Laynus Polinq

Laynus Karl Polinq (ing. Linus Carl Pauling; 28 fevral 1901[2][3][…], Portlend, Oreqon, ABŞ[6][1]18 avqust 1994[2][3][…], Biq-Sur[d], Kaliforniya[7][1][…])[9]ABŞ kvant kimyaçısı və biokimyaçı; kristaloqraf, molekulyar bioloq və tibb tədqiqatçısı kimi də tanınır.[10]

Laynus Polinq
ing. Linus Carl Pauling[1]
Doğum tarixi 28 fevral 1901(1901-02-28)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 18 avqust 1994(1994-08-18)[2][3][…] (93 yaşında)
Vəfat yeri
Vəfat səbəbi prostat xərçəngi[8][1]
Həyat yoldaşı
Uşağı
  • Piter Polinq[d]
Elm sahələri kvant kimyası[d][1], biokimya[1], fiziki kimya[1]
İş yerləri
Təhsili
Elmi rəhbərləri Roskou Dikinson[d], Riçard Tolmen[d]
Tanınmış yetirmələri Martin Karplus
Üzvlüyü
Mükafatları Medal for Merit
"Nobel" sülh mükafatı
Kimya üzrə "Nobel" mükafatı
ABŞ Milli Elmlər medalı "Lenin" sülh mükafatı
İmza
scarc.library.oregonstate.edu/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XX əsrin ən mühüm kimyaçılarından biridir.[11] Kvant mexanikasının kimyaya təsiri məsələlərinə toxunanlar arasında başlıca yer alır. Kvant mexanikasının kimya, biokimya və molekulyar biologiyaya təsirini tədqiq etmişdir. Bu tədqiqatlara görə ona 1954-cü ildə Kimya üzrə Nobel mükafatı verilmişdir. Bundan başqa o, kimyəvi kristallarzülalların təkmilləşdirilməsində iştirak etmişdir. DNT-nin kəşf olunmasından öncə etdiyi araşdırmalar, 1953-cü ildə Ceyms Uatson və Frensis Krikin DNT-ni kəşf etməsinə kömək olmuşdur. Laynus Polinq kimya, metallurgiya, psixologiya, radioaktivlik, nüvə enerjisi, nüvə müharibəsi və kvant mexanikası haqqında tədqiqatlar aparmış, əsərlər yazmışdır.

Laynus Polinqə yerüstü nüvə tədqiqatlarına görə 1962-ci ildə Nobel Sülh mükafatı verilmişdir. Həmin il ondan başqa kimya və fizika ilə bağlı tədqiqatlarına görə Mariya Küri, kimya ilə bağlı tədqiqatlarına görə Con Barden mükafat almışdır.[12] Laynus Polinq növbəti illərdə C vitamini ilə bağlı tədqiqatlar aparmışdır. Bu mövzuda yazdığı məqalə və əsərlər mühüm elmi əhəmiyyətə malikdir.

Atası Herman Henri Uilyam Polinq

Laynus Polinq ABŞ-nin Oreqon ştatının Portlend şəhərində anadan olub.[13][14] Atası Herman Henri Uilyam Polinq (1876–1910) Missuri ştatının Konkordiya şəhərindən, anası Lusi İzabella Darlinq (1881–1926) isə Oreqon ştatının Lonerok şəhərindən idi. Herman əczaçı idi və işində uğursuz bir adamdı. Buna görə də 1903–1909-cu illər arasında Oreqon ştatında bir neçə dəfə (son olaraq Portlendə) köçmüşdü. Hermen 1910-cu ildə mədə xorası nəticəsində ölmüşdü. İzabella sonradan Cozef Ney ilə evlənənə qədər övladları Laynus, Pol və Frensis ilə tək qalmışdı.

Laynus Polinq oxumağı çox sevən uşaqdı. Atasının yazdığı məktub və kitabları oxuyurdu. Laynus Polinq ibtidai sinifdə oxuyarkən, dostu Lloyd Ceffers öz otağında kiçik bir kimya laboratoriyası qurmuşdu. Laynus Polinq sonradan kimya mühəndisi olmasına bu laboratoriyanın təsiri olmuşdu.[15]

Orta məktəbdə oxuyarkən Laynus Polinqin kimyaya olan marağı davam elədi. Atasının iş yerinə yaxın olan polad müəssisəsində gecə mühafizəçisi olaraq işləməyə başladı.

Laynus Polinq məktəbdə "Amerika tarixi" dərsindən lazım olan qiyməti ala bilmədiyi üçün diplomunu bir il tez ala bilmədi. 45 il sonra, Laynus Polinq Nobel mükafatını qazandığı zaman məktəb bu diplomu ona hədiyyə etdi.[16]

Kollec və universitetdə oxuduğu illəri

[redaktə | mənbəni redaktə et]
Laynus Polinq Oreqon Aqrar Kollecindən məzun olarkən, 1922

1917-ci ildə Laynus Polinq Oreqon Aqrar Kollecinə daxil oldu.[17] Bura hal-hazırda Oreqon Ştatı Universiteti olaraq fəaliyyət göstərir. Kollecdə oxuduğu illərdə Delta Upsilon adlı birlik ona dəstək göstərdi.[18] Çünki maddi cəhətdən çətinlik çəkirdi. O, düşünürdü ki, eyni anda həm oxumağa, həm də işləməyə məcburdur. Kollecin ikinci ilində anasına maddi cəhətdən dəstək olmaq üçün işə başlamağı planlaşdırırdı, amma kollec ona kurslarda köməkçi olmağı təklif elədi. Bu təklif ona təhsilini davam etdirməyə kömək oldu.

Növbəti iki ildə atom və kimyəvi maddələrlə bağlı apardığı tədqiqatlarla Gilbert Levis və İrvinq Lenqmuirin maraq dairəsinə düşməyi bacarmışdı.[19] O, fizikakimya sahəsində tədqiqatlara və kvant kimyasının bünövrəsini qoymağa başladı.

1922-ci ildə Laynus Polinq kolleci fərqlənmə ilə bitirdi.[9] Kaliforniya Texnologiya İnstitutunda Roskoe Dikinsonun nəzarətində kimya mühəndisliyi ixtisasında təhsil almağa başladı. Bu müddət ərzində o, rentgen şüalarının kristallara olan təsirini müşahidə etdi. 1925-ci ildə fiziki kimya və fiziki riyaziyyat mövzuları üzrə doktorluq müdafiə etdi.

Laynus Polinqin ailəsi. 1954-cü ildə Stokholmda Kimya üzrə Nobel mükafatının mərasimi. (Oturanlar soldan sağa: Laynus Polinq, Piter Polinq və Linda Polinq; ayaq üstə sağda: Krellin Polinq)

Həmin illərdə Laynus Polinq ev iqtisadiyyatı üçün kimya dərsini keçərkən[20] tələbəsi olan Ava Helen Miller ilə tanış oldu. 17 iyun 1923-cü ildə isə o, Helen Miller ilə evlənir.

Ailə üzvləri

[redaktə | mənbəni redaktə et]
  • Atası: Herman Henri Uilyam Polinq (əczaçı, Missuri)
  • Anası: Lusi İzabella Darlinq (Oreqon)
  • Həyat yoldaşı: Ava Helen Miller (Oreqon)
  • Oğlu: Laynus Karl Polinq (1925, Honoluluda yaşayır)
  • Oğlu: Piter Ceffers Polinq (1931–2003), kimyaçı və kristallarla maraqlanan alim. Ölümünədək Uelsdə yaşayıb.[21]
  • Oğlu: Edvard Krellin Polinq (1937–1997), San Fransisko Ştatı Universiteti və Kaliforniya Universitetində biologiya professoru idi.[21]
  • Qızı: Linda Helen Polinq (1932)
  • 15 nəvəsi və 19 nəticəsi vardır.

