Regional anesteziya

Regonal anesteziya (lat. regio — "nahiyə", "sahə, ərazi"; yun. ( ἀν – "inkar şəkilçisi", αἴσϑησις – "hisiyyat") bədənin hər hansı bir regionunun – nahiyyəsinin yerli keyləşdirici preparatlarla keyləşdirilməsi, anesteziyanın bir növü. Bu zaman pasientin huşu özündə, lakin cərrahi müdaxilə olunacaq nahiyyə tamamilə keyimiş olur və xəstə heç bir ağrı hiss etmir. Aparılma texnikasına və tətbiqinə görə infiltrativ, periferik sinirlərin blokadası, venadaxili regional, spinal, epidural, kaudal anesteziya növləri mövcuddur.

Regional anesteziya
Regional anesteziya: material və avadanlıqlar
Regional anesteziya: material və avadanlıqlar
MeSH D000765
Alimlər
Avqust Bir
Ceyms Korninq
Henrix Kvinke
  • Göz həkimi Karl Koller (1857–1944) öz üzərində təcrübə apararaq müəyyən etmişdir ki, kokainin dadına baxdıqda dilin ucunun keyiyir. Heyvanlar üzərində tədqiqatlarını genişləndirdikdən sonra 1884 ildə ilk dəfə olaraq insanda apardığı göz əməliyyatında kokain məhlulundan müvəffəqiyyətlə keyləşdirmə məqsədilə istifadə etmişdir. Bubunla da Carl Koller yerli keyləşdirmənin atası kimi elm tarixinə daxil olmuşdur.[1]
  • 1885 ildən Uliyam Halsted (1852–1922) diş əməliyyatlarında kokaindən infiltrativ anesteziya məqsədi üçün istifadə etməyə başlamışdır. 1888-ci ildə Maksimilian Oberst barmağın nəqli anesteziyasını həyata keşdir.[2] Belə ki, Maksimilian Oberst barmaq oynağından bir qədər yuxarıda hər iki tərəfdə dəri dezinfeksiya edildikdən sonra nazik kanüle vasitəsilə 1–2 ml yerli keyləşdirici inyeksiya etməklə müvafiq sinirlərin (lat. N. digitalis palmaris proprius, N. digitalis dorsalis proprius) cavabdeh olduqları nahiyəni keyləşdirməyə nail olmuşdur.
  • Alman həkimi Karl Lüdviq Şlerx (1859–1922) 1892 ildə yerli keyləşdirici preparat inyeksiya etməklə keyləşmiş nahiyyədə cərrahi müdaxilə etməklə ifiltrativ anesteziyanı təqdim etmişdir.[3]
  • İlk dəfə olaraq Almaniyanın Kil şəhərində Henrix İreneus Kvinke diaqnostik punktat almaq üçün 1891 ildə lumpal punksiyanı icra etmişdir. Bu məqsədlə o, itibucaqlı "Kvinke iynəsini" icad etmişdir.[4]
  • İlk dəfə olaraq Avqust Bir (1861–1949) assistenti Avqust Hildebrant ilə 1898 ildə Kildə kokain məhlulunu onurğa kanalına yeridərək, regional anesteziyanın bir növü olan spinal (onurğa beyni) anesteziyasını icra etmişdir.[5] Lakin anesteziya kəskin başağrıları, öyümə, qusma əlamətli fəsadlara səbəb olmuşdur.[6]
  • 1885 ildə amerikalı Ceyms Leonard Korninq eini sınağı – onurğa kanalına kokain inyeksiyasını icra etmişdir. Lakin müdaxiləlin Korinq tərəfindən nə dərəcədə düzgün icra edildiyi hələ də şübhə doğursa da onu metodun ilk icraçısı sayırlar.[6]
  • 1908 ildə isə avqust bir regional anesteziyahın bir növü olan venadaxili regional anesteziyanı[7] sınaqdan keçirdmişdir.

