Məni daha gözləmə (mahnı)

Məni daha gözləmə — azərbaycanlı bəstəkar Cavanşir Quliyevin mahnısıdır. Mahnının sözləri Kamal Abdullaya aiddir. Mahnı ilk öncə müğənni İradə İbrahimova üçün bəstələnmişdir. Lakin mahnını Zülfiyyə Xanbabayeva ifa etmişdir. Daha sonra mahnını Aygün Kazımova ifa etmək istəyir və bəstəkardan icazə alaraq ifa edir. Bəstəkar mahnını bir şərtlə Aygün Kazımovanın oxumasına icazə verir ki, ilk öncə mahnını Zülfiyyə Xanbabayeva təqdim edəcək. Bələliklə Aygün Kazımovanın ifası arxivdə qalır. 2020-ci ildə bəstəkar Cavanşir Quliyev öz rəsmi YouTube hesabında Aygün Kazımovanın ifasını dinləyicilərə təqdim etmişdir.[1]

sinql
Məni daha gözləmə
İfaçı Zülfiyyə Xanbabayeva
Albom Qəlbinə yol
Yayımlanıb 2004
Janr pop, rok
Dil azərbaycanca
Bəstəkar Cavanşir Quliyev
Sözlərin müəllifi Kamal Abdulla

Videoklip
 Məni daha gözləmə (Aygün Kazımova)
Videoklip
 Məni daha gözləmə (Zülfiyyə Xanabayeva)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-26.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]