Laynus Polinq 19 avqust 1994-cü ildə prostat xərçəngi səbəbindən öldü. ABŞ-nin Oreqon ştatının Osveqo gölü yaxınlarında yerləşən Pioner məzarlığında dəfn olundu.

Laynus Polinq görkəmli fiziklərlə işləmək üçün Avropaya getdi. O, burada alman fizik Arnold Sommerfeld ilə Münxendə, danimarkalı fizik Nils Bor ilə Kopenhagendə, avstriyalı fizik Ervin Şredinger ilə Sürixdə tədqiqatlarda iştirak etdi. Bu üç fizik kvant fizikası və fizikanın digər bölmələrində ixtisaslaşmış alimlərdi. Oreqon Aqrar Kollecində təhsil alarkən Laynus Polinq kvant fizikası ilə bağlı nəzəriyyə düşünmüşdü. Buna görə də ona kömək olması üçün atomun elektron modeli mövzusunda mütəxəssislər axtarırdı. O, Avropada hidrogen atomları haqqında Volter Heitler və Fritz London ilə birlikdə tədqiqat apardı. Laynus Polinqin Avropada keçirtdiyi iki il onun sonrakı fəaliyyətində çox mühüm rol oynadı. Kvant kimyasının ən mühüm simalarından biri idi və bu mövzuda tədqiqat aparan ilk alimdi. 1927-ci ildə Kalteçdə kimya nəzəriyyəsi üzrə professor köməkçisi işləməyə başladı.

Laynus Polinq fakültə karyerasına Kalteçdə başladı. Məhsuldar keçən 5 ildə o, rentgen kristallarına diqqətini artırdı, kvant mexanikası ilə atom və molekulyar hesablamalar apardı. Bu beş ildə apardığı tədqiqatları 50 səhifəlik bir əsər şəklinə saldı. Bu əsərə özünün kəşf etdiyi və sonradan Polinq qanunları kimi tanınan 5 maddə əlavə eləmişdi. 1929-cu ildə qismən, 1930-cu ildən isə tam şəkildə professorluğa yüksəldi. 1930-cu ildə Amerika Kimya Birliyi tərəfindən 30 yaşında gənc olmasına baxmayaraq elmdə göstərdiyi fəaliyyətinə görə Lenqmuir mükafatına layiq görüldü.[22] 1932-ci ildə Laynus Polinqin ən mühüm elmi işlərindən biri olan orbital hibritasıya haqqında yazdığı tədqiqatı dərc olundu. Bu tədqiqatda karbon atomunun orbitlərinin analizinin necə aparıldığı izah olunurdu.[23]

Kalteçdə yaxın dostu olan və hər il təhsil üçün Berkli Kaliforniya Universitetindən Kalteçə gələn fizika nəzəriyyəçisi Robert Oppenqeymer ilə birlikdə yeni bir kəşf etdilər. İkisi birlikdə təbii kimyəvi birləşmələr haqqında tədqiqat apardılar. Oppenhaymer bu işin riyazi, Laynus Polinq isə kimyəvi tərəfinə dəstək olurdu. Bu yaxın əlaqələr Laynus Polinqin Oppenhaymer ilə həyat yoldaşının yaxınlaşmasından şübhələnməsindən sonra başa çatır.[24] Daha sonralar Oppenhaymer Laynus Polinqi Manhetten layihəsinə kimya mütəxəssisi kimi dəvət edir. Buna baxmayaraq Laynus Polinq sülh tərəfdarı olduğunu bildirərək, bu dəvətdən imtina edir.

1930-cu ildə Laynus Polinq elmi fəaliyyətlə bağlı yenidən Avropaya səyahət edir. Burada o, elektronların rentgen şüalarının təsirinə məruz qalarkən fərqli reaksiya verdiklərini müşahidə edir. Tələbələrindən biri olan L. Brokvey elektronların yaydığı enerjini ölçən qurğu kəşf edir. Bu qurğu ilə ağır atomlar müşahidə olunur.

Laynus Polinq 1932-ci ildə elmə elektron neqativliyi anlayışını gətirir. Molekulların müxtəlif xüsusiyyətlərindən istifadə edərək, kimyəvi birləşmələri ayırdığını, molekulların momentlərinin hesabını və aralarında olan bucağı təyin etdiyini elan edir.[25]

Təbii kimyəvi birləşmələr mövzusundakı tədqiqatları

[redaktə | mənbəni redaktə et]

1930-cu illərdə təbii kimyəvi birləşmələr mövzusunda tədqiqatlar yazmağa başlayır və bu yazılar 1939-cu ildə çap olunur. Bu tədqiqatlar sonradan Kimya üzrə Nobel mükafatını almağına səbəb olan təbii kimyəvi birləşmələrin kompleks materiallarının izah olunması məsələsinin bünövrəsini təşkil edir. Laynus Polinq bu tədqiqatını "Təbii kimyəvi birləşmələr" adlı məşhur kitabda şərh etmişdir.[26] Bu kitab ilk nəşrindən 30 il keçdikdən sonra 16000 ədəd nəşr olunmuşdu. Bu say günümüzə qədər də elmi əsərlər üçün nadir görünən, böyük nəticədir.

Laynus Polinqin tədqiqatlarının bir hissəsi təbii kimyəvi birləşmələrdə orbital hibritasiyanı izah edirdi.[27] Elektronların atomların orbitinə s, p və başqa düzülüşlərini izah edirdi. Karbon atomunda elektronların bir 2s və üç 2p orbitlərində yerləşdiyini və sp³ hibritləşmənin olduğunu müəyyən etdi. Etilenin tərkibindəki karbon atomlarının isə sp² hibritləşməsinə məruz qaldığını 2pz orbitinin isə hibritləşmədiyini elan etdi.

Digər bir sahədəki kəşfi isə ionlaşmış birləşmələr əmələ gətirən atomların bir-biri ilə elektron mübadiləsi aparmağı hadisəsi idi. Kovalent birləşən atomların isə elektron mübadiləsi aparmadığını, bəzi elektronlardan isə ortaq istifadə etdiklərini müəyyənləşdirdi. Kimyəvi birləşmələrin ayrılması üçün çoxlu enerjinin gərəkli olduğunu bildirdi.

Laynus Polinqin üzərində işlədiyi üçüncü mövzu isə benzindəki aromatik hidrokarbonların prototipini təkmilləşdirmək və modelini yaratmaqdı. O günə qədər benzin haqqında ən yaxşı tədqiqatı alman alimi Fridrix Kekule aparmışdı. Onun fikrincə iki birləşmə arasında tək və cüt bağ vardı, amma cüt bağların olduğu yerdə tək bağların da olması vəziyyəti mürəkkəbləşdirirdi. Laynus Polinq isə bunun səbəbini kvant kimyası ilə açıqlamağa çalışdı.

Bioloji molekullar haqqında tədqiqatları

[redaktə | mənbəni redaktə et]
DNT-nin 3D animasiyası

XX əsrin 30-cu illərinin ortalarında Laynus Polinq Rokfeller fondunda Uoren Uiverin biologiya ilə bağlı prioritetləri maliyyələşdirməsinin təsiri ilə yeni sahələrlə maraqlanmağa başladı.

