Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kədxudalı
Kədxudalı Bala (Xudafərin)
Kədxudalı (Germi)
Kədxudalı (fars. كدخدالو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 274 nəfər yaşayır (50 ailə).
Kədxudalı Bala (Xudafərin)
Kədxudalı Bala (fars. كدخدالوبالا‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 368 nəfər yaşayır (71 ailə).
Kədxudalı Pain (Xudafərin)
Kədxudalı Pain (fars. كدخدالوپائين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (8 ailə).
Həsənəli-i Kədxudalı (Kəleybər)
Həsənəli-i Kədxudalı (fars. حسنعلي كدخدالو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 312 nəfər yaşayır (49 ailə).
Kəndxuda
Kəndxuda — bir və ya bir neçə kəndə rəhbərlik edən şəxs. Azərbaycanda XX əsrin əvvəllərində, sovet idarəçilik sistemi qurulana qədər kəndlərin idarə olunması kəndxudalara tapşırılırdı. Kənd icmasının fəaliyyətini idarə edən seçkili orqanlar sayılırdı. İcmaya aid məsələlərlə icma yığıncağı tərəfindən seçilmiş şəxslər məşğul olurdular. Belə şəxslər kəndxuda və kənd məhkəmələri idi. Kəndxuda seçiləcək şəxslər məhkəmə qarşısında durmamalı, özünü yaxşı aparmalı, qanunla nəzərdə tutulmuş yaş həddi və daşınmaz əmlakı olmalı idi. O, öz iş yerini xəbərsiz tərk edə bilməzdi. Kənd icmasının yığıncağında kəndxudalar üç il müddətinə seçilməli idi. Kəndxudalar icmalarda baş vermiş cinayət işləri haqqında Bakı qubernatoruna məlumat verməli idilər. Lakin bəzən kəndxudalar cinayət tərkibli hadisələr haqqında məlumat vermir, özü məsələni adi hüquq norması ilə həll etməyə çalışırdılar.
Kəndxuda Həsən Paşa
Kəndxuda Həsən Paşa (v. 1810, Larisa) — III Səlim səltənətlərində ümumilikdə 5 ay 16 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Enverî, Târih, İÜ Ktp., TY, nr. 5994, vr. 91b-92a. Hadîkatü’l-vüzerâ, s. 40-41. Edîb, Târih (“Teşrifâtî Naim Efendi Tarihi” adıyla nşr. A. Berker, TV, III/15 [1949] içinde), s. 231.
Dehxuda lüğəti
Dehxuda lüğəti (fars. لغت‌نامه دهخدا‎)- indiyə qədər ən böyük hərtərəfli fars dilində nəşr olunmuş lüğət ki 16 ​​cilddən ibarətdir. Tam iş davam edən bir prosesdir ki Dehxuda və digər mütəxəssislərdən ibarət heyətin qırx beş illik səylərin ehtiva edir. Fars dilinin izahlı lüğətini Pəhləvi İranında Dehxoda adlı görkəmli alim tərtib etmiş və “Lüğətinameyi Dehxoda” adı ilə 48 cilddə çap etdirmişdi. Lüğətə fars, türk, ərəb sözləri ilə yanaşı Pəhləvi dövründən qalan xeyli arxaik sözləri də toplayaraq onu praktik lüğətdən daha çox paniranist ideyaların iftixar mənbəyi olaraq formalaşdırmışdı. The introduction section in the digital version of the Dehkhoda Dictionary, release 3.0. Tehran University Press. 2006.
Dehxuda İnstitutu
Dehxoda İnstitutu — (fars. مؤسسه دهخدا‎) Tam adı Dehxoda Lüğət İnstitutu və ya Fars dili təhsili üzrə beynəlxalq mərkəz Tehran Universitetinə bağlı akademik institutdur. Dehxoda İnstitutu İranda fars dili öyədilməsi və lüğət yaratmaq üçün yaradılmış ilk elmi təşkilatdır.
Mirzə Əliəkbər Dehxuda
Mirzə Əliəkbər Dehxuda (1879, Tehran – 9 mart 1959, Tehran) — ictimai-siyasi xadim, yazıçı, lüğət tərtibçisi, şair. Təxəllüsü Əllamə idi. Əslən İran azərbaycanlısı olan Dehxuda Tehranda anadan olmuşdur. Atası Xan Babaxan (خان باباخان) Qəzvin şəhərinin ortabab mülkədarlarından olmuşdur. ”Sur-e İsrafil” – 1907-1908-ci illərdə Tehranda nəşr olunan ictimai-siyasi və ədəbi jurnal idi. Redaktoru Cahangir xan Şirazi, naşiri isə Ələkbər xan Dehxuda olmuşdur. 1905-1911-ci il inqilabı dövründə İranın ədəbi-ictimai həyatında mühüm rol oynayan “Sur-e İsrafil”in “Çərən-pərən” adı altında xüsusi satirik rubrikası var idi. Dehxuda bu rubrikada öz yazılarını Dəxu təxəllüsilə imzalamışdır. “Sur-e İsrafil” jurnalı bir sıra məsələlərdə “Molla Nəsrəddin”lə səsləşirdi. Dehxuda lüğəti (fars.
Əli Əkbər Dehxuda