Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karaman
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Karaman ili
Karaman ili — Türkiyədə il.
Hikmət Karaman
Hikmət Karaman (9 mart 1960, Tirebolu[d], Girəsun ili) — türkiyəli məşqçi. 1994-1997-ci illər arasında Kocaelispor və Qalatasaray klublarında məşqçi kimi çalışıb. 1998-ci ildən müxtəlif futbol komandalarının baş məşqçisidir. O , 2002-03 mövsümündə "Çaykur Rizəspor"u, 2007-08 mövsümündə isə “Antalyaspor”u Superliqaya yüksəltməyə nail olub. 2001-02 mövsümündə Türkiyə Kubokunu öz muzeyinə aparan "Kocaelispor"un məşqçisi olub.
Mehmet Karaman
Mehmet Karaman (1956, Samsun ili) — müəllim, iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Mehmet Karaman 1956-cı ildə Samsun ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Samsun ilində alıb. Qazi Universiteti Təhsil Bölməsindən məzun olub. Sinif müəllimi və riyaziyyat müəllimi olaraq çalışıb. Daha sonra bizneslə məşğul olub, bir müddət Azot Sanayi A. Ş. Baş İdarəsində çalışıb. Uzun illət Milli Gənclər Fondunun (MGV), Müəllimlər Fondunun, Müəllimlər Dərnəyinin üzvü olub. Siyasi fəaliyyəti ərzində Milli Selamet Partiyası, Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Milli Selamet Partiyasında gənclər qanadının sədr müavini, Rifah Partiyasında isə İdarə Heyətinin üzvü, İntizam Şurasının üzvü və il şöbəsinin sədri olub. 1987-2011-ci illərdə Milli Görüş lideri Nəcməddin Ərbakanın yardımçısı olub.
Con Karmak
Con Karmak (ing. John D. Carmack; d. 20 avqust 1970, Kanzas, Missuri, ABŞ) — Amerika proqramçısı; O, First-person shooter (FPS) - Birinci şəxs atıcı janrında "Wolfenstein 3D", "DOOM", "Quake" kimi kompüter oyunlarının təqdimatı ilə məşhurdur. "Id Software" və "Armadillo Aerospace" şirkətlərinin həmtəsisçisi olaraq da tanınır. == Həyatı == Con Karmak 20 avqust 1970-ci ildə Missuri ştatının Kanzas şəhərində dünyaya gəlib. O, kiçik yaşlarından kompüter texnologiyaları ilə maraqlanıb. Devid Kaşner "Masters Of Doom" kitabında onun uşaqlıq dövrünü belə təsvir edir: "Karmak 14 yaşında olarkən bir neçə həmyaşıdına "Apple II" kompüterlərinin oğurluğu üçün dərsdən sonra məktəbə daxil olmağa kömək edir, amma bu zaman səssiz siqnalizasiya işə düşür. Con həbs edilir və psixoloq konsultasiyasına göndərilir və nəticədə çətin tərbiyə olunan uşaqlar üçün olan mərkəzdə 1 illik məhkum edilir". Sonradan Con iki semestr ərzində Missuri Universitetində oxuyur, sonra müstəqil proqramçı karyerasına başlayır. Tezliklə Con Karmak ehtiyac duyulan mütəxəssis oldu.