Baxmayaraq ki, Polinq əvvəllər marağını, demək olar ki, yalnız qeyri-üzvi molekulyar quruluşlara cəmləmişdi, o bəzi hallarda molekulların bioloji mahiyyəti haqda düşünürdü, bunun səbəbi qismən Kalteçin biologiya sahəsində artan nüfuzu ilə bağlıdır. Polinq Morqan Tomas Hant, Theodos Dobzanski, Kelvin Bircs və Alfred Stürtevant kimi görkəmli bioloqlarla qarşılıqlı iş mübadiləsində oldu. Onun bu sahədə ilk işi hemoqlobinin quruluşunu öyrənməkdən ibarət idi. O, sübut etdi ki, hemoqlobin molekulu oksigen alanda və ya itirəndə quruluşunu dəyişir. Tədqiqatın nəticəsi olaraq, o, ümumilikdə proteinin quruluşu haqqında daha dolğun araşdırma aparmağa qərar verdi. O, əvvəllər istifadə etdiyi rentgen şüalarının difraksiya analizindən istifadə etməyə başladı. Lakin zülal maddələri bu texnikaya əvvəllər üzərində işlədiyi kristal minerallara nisbətən daha az uyğun gəlirdi. Zülalların rentgen şüaları ilə çəkilmiş ən yaxşı şəkli 1930-cu illərdə ingilis kristaloqrafı Uilyam Astburi tərəfindən çəkilmişdi. Buna baxmayaraq Laynus Polinq 1937-ci ildə apardığı sınaqlarda Uilyam Astburinin nəticələrini əldə edə bilmədi.

Problemi tapmaq üçün Polinq 11 il sərf etdi: onun riyazi analizləri doğru idi, lakin Astburinin çəkdiyi şəkillər elə çəkilmişdi ki, zülal molekulları gözlənilən mövqelərdən kənara əyilmişdi. Polinq atomları spiralvari formada düzülmüş hemoqlobin modelini hazırladı və bu ideayanı bütün zülallara tətbiq etdi.

1951-ci ildə amin turşusu, peptidlərin quruluşu və peptid bağlarının hamar təbiətli olması əsasında Polinq, Robert Kori və Herman Branson doğru olaraq alfa spiralları və beta lövhəsini zülalın ikiqat quruluşunun ilkin motivləri kimi təqdim etdi.[28] Bu tədqiqat Polinqin qeyri-ənənəvi düşünmə bacarığına nümunə oldu. Quruluşda mərkəzin olması fikri qeyri-adi fikir idi, belə ki, spiralın bir dəfə fırlanması zamanı amin turşusunun tam ədəd olmayan qalığı qala bilir. Alfa sprialının bir dönüşü üçün bu 3.7 amin turşusu qalığıdır.

Daha sonra Polinq üçqat spiral olan deoksiribonuklein turşusu (DNT) modelini təklif etdi.[29][30] Onun modelinin bir neçə əsas səhvi var idi, bunlardan biri də DNT-nin turşuluğu ideyasına ziddiyyət yaradan neytral fosfat qrupları təklifi idi. Ser Lorens Breq Laynus Polinqin zülalın alfa spiral quruluşunu tapmaq yarışını qazanmasına görə üzgün olmuşdu. Breqin komandası peptid bağlarının plenar təbiətini nəzərə almadıqlarına görə protein modelinin hazırlanmasında əsaslı səhvə yol verdilər. Kavendiş laboratoriyasından Polinqin DNT-nin molekulyar modelləri üzərində çalışması öyrəniləndən sonra Ceyms Uatson və Frensis Krikə DNT-nin molekulyar modelini düzəltməyə icazə verildi. Daha sonra onlar Moris Uilkins və Rozalind Franklinin Kral Kollecindəki nəşr olunmayan məlumatlarından yararlandılar, orada spiral və spiral oxu boyunca gedən hamar boru olması haqda dəlillər göstərilirdi. 1953-cü ilin əvvəlində Uatson və Krik DNT-nin ikiqat spiralının düzgün modelini təqdim etdilər. Polinq sonralar DNT quruluşu barədə necə səhvə yol verdiyini anlatmaq üçün bir neçə səbəb göstərdi, bunlardan əsas olanları səhv məlumatın çoxluğu və yüksək keyfiyyətli rentgen difraksiya fotolarının azlığı idi. Polinq problemi araşdıran vaxt İngiltərədə olan Rozalind Franklin dünyada ən gözəl görüntüləri yaradırdı. Bunlar Uatson və Krik üçün uğur qapısının açarı idi. Polinq onları DNT-nin yanlış modelini hazırlamasından qabaq görməmişdi, baxmayaraq ki, onun köməkçisi Robert Kori 1952-ci ilin yayında İngiltərədə zülal konfransında Polinqin əvəzinə iştirak edərək onların bir neçəsini görüb. Kommunistlərə qarşı simpatiyada şübhəli bilindiyi üçün Polinqin pasportu götürülərək iştirakının qarşısı alınmışdı. Siyasət isə kritik rol oynamadı. Korinin rentgen görüntülərini vaxtında görməsindən başqa, Polinq pasportunu geri aldı və DNT barədə yazısını yazmamışdan öncə bir neçə həftə İngiltərə laboratoriyalarında gəzdi. Onun Franklinin laboratoriyasını ziyarət etmək və işi ilə tanış olmaq imkanı var idi, lakin bunu etmədi.[31]

Həmçinin, Polinq ferment reaksiyalarını öyrənirdi və fermentlərin reaksiyalara keçid vəziyyətini stabilləşdirməklə təsir etdiyini müəyyən edən ilk adam idi. Bu, hərəkət mexanizmini anlamaq üçün əsas fikirdir. O, həmçinin, anticisimlərin antigenlərə bağlı olmasını, onların bir-birini tamamlayan quruluşlar olmasını təxmin edən ilk alimlərdən idi. Bioloq Maks Delbrük yazırdı ki, DNT replikasiyası (ikiləşməsi) daha çox bəzi araşdırmaçıların təklif etdiyi oxşarlıqla yox, qarşılıqlı tamamlama ilə bağlı idi. Bu, Uatson və Krikin kəşf etdiyi DNT modelində aydınlaşmışdı.

Molekulyar genetika

[redaktə | mənbəni redaktə et]

1949-cu ilin noyabr ayında Laynus Polinq, Hervey İtano, S. J. Sinqer və İbert Vels "Sciene" jurnalında hər insanda fərqli olan zülal kəşf etdiklərini elan etdilər.[32] Sübut olundu ki, bu zülal nəsildən nəsilə keçən xəstəliklərin daşınmasına səbəb olur.[33] Laynus Polinq elektroforezdən istifadə edərək oraq hüceyrə xəstəliyinin qırmızı qan hüceyrələrində hemoqlobinə təsir etdiyini aşkara çıxardı. Oraq hüceyrə xəstəliyi olan şəxslərdə hemoqlobinin normal və anormal şəkillərinə rast gəlindiyi məlum oldu. Bu da irsi Mendel molekullarının sadəcə genetik zülalları olmasına yox, digər varlığı və yoxluğu bilinən xüsusiyyətlərinə işıq saldı.

Alternativ tiblə bağlı tədqiqatları, tibbi araşdırma və C vitamini

[redaktə | mənbəni redaktə et]

1941-ci ildə, 40 yaşında olarkən, Polinqə böyrək xəstəliyi olan Brayt diaqnozu qoyuldu. Mütəxəssislər bu xəstəliyin müalicə oluna bilməyəcəyini bildirirdilər. Laynus Polinq Stanford Universitetidən həkim Tomas Eddis ilə birlikdə apardığı tədqiqatlarda xəstələr üzərində zülalı az olan pəhriz sınaqdan keçirtdi.[34] Bundan əlavə bu pəhrizdə bol vitamin və minerallara sahib olan qidalar tətbiq olundu.

