Mehmet Karaman (1956, Samsun ili) — müəllim, iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Mehmet Karaman | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Samsun |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1956 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, müəllim |
Vikianbarda əlaqəli mediafayllar |
Mehmet Karaman 1956-cı ildə Samsun ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Samsun ilində alıb. Qazi Universiteti Təhsil Bölməsindən məzun olub.[1]
Sinif müəllimi və riyaziyyat müəllimi olaraq çalışıb. Daha sonra bizneslə məşğul olub, bir müddət Azot Sanayi A. Ş. Baş İdarəsində çalışıb. Uzun illət Milli Gənclər Fondunun (MGV), Müəllimlər Fondunun, Müəllimlər Dərnəyinin üzvü olub.[1]
Siyasi fəaliyyəti ərzində Milli Selamet Partiyası, Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Milli Selamet Partiyasında gənclər qanadının sədr müavini, Rifah Partiyasında isə İdarə Heyətinin üzvü, İntizam Şurasının üzvü və il şöbəsinin sədri olub. 1987-2011-ci illərdə Milli Görüş lideri Nəcməddin Ərbakanın yardımçısı olub. 2003-cü ildən Səadət Partiyasında İdarə Heyətinin üzvü, seçim işləri üzrə sədr müavini, İntizam Şurasının sədri vəzifələrində çalışıb.[1]
2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Samsun ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
Evli və 3 uşaq atasıdır.[1]