XX əsrin əvvəllərindən sinal anesteziya sezar kəsiyində istifadə edilmişdir. 1930 ildə spinal anestiziya zamanı ilk ölüm halı qeydə alınmasından sonra bu metoddan istifadə edilmir. lakin 1950-ci illərdən başlayaraq bu metoda daim müraziət edilmiş və inkişaf etdirilmişdir. Günümüzdə bu metod demək olar ki, sezar əməliyyatları üçün anesteziyanın ən məğbul metodu sayılır. *[8]

  • 1931 ildə Doqliotti peridural boşluğu əldə etməyin "müqavimətin itməsi" metodunu tətbiq etmişdir.[9]
  • 1933 ildə isə Qutierrez peridural boşluğu əldə etməyin "asılmış damcı" metodunu tətbiq etmişdir.[9]
  • 1945 ildən peridual boşluğun kateterizasiyası üçün Tuohy – iynəsi tətbiq edilməyə başlanılmışdır.[9]
  • 1949 ildə Çurbelo ilk dəfə olaraq fasiləsiz peridural anesteziya metodunu tətbiq etmişdir.[9]

Çərrahi və diaqnostik müdaxilələrdə yerli keyləşdirmənin regional anesteziya növündən geniş istifadə olunmaqdadır. Bu zaman məqsəd müdaxiləyə məruz qalacaq nahiyəni innervasiya edən sinirlərin ətrafına yerli keyləşdirici preparat yeritməklə müvafiq nahiyyənin keyləşdirilməsinə, ağrısızlaşdırılmasına nail olmaqdır. Regional anesteziyanın aparılması anesteziyoloqdan topoqrafik anatomiyanı ciddi bilməsini tələb edir. Həkim sözügedən nahizənin hansı sinirlərlə innervasiya olunduğunu və həmin sinirləri hansı nahiyyədə asandlıqla, xələl yetirmədən əldə etmək mümkünlüyünü dəqiq bilməlidir. Tətbiq olunarkən mümkün ola biləcək fəsadlardan qaçılması üçün bir neçə texniki metod və ləvazimatlardan istifadə labüddür. Buna misal inyeksiya kanülünə qoşulmuş mikroelektrostmulyator vasitəsilə sinirlərin stimulyasiyası, ultrasəs müayinənin köməyi ilə sinirlərin yerinin müəyyən edilməsini göstərmək olar. Əks təqdirdə anesteziyanın keyfiyyəti şübhəli ola bilər.

Regional anesteziya
Penis kökünün anesteziyası
Regional anesteziya: bazu kələfinin qoltuq nahiyəsindən blokadası
Ultrasəs müayinəsinin köməyi ilə bud sinirinin blokadası
Venadaxili regional anesteziya
Spinal anesteziya metodu
Regional anesteziyanın növləri

Bu zaman anesteziyanın müddəti tətbiq olunan preparatın təsir qüvvəsindən, həcmindən, inyeksiyanın dəqiq icra edilməsindən asılı olaraq qısala və uzana bilir. Müdaxilə nahiyəsindən asılı olaraq regional anesteziyanın müxtəlif növlərindən istifadə olunur. Yuxarı ətraflarda aparılan cərrahi müdaxilələr üçün qoltuq ya bazu kələfi anesteziyasından istifadə olunur. Aşağı ətraflarda aparılan cərrahi müdaxilələr üçün həm sellektiv olaraq sinirlərin bloklanması (qasıq nahiyyəsindən daxil olmaqla bud sinirini, sarğı nahiyəsindən daxil olmaqla oturaq siniri, dizaltı çuxurdan daxil olmaqla baldır sinirini və s. bloka almaq mümkündür) həm də onurğa beynispinal anesteziya metodlarından istifadə etməklə komplet olaraq bloklanması mümkündür. Spinal anesteziya vasitəsilə nəinki aşağı ətrafların həm də qarın, bel, qasıq nahiyələrinin keyləşdirilməsi mümkündür və geniş tətbiqini tapmışdır. Sezar kəsiyi əməliyyatlarında keyfiyyət baxımından spinal anesteziyanın, əgər xüsusi əks göstəriş yoxdursa (qanın laxtalanma patalogiyası, trombositopeniya (< 60 000), kəskin qanaxma, pasientin psixoloji durumu, əməliyyatın təcililik dərəcəsi və s.) demək olar ki alternativi yoxdur. Regional anesteziyanın bir növü də peridural və ya epidural anesteziyadır. Bunun birdəfəlik – peridural boşluğa bir dəfə yerli keyləşdirici yeritmək və uzunmüddətli – həmin boşluğa kateter qoyularaq fasiləli və fasiləsiz preparat yeritmək metodları vardır. Kateter metodu regional anesteziyanın venadaxili növündən başqa bütün növlərə tətbiq oluna bilinir. Peridural anesteziya xüsusilə doğuşa yardım üçün aparılan ağrıya qarşı tədbirlərin effektlisi və dölə həm də anaya qarşı ən zərərsizi sayılmaqdadır. Bundan başqa peridural anesteziya tətbiq olunma səviyəsinə görə lumbal (bel), torakal (döş) və servikal (boyun) növlərinə bölünür. Bel növündən doğuşa yardım zamanı, döş – torakal peridural anesteziyadan isə döş qəfəsi və qarın boşluğunda aparılmış cərrahi müdaxilələrdən sonra effektli ağrı kəsici kimi istifadə edilir. Bu cür əməliyyatlar sonrakı ağrılar dözülməz olduğundan böyük miqdarda narkotik preparatlar tələb edir ki, bu da xəstəni tez mobilizə olmasına maneə törətmiş olur, lakin torakal peridural anesteziyalar zamanı ağrı potensialı sıfıra enmiş olmaqla xəstə tam ayıqlığını və mobilliyini saxlamış olur. Torakal peridural anesteziyanın digər bir üstünlüyü ondan ibarətdir ki, müvafiq regiona aid toxuma, orqan və üzvlərin qan təchizatı mövcud damar spazmalarını aradan qaldırmaqla yaxşılaşdırılmış olur ki bu da öz növbəsində bağırsaq peristaltikasının tez bərpasına, qoyulmuş anastomozların tez sağalıb tutmasına, koronar damar çatmamazlığı riskinin azalmasına səbəb olur.

