Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kipləşdirici
Kipləşdirici maşınqayırmada hərəkətli hissələr arasında maye material nəqlinin qarşısını almaq üçün tətbiq olunan elementdir. Tipik hal kimi hidravlik maşınlarda kolbaların, ştanqaların, daxili yanma mühərriklərinin porşenlərdəki üzüklərin hərəkətini buna misal göstərmək olar. == Növləri == Kipləşdirmə hərəkətli və hərəkətsiz olaraq iki hssəyə bölünür. Hərəkətli kipləşdirmədə kipləşdirici element permanent olaraq kipləşdirici səthlər arasında ya toxunan, ya da toxunmayan oturdulurlar. Hərəkətli kipləşmələrdə yüksək sürət, kiplilik və aşağı sürtünmə təmin olunmalıdır. Bu tələblərin eyni zamanda əldə edilməsi çətindir. İdeal kipləşdirmə yalnız quru halda mümkündür. Bu isə işləyən maşın hissələrində mümkün deyil. Yeyilmənin qarşısını almaq üçün tətbiq edilən yağlama materialı kipləşdirici hissələrin arasına girərək irəli-geri hərəkət etdirilir və beləliklə maye bir hissədən digərinə keçir. Birləşmədə baş verən prosesə həm də kipləşdirmə təzyiqi, mayenin özlülüyü və hərəkət sürəti təsir edir.
Kipləşdirici-yağlayıcı plastik sürtkülər
Birləşdirici toxuma
Birləşdirici toxuma — Heyvan orqanlarının əsas hissəsini təşkil edir, həmçinin orqanizmdə əsasən müdafiə və dayaq funksiyasını yerinə yetirir. Birləşdirici toxumanın müxtəlif funksiya yerinə yetirən bir neçə növü var. Bu qrupa lifli, sümük, qığırdaq, qan və piy toxumaları aiddir. Birləşdirici toxumada, adətən, hüceyrəarası maddə çox olur. Birləşdirici toxuma və ya başqa adı ilə daxili mühit toxuması orqanizimdə digər toxumalardan daha geniş yayımış toxuma növüdür. Bu toxuma latınca adı ilə isə "textus conjuctivus" adlanır. Əsasən dayaq sistemində yerləşir. TDV-BTI === Xüsusiyyətləri === Onun əsas xüsusiyyətləri isə aşağıdakı formada göstərilir: Xarici mühitlə birbaşa əlaqədə deyil. Ümumilikdə toxuma və onun hüceyrələri polyarlıq xüsusiyyətinə malikdir. Bu toxumanın hüceyrələrində mübadilə prosesi eyni formada gedir.