1951-ci ildə "Molekulyar tibb" adlı məqaləsi dərc olundu.[35] 1950-ci illərin sonunda enzimlərin insana təsiri mövzusunda tədqiqatlar apardı. 1956-cı ildə Abram Hoffer vitaminlərin bədəndə enzimlər üçün gərəkli olduğunu kəşf etdi.[36] 1968-ci ildə Laynus Polinq ortomolekulyar psixiatriya ilə bağlı tədqiqatlarını "Science" jurnalında dərc etdirdi. Bu məqalə 1970-ci illərdə geniş yayılan meqavitamin terapiyasının nəzəri əsasını təşkil edirdi. Laynus Polinq hesab edirdi ki, vitaminlərin insan psixologiyası üzərində ciddi təsirləri var.[37][38]

Polinqin C vitamini haqqında araşdırmaları sonrakı illərdə müxtəlif fikir ayrılıqlarına gətirib çıxardı. O, ilk dəfə yüksək dozalı C vitamini konsepsiyası ilə İrvin Staneynin vasitəsilə 1966-cı ildə tanış olub. Xeyirli olduğunu anladıqdan sonra, Polinq gündə 3 qram soyuqdəyməyə qarşı C vitamini qəbul edirdi.[9] Qənaətə gəldiyi nəticələrdən həvəslənərək tibbi ədəbiyyatı araşdırmağa başladı və 1970-ci ildə "C vitamini və soyuqdəymə" yazısını çap etdirdi. O, 1971-ci ildə britaniyalı xərçəng xəstəliyi üzrə cərrahı Evan Kemeronla sağalmayan xərçəng xəstələri üçün venadaxili və ağızdan qəbul edilən C vitamininin müalicədə istifadə olunması üçün uzun müddətli tibbi əməkdaşlığa başladı.[39] Kemeron və Polinq xeyli yazı və müşahidələrindən bəhs edən "Xərçəng və C vitamini" adlı məşhur kitab yazdılar. Polinq guya ki, C vitaminin sayəsində yaşama ehtimalının 4 dəfə artığı 100 sağalmaz xəstənin üzərində gedən müalicə barədə 2 araşdırma çap etdirməklə C vitaminini məşhur edə bildi.[40][41] Daha sonra Mayo Klinikası tərəfindən aparılan təcrübələrdən sonra elan olundu ki, yüksək dozalı (10,000 mq) C vitamini heç plasebodan da xeyirli deyil və heç bir xeyri yoxdu.[42][43][44] Kliniki təcrübələrdən alınan nəticələrdən sonra rəy verildi ki, Polinqin C vitamininin soyuqdəyməni və xərçəngi müalicə edə bilməsi barədə fikirləri fırıldaq hesab olundu.[9][45] Polinq bu nəticələri və rəyləri "dələduzluq və faktların qəsdən təhrifi" adlandırdı və C vitamininin venadan ötürülməsindən daha çox ağızdan qəbul edilməsini pislədi. Polinq həmçinin Mayo klinikasının araşdırmalarını da pislədi, çünki təcrübənin müddəti çox qısa idi, Polinq xəstəyə ömrü boyu C vitamini verirdi, təcrübədə isə orta vitamin vermə müddəti 2.5 ay idi.[46] Nəticələr Polinq, Kemeron və Mertel (Mayo klinikasında araşdırmanın rəhbəri) arasında səriştəsizlik və elmsizliklə bağlı ittihamlarla dolu mübahisələrə səbəb oldu. Nəticədə, Mayo klinikasının araşdırmaları C vitamininə xərçəngin müalicəsi olaraq göstərilən ümumi marağı yox etdi.[46] Buna baxmayaraq, Polinq C vitaminini beyni zədəli uşaqların müalicəsində istifadə etmək üçün İnsan Potensialına Çatma İnstitutu ilə çalışaraq C vitaminini xərçəng xəstəliyinin və soyuqdəymənin dərmanı kimi təbliğ etməyə davam etdi.[47] Daha sonra kanadalı fizik Abram Hofferlə əlavə xərçəng müalicəsi olaraq yüksək dozalı C vitamini daxil olmaqla mikroelement rejimində əməkdaşlıq etdi.[48] Hal-hazırda, mövcud sübutlar yüksək dozalı C vitamininin xərçəng xəstəliyinin müalicəsində rolu olmasını dəstəkləmir.[49]

Artur B. Robinzon və digər həmkarları ilə Polinq 1973-cü ildə Menlo Parkda (Kaliforniya ştatı) sonralar Laynus Polinq adına Elm və Tibb İnstitutu adlanacaq Ortomolekulyar Tibb İnstitutunun əsasını qoydu. Polinq işini C vitamininə yönləndirdi, bununla bərabər, o, ölümünə kimi kimyafizikada da işlər gördü. Son illərində, C vitamininin aterosklerozun qarşısını almaqda malik ola biləcəyi rolu ilə maraqlandı və 3 dəfə stenokardiyanı yüngülləşdirmək üçün lizin və C vitamininin istifadəsi haqda yazıb. 1966-cı ildə Laynus Polinq İnstitutu Oreqon Dövlət Universitetinə birləşdirilmək üçün Palo Altodan (Kaliforniya ştatı) Korvallisə (Oreqon ştatı) köçürüldü, orada mikroelementlər, fitokimyəvi maddələr (otlardan hazırlanmış kimyəvi maddələr) və xəstəliyin qarşısını alan digər pəhriz tərkiblərinin araşdırmasına rəhbərlik etməyə davam edir. Əvvəllər Palo Altoda yerləşən Laynus Polinq İnstitutunda çalışan bəzi araşdırmaçılar, araşdırmanın direktor köməkçisi daxil olmaqla, Genetik İnformasiya Araşdırması İnstitutunu yaratmaq üçün hərəkətə başladılar.

Atom nüvəsinin quruluşu ilə bağlı apardığı tədqiqatlar

[redaktə | mənbəni redaktə et]

16 sentyabr 1952-ci ildə nüvənin quruluşunda olan qeyri-müəyyənlikləri aradan qaldırmaq üçün tədqiqatlara başladı.[50] Yaratdığı yeni quruluş modeli 15 oktyabr 1965-ci ildə "Sciene and Proc. Natl. Acad. Sci." jurnalında dərc olundu.[51] Öldüyü günə qədər keçən növbəti 30 ildə bu quruluş modeli bir çox jurnalda dərc olundu.[52][53][54][55][56][57]

Laynus Polinqin ideyasının əsası atom nüvəsi modelinin nukleon qrupları şəklində olması idi. Sadə nukleon qruplarına deyterium (np), helion (pnp) və tritum (npn) daxildir. Hətta bu qruplar alfa hissəciklərindən ibarətdir. Buna daha çox yüngül nüvələrdə rast gəlmək olur. Polinq platonik qatı əvəzinə ənənəvi qabıq modelində olduğu kimi müstəqil hissəcik başlanğıc modelinin strukturunu əldə etmək üçün çox cəhd edirdi.

