Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Laynus Polinq
Laynus Karl Polinq (ing. Linus Carl Pauling; 28 fevral 1901[…], Portlend, Oreqon, ABŞ – 18 avqust 1994[…], Biq-Sur[d], Kaliforniya[…]) — Amerikalı kvant kimyaçısı və biokimyaçı; kristaloqraf, molekulyar bioloq və tibb tədqiqatçısı kimi də tanınır. XX əsrin ən mühüm kimyaçılarından biridir. Kvant mexanikasının kimyaya təsiri məsələlərinə toxunanlar arasında başlıca yer alır. Kvant mexanikasının kimya, biokimya və molekulyar biologiyaya təsirini tədqiq etmişdir. Bu tədqiqatlara görə ona 1954-cü ildə Kimya üzrə Nobel mükafatı verilmişdir. Bundan başqa o, kimyəvi kristallar və zülalların təkmilləşdirilməsində iştirak etmişdir. DNT-nin kəşf olunmasından öncə etdiyi araşdırmalar, 1953-cü ildə Ceyms Uatson və Frensis Krikin DNT-ni kəşf etməsinə kömək olmuşdur. Laynus Polinq kimya, metallurgiya, psixologiya, radioaktivlik, nüvə enerjisi, nüvə müharibəsi və kvant mexanikası haqqında tədqiqatlar aparmış, əsərlər yazmışdır. Laynus Polinqə yerüstü nüvə tədqiqatlarına görə 1962-ci ildə Nobel Sülh mükafatı verilmişdir.
Penstemon laetus
Penstemon laetus (lat. Penstemon laetus) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Senecio laetus
Senecio laetus (lat. Senecio laetus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Tithymalus laetus
Euphorbia dendroides (lat. Euphorbia dendroides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula dendroides (L.) Haw. Euphorbia dendroides var. hesperia Jahand. & Maire Euphorbia divaricata Jacq. Euphorbia laeta Aiton Euphorbion dendroideum (L.) St.-Lag. Tithymalus arboreus Tourn. ex Lam. Tithymalus dendroides (L.) Hill Tithymalus laetus (Aiton) Haw.
Typhlodromalus laetus
Layes Abdullayeva
Layes Abdullayeva (29 may 1991, Əddis-Əbəbə) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Layes Abdullayeva 2009-cu ildə Serbiyanın Novi Sad şəhərində gənclər arasında Avropa Çempionatında 3000 metr məsafəyə maneələrlə qaçış turnirində 9:55.95 dəqiqə nəticə ilə gümüş medalın sahibi oldu. 2010-cu ildə Kanadada gənclər arasında Dünya Çempionatında 3000 metr məsafəyə qaçış turnirində 8:55.33 dəqiqə nəticə ilə bürünc medala sahib olan Layes Abdullayeva həmin il Qətərin Doha şəhərində Dünya Çempionatını (zalda) yeddinci pillədə, İspaniyanın Barselona şəhərində Avropa Çempionatını isə altıncı pillədə başa vurdu. Layes Abdullayeva 2011-ci ildə Fransanın Paris şəhərində baş tutan Avropa Çempionatında (zalda) 3000 metr məsafəyə qaçış turnirində 9:00.38 dəqiqə nəticə göstərdi və turnirin bürünc medalına sahib oldu. Həmin il Layes Abdullayeva həm də Çexiyanın Ostrava şəhərində U-23 Avropa Çempionatında 5000 metr və 10000 metr məsafələrə qaçış turnirlərini müvafiq olaraq 15:28.46 dəqiqə və 32:18.05 dəqiqə nəticələrlə başa vurdu və turniri qızıl medallarla başa vurdu. Layes Abdullayeva həmin mövsümdə Çində baş tutan Universiada Oyunlarında 5000 metr məsafəyə qaçış turnirini beşinci pillədə başa vurdu. 2012-ci ildə Layes Abdullayeva İstanbul şəhərində Dünya Çempionatında (zalda) təsnifat mərhələsini 9:08.40 dəqiqə nəticə ilə onuncu pillədə başa vuraraq turnirdə uğursuz çıxış elədi və final mərhələsinə vəsiqə qazana bilmədi. İyunda isə Layes Abdullayeva Finlandiyada Avropa Çempionatında 5000 metr məsafəyə qaçış turnirində 15:33.88 dəqiqə nəticə göstərdi və turniri 14-cü pillədə başa vurdu. Layes Abdullayeva Azərbaycanı 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. 5000 metr məsafəyə qaçış turnirində çıxış edən Layes Abdullayeva təsnifat mərhələsinin B qrupunda 15:45.68 dəqiqə nəticə göstərdi və mərhələni 18 atlet sırasında 17-ci pillədə başa vuraraq olimpiada da mübarizəsini dayandırdı.