Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gözləmə (Urmiya)
Gözləmə (az-əbcəd. گؤزلَمه‎) — Güney Azərbaycanın Urmiya şəhərinə aid qəlyanaltı növü. Qeyd edək ki Urmiya gözləməsi Türkiyə gözləməsi ilə fərqlidir. Bu yemək tez hazırlanmasına görə belə adlandırılıb. == Lazım olan ərzaqlar == 3 stəkan süzmə və ya qatıq 4 ədəd yumurta 4 diş sarımsaq Yarım fincan su Lazım olan miqdarda kərə yağı və ya sarı yağ Lavaş çörəyi Duz == Hazırlanma qaydası == İlk olaraq tavaya yağ töküb, sonra yumurtaları əlavə edib qızardın. Yaxşıca qızardıqdan sonra isə üzərinə duz tökün. Sonra isə qatıq və ya süzməni su ilə birlikdə bir qazanda qarışdırın ki qatıq parçalanmasın. Sonda ocağı söndürüb, öncədən nəzərdə tutulmuş qablarda sarımsaqlı qatıq və yumurtanı töküb qarışdırın. Əlbəttə qatıq (süzmə) və yumurtanı tonqal üstündə də qarışdırıb, hazırlamaq olar. Bu qəlyanaltı çörək ilə yeyilir.
Köləmən Abdulla Paşa
Köləmən Abdulla Paşa — (1846-1937) Türk əsgəri. == Həyatı == 1846-cı ildə Trabzonda anadan olmuşdur. Hərbi Akademiyanı bitirdikdən sonra 1881-ci ildən orduda xidmət etməyə başladı və kapitan rütbəsinə yüksəldi. Hicaz və Yəməndə xidmət etməyə başaldı. İstanbula qayıtdıqdan sonra Hərbi Akademiyada müəllim kimi fəaliyyət göstərdi. Von der Qoltzun tərcüməçisi və yardımçısı idi. Vyana hərbi nümayəndə kimi də göndərilmişdi. Anadolundakı erməni üsyanını yatırmaq ona həvalə edilmişdi. Musul qubernatoru idi. Daha sonralar isə müvəqqəti olaraq bir sıra xarici ölkələrə səfir kimi göndərilmişdi.
Məni daha gözləmə (mahnı)