1990-cı ildə Polinq verdiyi müsahibədə modelinə rəy bildirdi:[58]

" "Son zamanlar atom nüvəsinin quruluşunun ətraflı şəkildə öyrənilməsi üçün tədqiqatlar aparırıq və dövlət bu tədqiqatların nəticəsini səbrsizliklə gözləyir. Bunların bir çox fiziki ədəbiyyatlar, Fiziki Tədqiqat və başqa jurnallarda oxunduğunu bilirəm, indiyə qədər bir çox alim nüvənin quruluşu ilə maraqlanıb, lakin onlardan heç biri istənilən nəticəni əldə edə bilməyib. Müəyyən etmişəm ki, mənim araşdırdığım kimi, araşdırmalar olub. Mən öz sürətimlə hesablamalar aparıram". "

Elektrik enerjisi ilə işləyən maşını təkmilləşdirmə tədqiqatları

[redaktə | mənbəni redaktə et]
Hazırlanmasında Laynus Polinqin də iştirak etdiyi ilk sürəti tənzimlənə bilən maşın-Henney Kilovat

1950-ci illərdə Laynus Polinq Los-Ancelesdəki hava kirliliyi problemini həll etməyə çalışırdı. Bu dövrdə havanın kirlənməsinə səbəb kimi başlıca amil zavodlar göstərilirdi. Laynus Polinq bu dövrdə Arie Heqen-Smit və başqa alimlər ilə birlikdə Kalteçdə benzinlə işləyən maşınların təbiətə vurduğu ziyanla zavodların vurduğu ziyanı müqayisə edən bir tədqiqat apardılar. Bu tədqiqatın nəticələrindən sonra Laynus Polinq elektrik enerjisi ilə işləyən maşın üzərində işləməyə başladı. Elektriklə işləyən maşın üzərində işləyən mühəndislərə qoşuldu və onlara dəstək oldu.

Laynus Polinq hesab edirdi ki, turşu ilə işləyən akumlyatorlar yetərli enerjiyə sahib deyil. Yanacaqla işləyən maşınlara nisbətən, bu tipli maşınlar daha yavaşdı. Bu mövzuda tədqiqatlarını genişləndirdi, amma dəstək gəlmədiyi üçün layihə yarımçıq qaldı.

Laynus Polinq II Dünya müharibəsi illərində siyasi düşüncələrdən yayındı. Buna baxmayaraq müharibə hər kəsin həyatına təsir göstərdiyi kimi ona da təsir göstərdi. Müharibədən sonra sülh könüllüsü oldu. Müharibə illərində Oppenhaymer Laynus Polinqi Manhetten layihəsinə kimya mütəxəssisi kimi dəvət etdi. Buna baxmayaraq Laynus Polinq sülh tərəfdarı olduğunu bildirərək, bu dəvətdən imtina etdi. 1946-cı ildə Albert Eynşteynin rəhbərlik elədiyi Atom Fəlakət Komitəsinə qatıldı.[59] Xalqa və hakimiyyətə nüvə enerjisindən silah kimi istifadə etməyin nə qədər təhlükəli ola biləcəyini izah etdi. Bu işləri ABŞ tərəfindən xoş qarşılanmadı və 1952-ci ildə Londona konfransa gedəndə onun pasportu əlindən alındı.[60][61] 1954-cü ildə Kimya üzrə Nobel mükafatını almaq üçün Stokholma getməli olduğundan pasportu geri qaytarıldı. Mükafatlandırma mərasimində Bertran Rassel, Albert Eynşteyn və başqaları iştirak etdi. 1955-ci ildə Rassel-Eynşteyn manifestinə qatıldı.[62]

1958-ci ildə Laynus Polinq Nüvə İnformasiyaları üzrə Seint Luis Vətəndaş Komitəsinin yaradıcıları ilə əməkdaşlıq üçün imza kampaniyasına qoşulmuşdu. Vaşinqton Universitetinin rəhbərlik etdiyi bu qrupu Seint Luis professorları, Berri Kommoner, Erik Reis, M. Fridlender və Con Fovler Şimali Amerikadakı uşaqların süd dişlərinin stronsium-90 elementindən radioaktiv təsirlənməsini öyrənmək üçün yaratmışdı. Luis Reisin rəhbərliyindəki "Uşaq Diş Tədqiqatları" qrupu 1961-ci ildə sübut etdi ki, radioaktiv çirklənməyə məruz qalan ərazidə otlayan inəklərin südü də radioaktiv çirklənməyə məruz qalır və bu əhali üçün təhlükəlidir.[63][64][65] Bundan başqa Laynus Polinq 1958-ci ildə radioaktiv tullantıların səbəb ola biləcəyi mutasiyalar barəsində nüvə fiziki Edvard Teller ilə birlikdə topluma açıq bir debatda iştirak etdi.[66] O və həyat yoldaşı nüvə silahları sınaqlarının dayandırılması üçün 11000 alimin imzaladığı ərizəni BMT-yə təqdim etdilər. İctimai təzyiq və CNİ tədqiqatların qorxulu nəticələrindən sonra sınaqlar bir müddət təxirə salındı, yerüstü nüvə silahı sınağı ilə bağlı Con KennediNikita Xruşşov arasında 1963-cü ildə "Sınaqların qismən qadağan edilməsi" müqaviləsi imzalandı. Müqavilə qüvvəyə mindiyi gün Nobel mükafatı komitəsi Laynus Polinqi Nobel Sülh mükafatına layiq görərək qeyd etmişdi:

" "O, nəinki 1946-cı ildən fasiləsiz olaraq nüvə silahlarının yayılmasının əleyhinə iş görür, həm də münaqişələrin həlli üçün nüvə silahlarının sınaqlarının keçirilməsinə qarşıdır".[67] "

Nüvə İnformasiya Komitəsinin sınaq qadağaları həm heç zaman etibarlı olmayıb, həm də Luis Reis və "Uşaq Diş Tədqiqatları" qrupu tərəfindən araşdırmaların təməli qoyulmamışdı. Laynus Polinqin siyasi baxışlarından çəkinən Kalteç Kimya Departamenti onu hətta formal da olsa təbrik etməmişdi. Onlar ona şərait yaratmaqla, radiyasiya və mutasiya ilə bağlı tədqiqatlarına dəyər verdiklərini və maraqlandıqlarını nümayiş etdirdilər. O, Kalteç Kimya Departamentinə üzv oldu və burada Siqma Xi (Elmi Araşdırmalar Cəmiyyəti) adlı bölmə qurdu. O, 1974-cü ildə Beynəlxalq Humanistlər Liqasının ortaq qurucularından biri oldu və sonralar da aktiv şəkildə sülh könüllüsü kimi fəaliyyətinə davam etdi. O, Dünyada Həyatın Qorunması Birliyinin prezidenti və Dubrovnik-Filadelfiya bəyanatını imzalayanlardan biri idi.

Laynus Polinq 1960-cı illərdə Vyetnam müharibəsinə ABŞ-nin cəlb olunması siyasətini yeridən prezident Lindon Consonun bu siyasətinə qarşı yaradılan müharibə əleyhdarı olan hərəkata həvəslə qoşulmuşdu. O, gərəksiz və konstitusiyaya zidd olan bu müharibəni pisləyirdi. O, çıxışlar etmiş, etiraz məktubları imzalamışdır. Məktub şəxsən Şimali Vyetnam lideri Ho Çi Minə çatdırılmışdı. Lindon Conson isə ona yazılmış məktuba uzun cavab vermişdi. Onun bu səyləri hökumət tərəfindən qəbul edilməmişdi.[68]

Laynus Polinqin tənqidçiləri arasında hətta onun kimyaya verdiyi töhfələri yüksək qiymətləndirən alimlər onun siyasi mövqeyini bəyənmirdilər və onu Sovet İttifaqı Kommunist Partiyasının mətbuat xidmətinin sadəlövh sözçüsü kimi görürdülər. "Life" jurnalında dərc edilən bir sərlövhədə onun 1962-ci ildə aldığı Nobel mükafatı "Norveçdən qəribə təhqir" deyə təsvir edilmişdi.[69] Laynus Polinq 1968-ci ildə USSR tərəfindən Lenin Sülh Mükafatına layiq görülmüşdü.

