvətli sıxırsa, kursor displeyin ekranında o qədər cəld hərəkət edir. Oyun manipulyatorlarının "ulu babası" olan bu qurğudan simulyatorlarda, arkad tipli kompüter oyunlarında, oyun konsollarında geniş istifadə olunur. Bəzi coystiklərdə tutacaq hərəkət etməklə yanaşı, öz oxu ətrafında fırlana da bilir.
Joystiq
"Joystiq" — videooyun bloq saytı. Saytın əsası 2004-cü ilin iyununda qoyulmuş, sonradan "AOL" tərəfindən satın alınmışdır. "Joystiq" 2015-ci ildə bağlanmışdır. == Mükafatlar == "Joystiq" internet-bloqinq kateqoriyasında bir neçə mükafata namizəd olub, lakin ardıcıl olaraq "Slashdot", "Gizmodo" da daxil olmaqla daha geniş texnologiyaları təmsil edən bloqların kölgəsində qalmışdır. Bununla belə, "Joystiq" veb-saytı "Forbes" və "Feedster 500" siyahısında görkəmli bloqlar sırasına daxil edilmişdir.
Liza joyneri borealis
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Toy boy (mahnı)
Hoy
Xoy (azərb. Xoy‎; fars. خوی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı Xoy şəhristanının inzibati mərkəzi. Şəhər ərazisi 30 km².-dir. 2012-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 200,985 & 354,309 nəfərdir. == Tarixi == Xoy şəhərinin tarixi e.ə. 3000–4000-ci illərdən başlayır. Şumer mənbələrində adı çəkilən Arrata adlı bölgənin bugünkü Urmiya ilə Van şəhərləri arasındakı bölgə olduğu tarixçilər tərəfindən təsdiqlənmişdir. O illərdə bu bölgədə məskunlaşmanın olması da öz təsdiqi tapmışdır. Əvvəlcə Xoy şəhəri Azərbaycan ərazisində qurulan Manna dövlətinin sərhədləri içində olmuş, sonra Van və onun ətrafını özündə birləşdirən Urartu dövlətinin ərazisinə qatılmışdır.
JONY
Cahid Əfrayıl oğlu Hüseynli (29 fevral 1996, Bakı) — Rusiyada fəaliyyət göstərən Azərbaycan əsilli ifaçı. == Həyatı == Əsl adı Cahid Hüseynli Əfrayıl oğlu olan Jony 1996-cı ildə bir Bakı şəhərində anadan olub. Tezliklə valideynləri özü və qardaşı ilə birlikdə Moskvadakı daimi yaşayış yerinə köçdülər. Cahidin təxəllüsü olan JONY adı anası sayəsində yaranmışdır."Johnny Bravo" cizgi filmini izləməyi çox sevən Cahidə anası Jony deyə səslənirdi. Paytaxtda Cahid orta məktəbi bitirib musiqi ilə maraqlanmağa başladı. Ancaq atası oğlunun musiqi karyerasına qarşı çıxdı, amma anası Cahidin tərəfində olsa da, o Dövlət İdarəetmə Universitetində "Beynəlxalq idarətmə" ixtisası üzrə təhsil almağa başladı. Təhsil aldığı müddətdə Cahid musiqini unutmadı və İnstaqramında populyar mahnıların müxtəlif versiyasılarını səsləndirdi. Bunun sayəsində Elman Zeynalov (El'man) Cahidə RAAVA Music-də işləməyi təklif etdi. Sonra öz mahnıları üzərində işləməyə başladı. 2020-ci ildə Elman Zeynalovla birlikdə xeyriyyə aksiyası keçiriblər, qazanclarının bir hissəsini pandemiyadan əziyyət çəkən aztəminatlı ailələr və pensiyaçılar üçün məhsullara yönəldiblər.
Jiy
Jiy — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Ərus kənd Sovetinin Jiy kəndi Ərsilə kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim talış dilindəki "alt", "aşağı" mənasında işlənən jiy sözündəndir. Kənd dağ silsiləsinin aşağı hissəsində yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == 24 noyabr 1959-cu ildə kənd ərazisinə meteorit düşmüşdür. == Coğrafiyası və iqlimi == Kənd Burovar silsiləsinin ətəyində yerləşir.
Job
JOB ~ задание ~ iş ~ iş, tapşırıq-kompüterin yerinə yetirdiyi müəyyən həcmli iş.Termin meynfreymlər meydana çıxanda yaranıb: o zaman müxtəlif proqramlar tərəfindən emal edilən verilənlər paket-paket, çox zaman perfokartlarda verilirdi və informasiyanın işlənməsi ayrıca əməliyyat və ya iş kimi planlaşdırılıb yerinə yetirilirdi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Soy
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri. O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur. Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur. Nəsli ağsaqqallar idarə edirdilər.
