Təkləmə

TəkləməAzərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaqgənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Təkləmə ilaxır çərşənbə və Novruz bayramı günlərində eləcə də digər günlərdə icra olunan uşaq oyunlarından biridir.

Oyunun qaydaları

[redaktə | mənbəni redaktə et]

Oyunun keçirilmə qaydası belədir: məhəllə uşaqları meydançaya, məhəllə həyətlərinə toplaşıb iki dəstəyə bölünür. Hər dəstənin başçısı oxuyur. Dəstə üzvləri əl çalır. Birinci dəstənin başçısı oxuyur.

Çərək, mərək,
Bizdən sizə
Kim gərək?

İkinci dəstənin başçısı cavab verir:

Ölçüsü çərək olmaz,
Pəyəsi mərək olmaz,
Bizim dəstə güclüdür,
Sizlərdən gərək olmaz.

Birinci dəstənin başçısı.

Novruz gələr, yaz olar,
Göldə ördək, qaz olar,
Sizdən ikisini allıq,
Bizim dəstə çoxalar,
Sizin dəstə az olar.

İkinci dəstənin ayaq tərəfindən iki uşaq ayrılıb birinci dəstəyə qoşulur. Bu vaxt növbə ikinci dəstənin başçısına çatır. O, oxuyur:

Tonqalda közümüz var,
Danışdıq, sözümüz var,
Bizim, sizin dəstənin
Üçündə gözümüz var.

İndi birinci dəstədən üç uşaq ayrılıb ikinci dəstəyə qoşulur. Nəğmələr bu şəkildə davam edir. Uşaqlar bu dəstədən o dəstəyə, o dəstədən bu dəstəyə qoşulur. Axırda başçılardan biri tək qalır. Uşaqların hamısı öz dəstəsinə toplamış başçı tək qalan dəstə başçısına deyir:

Hünərdə hünərin var,
Biz bülbülük, olma sar,
Gəl qoşul dəstəmizə,
Eyləməzsən yeri dar.

Dəstə, beləliklə əl çalır. Tək qalmış dəstəbaşçısı onlara qoşulur. Beləliklə, oyun qurtarır və yenidən başlanır.

  • Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.183.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]