SSRİ-də Laynus Polinqin elmi ideyalarının tənqidi

[redaktə | mənbəni redaktə et]

1940-cı illərin sonunda SSRİ-də digər elm sahələrində olduğu kimi kimyaya da "Sovet elmini burjuaziyadan, idealistik nəzəriyyələrdən təmizləmə" və "burjua elm avtoritetlərinin köləliyindən qurtarmaq" adı altında ideoloji müdaxilələr edildi.[70]

Əsas tənqid obyekti Polinq tərəfindən təklif edilmiş, delokallaşdırılmış elektron sıxlığı ilə elektron strukturu haqda anlayışın bir hissəsi olan rezonans nəzəriyyəsi idi. SSRİ-də bu nəzəriyyə "idealistik" elan edildi, buna görə də elm və təhsildə tətbiqi qəbul edilmədi.

Polinqin nəzəriyyəsini tənqid edən çıxışlarda (daha çox B. M. Kedrov tərəfindən) faktiki olaraq fiziki metodların kimyada, fikizi və kimyəvi metodların isə biologiyada istifadəsinin qadağası irəli sürülürdü. Rezonans nəzəriyyəsini Veysmanizm-Morqanizm nəzəriyyəsi ilə uzlaşdırmaq cəhdləri edildi ki, göstərilən elmi istiqamətlərə qarşı mübarizədə birləşmiş cəbhə yaradıldı:[71]

" “Rezonans nəzəriyyəsi” idealistik və aqnostik olmaqla, Butlerovun materialist nəzəriyyəsinə qarşıdır, rezonans nəzəriyyəsinin tərəfdarları da materializmi qəbul etmirdilər.

“Rezonans nəzəriyyəsi” mexanistik olmaqla, üzvi maddələrin keyfiyyətlərini, özünəməxsus xüsusiyyətlərini inkar edir və üzvi kimyanın qanunlarını kvant mexanikasına salmağa çalışır...

...Üzvi kimyada mezomer-rezonans nəzəriyyəsi özü ilə biologiyada elmindəki Veysmanizm-Morqanizm və özü ilə sıx bağlı olan müasir “fiziki” idealizm kimi ümumi irticaçı ideyanı təmsil edir.
Kedrov B. M, "Kimya elmində “fiziki” idealizmə qarşı"
"

1951-ci ilin iyununda üzvi kimyada kimyəvi tərkib nəzəriyyələri üzrə ümumittifaq konfransı keçirildi, Polinqin rezonans nəzəriyyəsi və İnqoldun mezomerizm nəzəriyyəsi burjua və psevdo-elmi elan edildi.[72]

Üzvi kimyada rezonans nəzəriyyəsinin təqibi elm dünyasında mənfi qarşılandı. ABŞ Kimya Cəmiyyətinin jurnallarından birində Sovet kimyasına həsr olunmuş icmalda qey olunmuşdu:[73]

" Bu mövzuda yazılmış Sovet məqalələrinin çoxunda Laynus Polinqin rezonans nəzəriyyəsinin dialektik materializminin doqmalarına qarşı olduğu haqda şovinist ideya var. Kimya tarixində belə cəld mühakimə görülməyib. "

"Milli İcmal"dan Uilyam F. Baklinin qarşısında uğursuzluq

[redaktə | mənbəni redaktə et]

Laynus Polinq Nobel Sülh mükafatını və Lenin Sülh mükafatını qazanandan sonra o, "Milli İcmal" (ing. The National Review) jurnalının hədəfinə tuş gəldi, xüsusilə, jurnalın 17 iyul, 1962-ci ildəki sayında olan "Kollaboratorlar" başlıqlı məqaləsində. Polinq sadəcə kollaborator deyil, həm də Sovet üslublu kommunizm tərəfdarlarının "yoldaş"ı adlandırılırdı. Jurnalın bu məqalələri 3 il davam edən məhkəmə iddiasına gətirib çıxardı. 1965-ci ildə Polinq jurnalı, yazar Uilyam Raşeri və redaktor Uilyam Baklini məhkəməyə verərək 1 milyon dollar tələb etdi. Ardınca, o məhkəməni və 1968-ci ildə isə appelyasiya məhkəməsini uduzdu. Hər iki məhkəməni uduzmasına və jurnal tərəfindən davamlı ittihamlara baxmayaraq Polinqin hörmətinə xələl gəlmədi.[74][75][76][77]

Laynus Polinq etdiyi kəşflərlə elmə və insanlığı böyük xidmətlər göstərmişdir. "New Scientist" jurnalına görə "ən böyük 20 alim" sırasına daxil edilmişdir.

Nature jurnalında Qautam R. Desiraju tərəfindən yazılan "Milenyum" adlı məqalədə[78] Dünyanın ən böyük nəzəriyyəçiləri arasında, Nyuton, Qaliley, Eynşteynlə bir sırada göstərilmişdir. Bundan başqa Laynus Polinq kvant mexanikası, inorqanik kimya, orqanik kimya, zülal quruluşu, molekulyar biologiya və tibbə böyük xidmətlər etmişdir. Laynus Polinq çağdaş kvant kimyasının atası hesab olunur. Bundan əlavə elmi ədəbiyyata hibritasiya və elektron neqativliyi anlayışlarını daxil etmişdir. Frensis Krik onu molekulyar biologiyanın atası hesab edir.

Laynus Polinqin vitamin, enzim və tiblə bağlı tədqiqatları bir çox alimə yol göstərmişdir.

Mükafat və fəxri adları

[redaktə | mənbəni redaktə et]
  • Laynus Polinq. Kimyəvi rabitələrin təbiəti. Kornel Universitetinin nəşri. ISBN 0-8014-0333-2
  • Laynus Polinq, E. Vilson. Kvant mexanikasının kimya proqramlarına giriş. ISBN 0-486-64871-0
  • Laynus Polinq, E. Kemeron. Xərçəng xəstəliyi və C vitamini. ISBN 0–940159-21-X
  • Laynus Polinq. Necə uzun yaşamaq və özünü daha yaxşı hiss etmək olar. ISBN 0-380-70289-4
  • Laynus Polinq. Kimyanın əsasları. ISBN 0-486-65622-5
  • Laynus Polinq. Molekulların arxitekturası.

