Hakkı Kıvanç

Hakkı Kıvanç (d. 18 iyul 1931, Adana - ö. 30 yanvar 2015, İstanbul) — Türkiyənin "Yeşilçam" kino studiyasının məşhur aktyorlarından biri.[1]

Hakkı Kıvanç
Doğum tarixi
Doğum yeri Türkiyə Türkiyə, Adana
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Türkiyə Türkiyə, İstanbul
Vəfat səbəbi Mədə xərçəngi
Milliyyəti Türk
Vətəndaşlığı
Fəaliyyəti aktyor, kino aktyoru
Fəaliyyət illəri 1955-2015
IMDb ID0457860

Hakkı Kıvanç 18 iyul 1931-ci ildə Türkiyənin Adana şəhərində anadan olmuşdur.[1]

1955-ci ildə "Qızımla bərabər ağladıq" filmində epizodik rolla kino həyatına başlamışdır.[1]

"Yeşilçam" filmlərinin ən populyar köməkçi aktyorlarından biri olmuş; Ayxan İşıq, Yılmaz Güney, Cüneyd Arkın, Kamal Sunal kimi şedevr aktyorlarla eyni filmlərdə çəkilmişdir.[1]

1980-ci ildən sonra kinodan əlavə seriallarda da rol almışdır.[1] Ömrü boyu 500-dən çox filmdə rol almış aktyorun son çəkildiyi seriallar "Arka sokaklar" və "Kalb gözü"dür.[1]

30 yanvar 2015-ci ildə İstanbulda mədə xərçəngindən vəfat etmişdir.

  1. 1 2 3 4 5 6 “Yeşilçam” əfsanəsi vəfat etdi Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine. publika.az, 31.01.2015  (az.)