Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hakkı Kıvanç
Hakkı Kıvanç (d. 18 iyul 1931, Adana - ö. 30 yanvar 2015, İstanbul) — Türkiyənin "Yeşilçam" kino studiyasının məşhur aktyorlarından biri. == Həyatı == Hakkı Kıvanç 18 iyul 1931-ci ildə Türkiyənin Adana şəhərində anadan olmuşdur. 1955-ci ildə "Qızımla bərabər ağladıq" filmində epizodik rolla kino həyatına başlamışdır. "Yeşilçam" filmlərinin ən populyar köməkçi aktyorlarından biri olmuş; Ayxan İşıq, Yılmaz Güney, Cüneyd Arkın, Kamal Sunal kimi şedevr aktyorlarla eyni filmlərdə çəkilmişdir. 1980-ci ildən sonra kinodan əlavə seriallarda da rol almışdır. Ömrü boyu 500-dən çox filmdə rol almış aktyorun son çəkildiyi seriallar "Arka sokaklar" və "Kalb gözü"dür. 30 yanvar 2015-ci ildə İstanbulda mədə xərçəngindən vəfat etmişdir.
Kıvanç Tatlıtuğ
Kıvanç Tatlıtuğ (27 oktyabr 1983, Adana) — Türk aktyoru və keçmiş maneken . == Həyatı və kariyerası == Atası Adanalı, anası Ədirnəli olan Kıvanç, 1983-cü il oktyabrın 27-si Türkiyənin Adanada şəhərində dünyaya gəlmişdir. 2002-ci ildə Best Model of Turkey və daha sonra Best Model of the World seçilməsi ilə məşhurlaşdı. İlk olaraq "Gümüş" adlı serialda Mehmet obrazını canlandıran Tatlıtuğ daha sonra "Menekşe" və "Halil" adlı serialda Halil obrazını canlandırdı. 2008-ci ildə çəkilmiş Qadağan olunmuş eşq serialında Behlül obrazını, 2010-cu ildə qonaq obraz olaraq "Ezel" serialında Səkkiz obrazını, 2011-2013-cü illərdə isə "Kuzey Güney" adlı serialda Kuzey obrazını canlandırmışdır. Son olaraq "Qurd Səyid və Şura" serialında Farah Zeynəb Abdullah ilə baş rolda oynamışdır. 2018-ci il noyabrın 22-sindən 2019-cu il mayın 30-na qədər Show TV-də yayımlanan "Çarpışma" teleserialında Kadir obrazını canlandırmışdır.
Kinkan
Kinkan (lat. Fortunella ) – sədokimilər fəsiləsinə aid bitki cinsi. Kinkan çox zaman Kumkvat da adlandırılır. Vətəni cənub-şərqi Çin və Hindçindir. == Meyvəsi == Ölçüsünə görə sitrus meyvələrinin ən xırda meyvəlisidir. Portağala oxşayır, lakin diametri 2-3 sm, uzunluğu isə 2,5-4 sm-dir. Bir meyvənin kütləsi 12-15 qr olur. Forması yumru və ya ovaldır. Qabığı nazik, narıncı və ya qırmızı-narıncıdır. Ətirli, şirin və xoşagələn dadlıdır.
Kırmanc dili
Kırmanc dili — ələvi zazaların danışdığı dil. Zaza dilinin şimal ləhcəsi hesab edilir.
Yapon kinkanı
Yapon kinkanı (lat. Fortunella japonica) == Təbii yayılması == Qədim zamanlardan Çinin cənub-şərq, Asiyanın cənub-şərq subtropik və tropik rayonlarında becərilir. == Botaniki təsviri == Həmişəyaşıl, 2–3 m hündürlüyündə ağac, bəzən koldur. Çox sıx və yığcam çətirlidir. Zoğları və cavan budaqları basıq, üçtilli, kiçik tikanlı, yaşıl, çılpaqdır. Yarpaqları uzunsov-ellipsşəkilli, 4–6 (8) sm uzunluğunda, 15–3 sm enində, dərivarı ucdan küt, alt tərəfdən açıq yaşıl, üzəri vəzilərlə örtülmüşdür. Çiçəkləri ağ, 1–3 ədəd olmaqla yarpaqların qoltuğunda yerləşmişdir. Kasayarpağı 5, ləçəklər 4–6-dır. İyundan oktyabra qədər çiçəkləyir, meyvəsi dekabrdan maya kimi yetişir. Meyvəsi limon rəngində, yumru, 1,5–3 sm diametrində, qabığı hamar, dadı turş-şirin, ətirlidir, 3–7 dilimlidir.
Aleksandr Riskan
Aleksandr Riskan (5 avqust 1989) — Moldovalı boksçu. Aleksandr Riskan Moldovanı 2015-ci ildə I Avropa Oyunlarında təmsil etdi. == Karyerası == Aleksandr Riskan birinci dəfə Avropa Oyunlarına 2015-ci ildə qatıldı. O, Bakıda baş tutan I Avropa Oyunlarında kişilər 52 kq çəki dərəcəsində, 1/32 final mərhələsində Böyük Britaniyanın nümayəndəsi Məhəmməd Əli ilə üz-üzə gəldi. Həmin görüşdə Aleksandr Riskan rəqibinə 0:3 hesabı ilə uduzdu.
Kiska adası
Kiska adası ((ing. Kiska, aleut. Qisxa) — Aleut adaları qrupuna, Siçovul adalarına daxil olan ada. Təxminən 35 km uzunluğa və 2,5 ilə 10 km enində malikdir. Adanın sahəsi 277,7 km²-dir. Adanın ən yüksək nöqtəsi Kiska vulkanıdır (1229,4 m). Vulkanda son püskürmə 1964-cü ildə müşahidə edilmişdir. Daimi əhali yoxdur. == Tarix == Ada 25 oktyabr 1741-ci ildə Georg Steller tərəfindən açılmışdır. 1758-ci ilin avqustunda "St.
Baç-Kişkun (medye)
Baç-Kişkun (mac. Bács-Kiskun) — Macarıstanda medye, Tisza və Tuna çayları arasındakı Cənub Alfölddə yerləşir. İnzibati mərkəzi — Keçkemet. Baç-Kişkun Baranya, Tolna, Feyer qərbdə (Dunay ilə); Medye Peşt şimalda, Yas-Nadkun-Solnok və Çonqrad şərqdə sərhəddir. Cənubda isə Serbiya dövləti ilə sərhəddir. == İnzibati bölgü == === Yaraşlara bölünməsi === == Rayonlara bölünməsi == == Xarici keçidlər == Vikianbarda Baç-Kişkun (medye) ilə əlaqəli mediafayllar var.
Kiçik Kiska adası
Kiçik Kiska adası (ing. Little Kiska Island) — Aleut adaları qrupuna, Sıçovul adalarına daxil olan kiçik ada. Kiska adasından şərqdə yerləşir Adanı Fyodor Litke tərəfindən adlandırılmışdır. == Tarixi == Digər Aleutlar adaları kimi Kiçik Kiska adası 1741-ci ildə Böyük Şimal Ekspedisiyası zamanı kəşf edilmişdir. İkinci dünya müharibəsi zamanı kiska adasıı ilə birlikdə 1942-ci ildə ada yaponlar təşkil edilmişdir.