Jurnallardakı məqalələri

[redaktə | mənbəni redaktə et]
  • Laynus Polinq. (1927). Bir çox atom və ion elektronlarının fiziki xüsusiyyətlərinin nəzəri təxmini. Kosmosda Mole qırılması, diamaqnit həssaslığı və genişlənmə. Kral Cəmiyyətinin bildirişləri: Riyazi fizika və mühəndislik elmləri. 114 (767): 181.
  • Laynus Polinq. (1929). İonik kristal komplekslərinin determinik strukturunun prinsipləri. Amerika Kimya Cəmiyyətinin jurnalı. 51 (4): 1010.
  • Laynus Polinq. (1931). Kimyəvi rabitələrin təbiəti. Molekulların strukturunun üçün kvant mexanikası və paramaqnit qavrayıcılığı nəzəriyyəsinin əldə edilmiş nəticələrinin tətbiqi. Amerika Kimya Cəmiyyətinin jurnalı. 53 (4): 1367.
  • Laynus Polinq. (1931). Kimyəvi rabitələrin təbiəti – 2. Bir elektron əlaqəsi və üç elektron əlaqəsi. Amerika Kimya Cəmiyyətinin jurnalı. 53 (9): 3225.
  • Laynus Polinq. (1932). Kimyəvi rabitələrin təbiəti – 3. Digər ifrat bir əlaqəyə keçid. Amerika Kimya Cəmiyyətinin jurnalı. 54 (3): 988.
  • Laynus Polinq. (1932). Kimyəvi rabitələrin təbiəti – 4. Tək əlaqələrin enerjisi və atomların nisbi elektron neqativliyi. Amerika Kimya Cəmiyyətinin jurnalı. 54 (9): 3570.
  • Laynus Polinq, G. V. Velend. (1933). Kimyəvi rabitələrin təbiəti – 5. Benzin və naftalinin rezonans enerjisi və hidrokarbonun sərbəst radikallarının kvant mexanikası ilə hesablanması. Kimyəvi fizika jurnalı. 1 (6): 362.
  • Laynus Polinq. (1935). Atom tərkibində bəzi təsadüflərlə buz və digər kristalların quruluşu və istifadə olunmaz enerji miqdarı. Amerika Kimya Cəmiyyətinin jurnalı. 57 (12): 2680.
  • Laynus Polinq. (1940). Antikorların yaranma prosesi və quruluşunun nəzəriyyəsi. Amerika Kimya Cəmiyyətinin jurnalı. 62 (10): 2643.
  • Laynus Polinq. (1947). Atomun ölçüləri və metal atomları arasındakı məsafələr. Amerika Kimya Cəmiyyətinin jurnalı. 69 (3): 542.
  • Laynus Polinq, H. A. İtano, S. J. Sinqer, İ. C. Uels. (1949). Oraq hüceyrəli anemiya. Bir molekullu xəstəlik. Science 110 (2865): 543–548.
  • Laynus Polinq, R. B. Korey, H. R. Brenson. (1951). Zülalların quruluşu: Polipeptid zəncirinin iki hidrogen bağlanmış vintli konfiqurasiyaları. Milli Elmlər Akademiyasının protokolu. 37 (4): 205–11.