İstifadə olunan preparatlar

[redaktə | mənbəni redaktə et]

Periferik sinir blokadası üçün ümumi texniki aspektlər

[redaktə | mənbəni redaktə et]
Regional anesteziya
Regional anesteziya: bazu kələfinin qoltuq nahiyəsindən blokadası
Spinal anesteziyada istfadə edilən iynələr: A Kvinke (kəsici uclu), B Şprott, C Balpen (hər ikisi atravmatik)
Kvinke iynəsi
Peridural anesteziyada istfadə edilən Tuh (Tuohy) iynəsi
Materiallar

Regional anesteziya müşahidə manitoru altında (EKQ, arterial təzyiq, pulsoksimetr) tam sterillik göznəlilməklə icra edilməlidir. İlk olaraq müdaxilə olunacaq nahiyə tibbi benzin vasitəsilə yağsızlaşdırılmalı, dezinfeksion məhlulla üç dəfə yuyulmalı və steril materialla izolə olunmalıdır. Punksiya olunan yer yerli keyləşdirici inyeksiyası ilə infiltirasiyalaşdırılır. Ultrasəs müayinəsi ilə sözü gedən sinirlər vizuallaşdırılaraq xüsusi iynənin köməyi ilə sinirin dövrəsinə yerli keyləşdirici məhlul yeridilir. Bəzən ültrasəs müayinəsi ilə yanaşı sinirlərin yerini təyin etmək üçün mikroelektrik sinir stimulyatorlarından da istifadə edilir. 0,3–0,5 mA/0,1 ms şiddətli impulslara verilən cavab reflekslərə əsasən lokalizasiya müəyyən edilir.

Spinal və peridural anesteziyanın texniki aspektləri[13]

