Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kipləşdirici-yağlayıcı sürtkülər- hər hansı mexanizmin sürtünən hissələri üçün istifadə edilir, bu zaman detalların yeyilməsi və sürtünmədə güc itkisi kəskin surətdə azalır, detallar az qızır, sürtünən hissələr daha ağır yükə davam gətirir, sürtünən detalların etibarlılığı və iş müddəti artır.
Texnikanın səmərəli istifadəsi sürtkü materiallarının keyfiyyətindən çox asılıdır. Sürtkü materiallarının əsas təyinatı iki əsas tələb- sürtünmənin və yeyilmənin azalmasıdır.
Plastik sürtkülərin hazırlanmasında ən əsas və vacib dispers faza kimi mineral sintetik və ya yarımsintetik yağlardan istifadə olunur. Dispers faza kimi yüksək özlülüklü yağları istifadə etdikdə yaxşı nəticələr almaq mümkündür. Metal tozu iştirak etmədən mis ftalosianid, kobalt ftalosianid, kepoflyuks aşqarlar götürüldükdə neft və qaz armaturları üçün yüksək keyfiyyətli kipləşdirici sürtkü almaq mümkündür. Bu sürtkülər üçün dispers faza kimi sintetik B-3V və ya mineral yağ qarışığı götürülməsi məsləhət görülür. Müəyyən edilmişdir ki, qaz magistrallarında paylayıcıları və kompressor stansiyalarında işlədilən qazda həll olmayan sürtkü alınması üçün baza komponenti kimi rasinal yağı götürmək və qatılaşdırıcı komponentlər olaraq rasinat kalsium, alkil-benzolsulfonat və antioksidant-ionol əlavə etmək lazımdır. Yüksək temperatur zonasında işləyən yiv sürtküləri almaq üçün baza komponenti kimi kerosindən istifadə edilmişdir yüksək temperatura davamlı sürtkü almaq üçün qatılaşdırıcı kimi alümosilikat götürülür və dispers faza kimi poliol efiri, naften karbohidrogenləri və s. istifadə olunur.
Sidik cövhəri əsasında hazırlanmış, kipləşdirici sürtkülərin termiki stabilliyi, hərəkət möhkəmliyi, adgeziyası artmaqla yanaşı aşağı və yüksək temperaturda kipləşdirici xassələri saxlanılır. Aşağı temperatur xassələrini yaxşılaşdırmaq məqsədi ilə karbohidrogen və efir yağları qarışığı: 1:0,1-0,5 nisbətində polisintetik yağ əlavə etmək lazımdır. Yeyilmə, siyrilmə və korroziyaya qarşı davamlılığını artırmaq üçün DF-11 (0,1-10%) aşqarından istifadə olunur. Sidik cövhərinin miqdarı 5-10% olmalıdır. Yüksək temperaturda davamlı sürtkü almaq üçün müəlliflər baza komponentləri kimi metilsilikon və baza yağı 150BS götürülür Bu yağlar nanometrik ölçüdə SiO2 ilə qatılaşdırılır. Alınan sürtkünün damcı- düşmə temperaturu yüksək olur. Sürtkü alınan zaman kolloid sistemin stabilliyini və reoloji xassələrini yaxşılaşdırmaq üçün metilaerosildən istifadə etməklə baza komponentləri kimi pentaeritrit sintetik efiri (sintetik turşu (C7-C9), PES-5 polisiloksan və metilfenilsiloksan mayeləri tətbiq olunur. İşlənmiş avtomobil yağı ilə alınmış plastik sürtkünün keyfiyyəti İ-40A yağından istifadə edərək alınmış sürtkülərdən keyfiyyətlidir. Bunun əsas səbəbi, işlənmiş avtomobil yağının qatılığının çox olması, onda olan aşqarlar və oksidləşmiş məhsulların iştirak etməsidir. Sənaye yağı İ-40A, işlənmiş avtomobil yağı ilə alınmış plastik sürtkülərin öz keyfiyyətlərinə (triboloji xassəsinə) görə sənaye sürtküləri olan “Armotol-238”, “R-416” və “Litol–24” sürtkülərindən üstündür. İşlənmiş avtomobil yağı ilə alınan sürtkünün çatışmayan cəhəti onun rənginin tünd olmasıdır. Alınmış sürtkülər damcı-düşmə temperaturuna görə sənaye sürtkülərindən İ-40A, işlənmiş avtomobil yağları iştirakı ilə alınmış sürtkülərdən aşağıdır, lakin yeyilmə və siyrilmə xassələrinə görə sənaye sürtkülərinə nisbətən üstündür. Bu, yəqin ki, işlənmiş transformator yağının tərkibində oksidləşmiş məhsulların olmasıdır. İşlənmiş təyyarə yağı ilə alınmış plastik sürtkünün DDT-si İ-40A yağı ilə alınmış plastik sürtkünün DDT-dən yüksəkdir. Bunun əsas səbəbi işlənmiş təyyarə yağının kinematik özlülüyünün (V50=9,7 sst) İ-40A yağındakından çox olması və təyyarə yağında iştirak edən sintetik yağın və aşqarların təsiridir. İşlənmiş yarımsintetik təyyarə mühərrik yağından alınmış sürtkü öz keyfiyyətinə, plastikliyinə və adgeziya xassələrinə görə sənaye sürtküsü Armatol-238-dən üstündür və açıq qəhvəyi rəngindədir.
İşlənmiş avtomobil yağından istifadə etməklə alınmış sürtkü, neft və qaz armaturlarının kipləşdirilməsində və triboloji xassəsinin yüksək olduğuna görə yerüstü mexanizm və maşınlarda geniş istifadə oluna bilər. Digər tərəfdən sürtkü hazırlanmasında işlənmiş yarısintetik təyyarə mühərrik yağlarından istifadə etməklə çox yüksək keyfiyyətli universal sürtkü hazırlamaq mümkündür. Bu sürtkülər nəinki neft və qaz armaturların kipləşdirilməsində, yerüstü maşın və mexanizmlərin yağlanmasında, hətta aerokosmik aparatların kipləşdirilməsində də istifadə oluna bilər.