Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təkləmə
Təkləmə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Təkləmə ilaxır çərşənbə və Novruz bayramı günlərində eləcə də digər günlərdə icra olunan uşaq oyunlarından biridir. == Oyunun qaydaları == Oyunun keçirilmə qaydası belədir: məhəllə uşaqları meydançaya, məhəllə həyətlərinə toplaşıb iki dəstəyə bölünür. Hər dəstənin başçısı oxuyur. Dəstə üzvləri əl çalır. Birinci dəstənin başçısı oxuyur. İkinci dəstənin başçısı cavab verir: Birinci dəstənin başçısı. İkinci dəstənin ayaq tərəfindən iki uşaq ayrılıb birinci dəstəyə qoşulur. Bu vaxt növbə ikinci dəstənin başçısına çatır. O, oxuyur: İndi birinci dəstədən üç uşaq ayrılıb ikinci dəstəyə qoşulur.
Yenidən yükləmək
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) - kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Ləklək jurnalı
"Lək-lək" jurnalı (az-əbcəd. لک‌لک‎) — 1914-cü ildə İrəvanda nəşr olunmuş həftəlik satirik jurnal. "Lək-lək" jurnalı həm də İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnaldır. Fəaliyyət göstərdiyi 5 ay ərzində jurnalın 12 sayı nəşr edilib. == Haqqında == Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan senzura sənədinə əsasən İrəvan qubernatoru "Lək-lək" jurnalının nəşri üçün 1914-cü il yanvarın 21-də Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə şəhadətnamə verib. Şəhadətnamədə qeyd olunub ki müəlliflər jurnalda məqalələr, şeirlər, şəhər işləri haqqında xəbərlər, teleqramlar, xarici və daxili xəbərlər, felyetonlar, təmsillər və elanlar çap edə bilərlər. Jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda çap edilib. Bununla "Lək-lək" jurnalı İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnal oldu. İrəvandakı "Luys" mətbəəsində çap olunan jurnalın naşiri və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə idi. "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır.
Leklerk
Leklerk — Fransanın əsas döyüş tankı. 1993-cü ildən istifadədədir. Leclercin bir sıra cizgiləri başqa Qərb tanklarından kopiyalanıb. Leclerc inkişaf etdirilmiş zirehə və əlavə olunmuş zirehli plitələrə malikdir. Ekipajı 4 nəfərdən ibarətdir və avto-doldurma mexanizmi var. Tank istər dayanmış, istərsə də hərəkət edən hədəfləri yüksək dəqiqliklə vura bilir. 56 tonluq tankın dizel mühərriki 1500 at gücündədir və 1300 litr yanacaqla tankı 550 km-lik hərəkət mənzilinə çatdıra bilir. Saatda 72 km sürətlə hərəkət etməyə qadir olan tank, qeyri-asfalt yolda saatda 55 km sürətlə hərəkət edir. Dəqiqədə 12 dəfə atəş açmağa qadir olan tank, şnorkellə suyun dibində hərəkət edə bilər. Hazırda Fransa (406) və Birləşmiş Ərəb Əmirlikləri (388) orduları bu tankdan istifadə edir.
Fud Leklerk
Fud Leklerk (1924 — 20 sentyabr 2010) — Belçika müğənnisi. == Avroviziyada == Belçikanı 4 dəfə Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.