[redaktə | mənbəni redaktə et]
  • Vena daxilinə infuziya, Manitorinq: EKQ, pulsoksimetriya, 5 dəqiqəlik fasilələrlə arterial təzyiqin ölçülməsi
  • Pasient əməliyyat masasına əyləşdirilir və ya yanı üstə uzadılır.
  • Sterillik ciddi gözlənilmək məqsədilə icraçı anesteyioloq baş örtüyü, maska, steril xalat və əlcək geyinməli, punksiya olunacaq dəri sahəsi (bel fəqərələri nahiyəsi) metodoloji olaraq dezinfeksiya edilərək steril materiallarla izolə olunmalıdır!
    • Peridural anesteziya: lumbal III/IV yaxud IV/V, torakal VII/VIII/IX/X fəqərəarası sahədən Tuohy iynəsi ilə punksiya "asılan damcı" və ya "müqavimətin itməsi" texnikası iləicra edilir. Peridural boşluq əldə edildikdən sonra birdəfəlik yerli keyləşdirici məhlul yeridilir ya da uzun müddətli fasiləsiz məhlulu inyeksiya etmək üçün Tuohy iynəsinin mənfəzindən keçirməklə ora kateter yerləşdirilir.
    • Spinal anesteziya: III/IV yaxud IV/V bel fəqərəarası sahədən Pencil-Point spinal iynəsi ilə punksiya icra edilir.
  • Punksiya düzgün aparılmışdırsa dərhal kanülə vasitəsilə şəffaf onurğa beyin mayesinin damcıladığı müşahidə olunur
  • Bundan sonra onurğa kanalına 2–2,5 ml 0,5% li izobar (yaxud 1,5–2 ml 0,5% li hiperbar) Bupivacain məhlulu yeridilir.
  • Spinal iynə kənarlaşdırılaraq pasient əməliyyat üçün arxası üstə uzadılır.
  • Punksiya yerinin infeksiyalaşması
  • Yerli keyləşdiricinin damar daxili inyeksiyası
  • Hemodinamik problemlər: hipotoniya, bradikardiya
  • Ürəkbulanma
  • Baş ağrıları
  • Sidikburaxmanın pozulması
  • Uğursuz travmatik punksion cəhdlər nəticəsində ağrılar
  • Xüsusən torakal peridural anesteziyada onurğa beyninin zədələnməsi; hemiparezlər ya köndələn iflic
  • Aseptik meningit, araxnoidit, lat. Cauda-equina-syndrom, epidural abses, mielit
  • Total spinal anesteziya
  • Allergik reaksiya; anafilaktik şok
  1. C. Koller: Vorläufige Mittheilung über locale Anästhesirung am Auge. Beilageheft zu den Klinischen Wochenblättern für Augenheilkunde, 1884; 22: 60–63
  2. H. A. Adams, E. Kochs, C. Krier: Heutige Anästhesieverfahren – Versuch einer Systematik. Anästhesiol Intensivmed Notfallmed Schmerzther 2001; 36: 262–267. DOI 10.1055/s-2001–14470 PMID 11413694
  3. C.-L. Schleich: Die Infiltrationsanästhesie (lokale Anästhesie) und ihr Verhältnis zur allgemeinen Narkose (Inhalationsanästhesie). Verhdlg. dtsch. Ges. Chir. 1892; 1: 121–127
  4. Quincke HI: Die Lumbalpunktion des Hydrocephalus. Berl Med Wochenschr 1891;28:929–33
  5. A. Bier: Versuche über die Cocainisierung des Rückenmarks. Dtsch Z Chir 51 (1899): 361–368
  6. 1 2 Oehme, Peter: Rückenmarksanästhesie mit Kokain: Die Prioritätskontroverse zur Lumbalanästhesie. Arxivləşdirilib 2010-08-24 at the Wayback Machine Dtsch Arztebl 1998;95(41):A-2556–8
  7. A. Bier: Ueber einen neuen Weg Localanästhesie an den Gliedmassen zu erzeugen. Arch. klin. Chir. 1908; 86: 1007–1016
  8. Gogarten W, Van Aken H: A century of regional analgesia in obstetrics. Arxivləşdirilib 2009-07-10 at the Wayback Machine Anesth Analg. 2000 Oct;91(4):773–5. PMID 11004024
  9. 1 2 3 4 M. Heck, M. Fresenius, Repetitorium Anaesthesiologie. Vorbereitung auf die anästhesiologische Facharztprüfung und das Europäische Diplom für Anästhesiologie, səh. 173 ISNB 3-540-67331-8 Springer 2001
  10. S. Schulz-Stübner: Lokalanästhetika. in: Rossaint, Werner, Zwissler (Hrsg.): Die Anästhesiologie. Allgemeine und spezielle Anästhesiologie, Schmerztherapie und Intensivmedizin. Springer, Berlin; 2. Auflage 2008. ISBN 978-3540763017
  11. H. Niesel, H. Van Aken: Lokalanästhesie, Regionalanästhesie, regionale Schmerztherapie. Georg Thieme Verlag, 2006. ISBN 978-3131434128
  12. A. Dullenkopf, A. Borgeat: Lokalanästhetika. Anaesthesist. 2003 Apr;52(4):329–40. PMID 12715136
  13. Michael Heck, Michael Fresenius, Repetitorium Anästhesiologie, 3. vollständig aktualisierte Auflage, Springer 2001, ISBN 3-540-67331-8 səh. 303  (alm.)
  • Regionalanästhesie – Techniken im operativen und geburtshilflichen Bereich, Gustav Fischer Verlag, Stuttgart (1981) ISBN 3-437-10732-1  (alm.)
  • Michael Heck, Michael Fresenius, Repetitorium Anästhesiologie, 3. vollständig aktualisierte Auflage, Springer 2001, ISBN 3-540-67331-8  (alm.)
  • Gisela Meier, Johannes Bütner, Atlas der peripheren Regionalanästhesie, Anatomie-Anästhesie- Schmerztherapie, 2004 Georg Thieme Verlag Stuttgart, New York ISBN 3-13-136251-0

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]