Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kripteks
Kripteks ilk dəfə Dan Brown un DaVinci Şifrəsi adlı kitabında təyin olunmuşdur, Kriptoloji və Kodeks terminlərinin bir yerə gəlməsindən meydana gəlmiş bir sözdür. İngiliscəsi isə "cryptex"dir. == Kripteksin Dizaynı və İş rejimi == Romanda izah edildiyi üzrə Kripteks qiymətli və çox gizli mesajları saxlamaq üzrə hazırlanmış təhlükəsiz bir kassa kimidir. Romana görə Kripteks DaVinci tərəfindən DaVinci nin gizli mesajlarını saxlaması üçün hazırlanmışdır, amma gerçəkdə belə bir kassa nın olduğu heç isbatlanmamışdır. Likitlərin köhnə sənədlərə qətiliklə zərər verdikləri bilinməsinə baxmayaraq, onlar bütün məlumatları tamamilə yox edəcək təsirə sahib deyildirlər. == Əfsanə budur ki == Kripteks içərisində sirkə saxlayar və bu sirkə bir şüşənin içərisində mühafizə edilmişdir, əhəmiyyətli məlumatlar və mesajlar isə bir papirus kağızına yazılar bu kağız sarılar və kripteksin içərisinə sirkəylə birlikdə qoyular əgər kripteksə səhv şifrə girilsə kripteksin sahib olduğu mexanizm şüşəsi qırar və sirkə papirus kağızının üzərinə yayılar, nəticədə sirkə papirusa zərər verər və üzərindəki yazılar yox olar. == İndiki vaxtda bir kripteks işə yarayar mı? == Əslində sirkə papirusun üzərindəki yazılara zərər versə belə papirusu əritməsi çox, amma çox çətindir, bir anda əritməsini buraxın bir ay sirkənin içində belə qalsa papirus əriməz. Bu səbəbdən siz yazıları qismən silinsə belə papirus sapsağlam ələ keçirə bilərsiniz. Ayrıca indiki vaxtda müasir oxuma texnikaları ilə (ultrasonic və XRay darama kimi) papirusun üzərindəki yazıları kripteksi açmadan belə oxuya bilərsiniz.
Kripta
Kripta (qədim yunan dilində κρυptή “örtülü yeraltı keçid; gizli yer”) - orta əsrlər Qərbi Avropa memarlığında məbədin qurbangahının və xor hissələrinin altında yerləşən, müqəddəslərin və şəhidlərin qalıqlarının dəfn mərasiminə və nümayişinə xidmət edən bir və ya bir neçə yeraltı tağlı otaqlardır. Məbədin başqa adı “aşağı kilsə”dir. Qədim Romada hər hansı tağlı yeraltı və ya yarı yeraltı otaq kripta adlanırdı. Kript sözünün sinonimi olaraq xristianlıqdan əvvəlki dövrlərdə ölülərin ritual yandırılması yeri, sonralar – xristian məzarları mənasını verən latın dilindəki qəbir (məzar) terminindən istifadə edilə bilər. Kriptanın orijinal forması Konstantinin hakimiyyəti dövrünə məxsus Roma bazilikalarındakı həvarilərin məzarlarından miras qalmışdır. VII əsrdən etibarən apsis formasını təkrarlayan yarımdairəvi formaya malik olan kriptalarda məbədin şərəfinə təqdis olunan müqəddəslərin və şəhidlərin qalıqları saxlanılırdı. X-XI əsrlərdə kriptanın forması dəyişdi: təkcə apsisin altında deyil, həm də məbədin nefləri və transepsiyalarının altında uzanmışdır ki, bu da kriptanın faktiki olaraq ikinci yeraltı kilsəyə çevrilməsinə səbəb olmuşdur.
Pleurothallis triptera
Acianthera tricarinata (lat. Acianthera tricarinata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.