Toy
Toy — çoxlu adət-ənənələrlə müşayiət olunan, evlənmə prosesinin son mərhələsi, qonaqlıqla başa çatan şənlik, çalıb oynamaq mərasimi. Toyun sosial əhəmiyyəti yeni ailənin yaradılması, qohumluq əlaqələrinin qurulması, ailə və yaş statusunun dəyişməsi, ər-arvadın statusunun ictimaiyyət tərəfindən tanınması ilə əlaqədardır. Toy özündə dil, folklor-poetik, ritual, musiqi, vizual və digər planları birləşdirir. Bir çox xalqlarda toya gəlinin ata-ana evindən bəy evinə ritual olaraq köçürülməsi, hədiyyə mübadiləsi, süfrə və s. adətlər daxildir. Bütün xalqlar arasında bir çox inanclar, əlamətlər və mərasimlər toyla əlaqələndirilir. Dindarlar üçün toy dini ayinlərlə (xristianlıqda toy, islamda nikah və s.) müşayiət olunur. == Tarixi == Azərbaycanda evlənməyin ənənəvi yolu qızı elçilik vasitəsilə ilə nişanlayıb toy etmək olmuşdur. Ulu babalarımız "toy" dedikdə, şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El arasında deyilir: "Filankəs şadyanalıq edib toy çaldırıdı".
Xoy
Xoy (azərb. Xoy‎; fars. خوی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı Xoy şəhristanının inzibati mərkəzi. Şəhər ərazisi 30 km².-dir. 2012-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 200,985 & 354,309 nəfərdir. == Tarixi == Xoy şəhərinin tarixi e.ə. 3000–4000-ci illərdən başlayır. Şumer mənbələrində adı çəkilən Arrata adlı bölgənin bugünkü Urmiya ilə Van şəhərləri arasındakı bölgə olduğu tarixçilər tərəfindən təsdiqlənmişdir. O illərdə bu bölgədə məskunlaşmanın olması da öz təsdiqi tapmışdır. Əvvəlcə Xoy şəhəri Azərbaycan ərazisində qurulan Manna dövlətinin sərhədləri içində olmuş, sonra Van və onun ətrafını özündə birləşdirən Urartu dövlətinin ərazisinə qatılmışdır.
Abati (Xoy)
Abati — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Rəhal bölgəsinin Nazlı kəndistanında, Xoy şəhərindən 16,5 km cənubda, Xoy-Şahpur avtomobil yolunun 5,5 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (22 ailə).
Adıyaman (Xoy)
Adıyaman (fars. كشك زر‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2020-ci il məlumatına görə kənddə 478 nəfər yaşayır (65 ailə).
Ak Jol
Ak Jol (qırğ. Ак жол — "Ağ yol") — Qırğızıstanda siyasi partiya. 2007-ci ilin dekabrında keçiriləcək parlament seçiləri ərəfəsində Qırğızıstan prezidenti Kurmanbek Bakiyev tərəfindən yaradılmışdır. Seçkilər nəticəsində 90 yerdən 71-nə sahib olan "Ak Jol" parlamentə daxil olmuş 3 partiyadan biri idi.
Almadı (Xoy)
Almadı (fars. امينه ده‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 234 nəfər yaşayır (44 ailə).
Almalı (Xoy)
Almalı (fars. المالو‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 930 nəfər yaşayır (203 ailə).
Alsürmə (Xoy)
Alsürmə (fars. السرمه‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 730 nəfər yaşayır (114 ailə).
Ağbulaq (Xoy)
Ağbulaq (fars. اغبلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Ətraf bölgəsinin Vələdyan kəndistanında, Kəleybar qəsəbəsindən 29 km qərbdə, Xoy şəhərindən 25 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 652 nəfər yaşayır (165 ailə).
Ağcaqışlaq (Xoy)
Ağcaqışlaq (fars. آغچه‌قشلاق‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 408 nəfər yaşayır (71 ailə). == Coğrafi yerləşməsi == Xoy şəhristanının Ətraf bölgəsinin Kələdyan kəndistanında, Xoy şəhərindən 7,5 km cənub-şərqdədir.
Ağdaş (Xoy)
Ağdaş (fars. اغداش‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər (84 ailə) yaşayır.
Ağdərə (Xoy)
Ağdərə (fars. اغدره‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 71 nəfər yaşayır (11 ailə).
Balaban (Xoy)
Balaban (fars. بلبان‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər yaşayır (63 ailə).
Balacıq (Xoy)
Balacıq (fars. بلجوك‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 742 nəfər yaşayır (129 ailə).
Barıcıq (Xoy)
Barıcıq (fars. برژوك‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (54 ailə).
Batçı (Xoy)
Batçı (fars. بطچي‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (15 ailə).
Göy
Səma — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.