Regional anesteziya
Regonal anesteziya (lat. regio — "nahiyə", "sahə, ərazi"; yun. ( ἀν – "inkar şəkilçisi", αἴσϑησις – "hisiyyat")
bədənin hər hansı bir regionunun – nahiyyəsinin yerli keyləşdirici preparatlarla keyləşdirilməsi, anesteziyanın bir növü. Bu zaman pasientin huşu özündə, lakin cərrahi müdaxilə olunacaq nahiyyə tamamilə keyimiş olur və xəstə heçbir ağrı hiss etmir.
Aparılma texnikasına və tətbiqinə görə infiltrativ, periferik sinirlərin blokadası, venadaxili regional, spinal, epidural, kaudal anesteziya növləri mövcuddur.
== Tarixi ==
Göz həkimi Karl Koller (1857–1944) öz üzərində təcrübə apararaq müəyyən etmişdir ki, kokainin dadına baxdıqda dilin ucunun keyiyir. Heyvanlar üzərində tədqiqatlarını genişləndirdikdən sonra 1884 ildə ilk dəfə olaraq insanda apardığı göz əməliyyatında kokain məhlulundan müvəffəqiyyətlə keyləşdirmə məqsədilə istifadə etmişdir. Bubunla da Carl Koller yerli keyləşdirmənin atası kimi elm tarixinə daxil olmuşdur.
1885 ildən Uliyam Halsted (1852–1922) diş əməliyyatlarında kokaindən infiltrativ anesteziya məqsədi üçün istifadə etməyə başlamışdır. 1888-ci ildə Maksimilian Oberst barmağın nəqli anesteziyasını həyata keşdir.