Maraqlı məlumatlar

[redaktə | mənbəni redaktə et]
  • Delta Upsilon Cəmiyyətinin üzvü idi.
  • Başqası ilə bölüşmədən iki Nobel mükafatı alan yeganə insandır.
  • Alpha Chi Sigma peşəkar kimya cəmiyyətinin üzvü idi.
  • Lüteran kilsəsinin üzvü idi.
  • Sigma Xi elmi tədqiqatlar dərnəyinin üzvü və həmin dərnəyin Kaliforniya texnik hissəsinin qurucusu idi
  • Texas ştatının Hyuston şəhərində onun adını daşıyan rok qrupu-"Linus Pauling Quartet" fəaliyyət göstərir.
  • Yaşadığı müddətdə 48 doktorluq dərəcəsi almışdır.
  • Oreqon ştatının Korvallis şəhərində yerləşən "Highland View" məktəbi 2003-cü ildən Laynus Polinqin adını daşıyır.
  • Linuxun yaradıcısı Linus Torvaldsın adı məhz Laynus Polinqdən təsirlənərək qoyulmuşdur.
  • 1967–1969-cu illərdə Kaliforniya Universitetində kimya professoru olaraq fəaliyyət göstərib.[21]
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 Biography: Historical & Celebrity Profiles. // Biography.com 2014.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 Linus Pauling // Internet Speculative Fiction Database (ing.). 1995.
  4. 1 2 Dunitz J. D. Obituary: Linus Carl Pauling, 28 February 1901 - 18 August 1994 (ing.). // Biogr. Mem. Fellows R. Soc. / J. T. Stuart The Royal Society, 1996. ISSN 0080-4606; 1748-8494
  5. 1 2 Polinq L. The Determination With X-Rays of the Structures of Crystals, Dissertation (Ph.D.). 1925.
  6. 1 2 Linus Pauling, Obituary (ing.). // The Daily Telegraph / C. Evans London: 1994. ISSN 0307-1235; 1477-3805
  7. 1 2 http://muse.jhu.edu/journals/biography/v019/19.4.article.html.
  8. The Vitamin Myth: Why We Think We Need Supplements (ing.). / J. Goldberg 2013. ISSN 1072-7825; 2151-9463
  9. 1 2 3 4 Dunitz, J. D. (1996). "Linus Carl Pauling. 28 February 1901–19 August 1994". Biographical Memoirs of Fellows of the Royal Society 42: 316–326.
  10. Rich, A. (1994). "Linus Pauling (1901–1994)". Nature 371 (6495): 285.
  11. The Scientific 100: A Ranking of the Most Influential Scientists, Past and Present Arxivləşdirilib 2017-07-09 at the Wayback Machine". Retrieved December 19, 2010.
  12. As Watson attests, Pauling also came close to being the discoverer of DNA's structure, for which Francis Crick, James Watson and Maurice Wilkins received the Nobel Prize.
  13. "Linus Pauling's Childhood (1901–1910)". Special collections. Oregon State University Libraries. Arxivləşdirilib 2015-05-27 at the Wayback Machine Retrieved April 25, 2013.
  14. "Linus Pauling". Arxivləşdirilib 2022-09-17 at the Wayback Machine NNDB: Tracking the entire world. Soylent Communications. Retrieved April 25, 2013.
  15. Goertzel and Goertzel, s. 17.
  16. Linus Pauling Biography, Nobelprize.org
  17. Goertzel and Goertzel, s. 22.
  18. Swanson, Stephen (October 3, 2000). "OSU fraternity to donate Pauling treasures to campus library". Oregon State University. Retrieved April 29, 2013.
  19. Goertzel and Goertzel, s. 29.
  20. "Linus Carl Pauling: A Biographical Timeline". Linus Pauling Institute (ingilis). lpi.oregonstate.edu. 2006-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-17.
  21. 1 2 3 "Arxivlənmiş surət". 2007-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-16.
  22. Tom Hager (December 2004). "The Langmuir Prize". Oregon State University Libraries Special Collections. Retrieved February 29, 2008.
  23. Linus Pauling (March 1932). "The nature of the chemical bond. III. The transition from one extreme bond type to another.". Journal of the American Chemical Society. Retrieved February 29, 2008.
  24. Thomas Hager (1995). Force of Nature: The Life of Linus Pauling. Simon & Schuster. ISBN 0-684-80909-5., s. 152
  25. Linus Pauling (1930s). "Notes and Calculations re: Electronegativity and the Electronegativity Scale". Oregon State University Libraries Special Collections. Retrieved February 29, 2008.
  26. Thomas Hager (December 2004). "The Nature of the Chemical Bond". Oregon State University Libraries Special Collections. Retrieved February 29, 2008.
  27. Linus Pauling (1928). "London's paper. General ideas on bonds.". Oregon State University Libraries Special Collections. Retrieved February 29, 2008.
  28. Pauling, L; Corey, RB (1951). "Configurations of Polypeptide Chains With Favored Orientations Around Single Bonds: Two New Pleated Sheets". Proceedings of the National Academy of Sciences of the United States of America 37 (11): 729–40.
  29. "Linus Pauling's DNA Model". Retrieved August 6, 2007.
  30. Pauling L, Corey RB (February 1953). "A Proposed Structure For The Nucleic Acids". Proc Natl Acad Sci U S A. 39 (2): 84–97.
  31. Hager, Thomas (1995). Force of Nature: The Life of Linus Pauling. Simon & Schuster. ISBN 0-684-80909-5., pp. 414–415
  32. "Arxivlənmiş surət". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-16.
  33. Pauling, Linus; Harvey Itano; S. J. Singer; Ibert Wells (November 1949). "Sickle Cell Anemia, a Molecular Disease". Science. Retrieved August 5, 2007.
  34. Peitzman, Steven J. (2007). Dropsy, dialysis, transplant: a short history of failing kidneys. Baltimore: Johns Hopkins University Press. s. 72–8; 190. ISBN 0-8018-8734-8.
  35. "Arxivlənmiş surət". 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-16.
  36. Nicolle, Lorraine; Beirne, Ann Woodriff, eds. (2010). Biochemical imbalances in disease a practitioner's handbook. London: Singing Dragon. s. 27. ISBN 978-0-85701-028-5.
  37. Cassileth BR. Alternative medicine handbook: the complete reference guide to alternative and complementary therapies. New York: W. W. Norton & Co., 1998:67.
  38. "Vitamin Therapy, Megadose / Orthomolecular Therapy" British Columbia Provincial Health Services Authority 2000
  39. Ewan Cameron M. D. "Cancer bibliography". Doctoryourself.com. Retrieved August 5, 2007.
  40. Cameron E, Pauling L (October 1976). "Supplemental ascorbate in the supportive treatment of cancer: Prolongation of survival times in terminal human cancer". Proceedings of the National Academy of Sciences 73 (10): 3685–9.
  41. Cameron E, Pauling L (September 1978). "Supplemental ascorbate in the supportive treatment of cancer: Reevaluation of prolongation of survival times in terminal human cancer". Proceedings of the National Academy of Sciences 75 (9): 4538–42.
  42. Creagan ET, Moertel CG, O'Fallon JR, et al. (September 1979). "Failure of high-dose vitamin C (ascorbic acid) therapy to benefit patients with advanced cancer. A controlled trial". The New England Journal of Medicine 301 (13): 687–90.
  43. Moertel CG, Fleming TR, Creagan ET, Rubin J, O'Connell MJ, Ames MM (January 1985). "High-dose vitamin C versus placebo in the treatment of patients with advanced cancer who have had no prior chemotherapy. A randomized double-blind comparison". The New England Journal of Medicine 312 (3): 137–41.
  44. Tschetter, L; et al. (1983). "A community-based study of vitamin C (ascorbic acid) in patients with advanced cancer". Proceedings of the American Society of Clinical Oncology 2: 92.
  45. Chen, Q; et al (2007). "Ascorbate in pharmacologic concentrations selectively generates ascorbate radical and hydrogen peroxide in extracellular fluid in vivo". Proceedings of the National Academy of Sciences 104 (21): 8749–54.
  46. 1 2 Linus Pauling (1986). How to Live Longer and Feel Better. New York: W. H. Freeman and Company. pp. 173–175. ISBN 0-7167-1781-6.
  47. Pauling, L (November 1978). "Orthomolecular enhancement of human development" Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (PDF). In Ralph Pelligra, ed. Human Neurological Development: 47–51.
  48. Andrew W. Saul; Dr. Abram Hoffer. "Abram Hoffer, M. D., PhD 50 Years of Megavitamin Research, Practice and Publication". Doctoryourself.com. Retrieved August 5, 2007.
  49. "Vitamin C" Arxivləşdirilib 2015-04-24 at the Wayback Machine. American Cancer Society.
  50. .Bu barədə qeydləri, Oreqo Ştatı şəxsi kolleksiyası. Arxivləşdirilib 2006-09-01 at the Wayback Machine
  51. "Arxivlənmiş surət". 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-15.
  52. "Arxivlənmiş surət". 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-15.
  53. "Arxivlənmiş surət". 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-15.
  54. "Arxivlənmiş surət". 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-15.
  55. "Arxivlənmiş surət". 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-15.
  56. "Arxivlənmiş surət". 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-15.
  57. "Arxivlənmiş surət". 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-15.
  58. "Linus Pauling Interview – page 9 / 9 – Academy of Achievement" Arxivləşdirilib 2012-12-11 at the Wayback Machine. Achievement.org. 2008–02–29. Retrieved 2013–06–25.
  59. Thomas Hager (November 29, 2007). "Einstein". Oregon State University Libraries Special Collections. Retrieved December 13, 2007.
  60. Robert Paradowski (2011), Oregon State University, Special Collections p.18, Proteins, Passports, and the Prize (1950–1954), retrieved February 1, 2013
  61. Bulletin of the Atomic Scientists Vol. VIII, Nr. 7 (Okt. 1952) p. 254, Educational Foundation for Nuclear Science, Inc.
  62. Thomas Hager (November 29, 2007). "Russell/Einstein". Oregon State University Libraries Special Collections. Retrieved December 13, 2007.
  63. Louise Zibold Reiss (November 24, 1961). "Strontium-90 Absorption by Deciduous Teeth: Analysis of teeth provides a practicable method of monitoring strontium-90 uptake by human populations" Arxivləşdirilib 2020-06-07 at the Wayback Machine. Science. Retrieved October 13, 2009.
  64. Thomas Hager (November 29, 2007). "Strontium-90" Arxivləşdirilib 2010-12-22 at the Wayback Machine. Oregon State University Libraries Special Collections. Retrieved December 13, 2007
  65. Thomas Hager (November 29, 2007). "The Right to Petition" Arxivləşdirilib 2010-12-20 at the Wayback Machine. Oregon State University Libraries Special Collections. Retrieved December 13, 2007.
  66. Linus Pauling; Edward Teller (1958). "Teller vs. Pauling" Arxivləşdirilib 2011-08-15 at the Wayback Machine. Oregon State University Libraries Special Collections. Retrieved December 13, 2007.
  67. Linus Pauling (October 10, 1963). "Notes by Linus Pauling. October 10, 1963." Arxivləşdirilib mart 10, 2010, at the Wayback Machine. Oregon State University Libraries Special Collections. Retrieved December 13, 2007.
  68. "Linus Pauling and the International Peace Movement: Vietnam." Arxivləşdirilib 2013-11-09 at the Wayback Machine. Oregon State University Libraries. 2010. Retrieved March 12, 2013.
  69. Stephen F Mason (July 1999). "The Science and Humanism of Linus Pauling (1901–1994)." Arxivləşdirilib 2012-03-31 at the Wayback Machine. Ciencia Abierta. Retrieved August 4, 2009.
  70. А. С. Сонин. Печальный юбилей одной кампании Arxivləşdirilib 2010-05-05 at the Wayback Machine (рус.) // Вестник РАН. — 1991. — Т. 61. — № 8. — С. 96–107.
  71. Операция "Теория резонанса" Arxivləşdirilib 2020-12-02 at the Wayback Machine / Лисичкин В. А., Шелепин Л. А. Третья мировая (информационно-психологическая) война. — М.: Эксмо, Алгоритм, 2003. — 448 с.
  72. "Лорен Грэхэм "Естествознание, философия и науки о человеческом поведении в Советском Союзе, Глава IX. Химия"". 2007-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-23.
  73. I. Moyer Hunsberger (1954). "Theoretical chemistry in Russia". J. Chem. Educ. 31 (10): 504 – 514.
  74. "The National Review Lawsuit". Paulingblog. Retrieved 20 December 2013.
  75. "A Tough Conclusion to the National Review Lawsuit". Paulingblog. Retrieved 20 December 2013.
  76. "Pauling v. NAT'L REVIEW, INC.". Justia.com. Retrieved 20 December 2013.
  77. "http://www.nytimes.com/1998/08/30/nyregion/c-dickerman-williams-97-free-speech-lawyer-is-dead.html Arxivləşdirilib 2022-09-17 at the Wayback Machine". The New York Times. Retrieved 20 December 2013.
  78. Desiraju, G. R. Nature 408, 407 (2000)
  79. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 Pauling interview by Jeffrey L. Sturchio (1987) Arxivləşdirilib 2010-12-06 at the Wayback Machine Chemical Heritage Foundation (click on Honors to see list)
  80. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 "Linus Pauling: Awards, Honors and Medals [ölü keçid]". Special Collections. Oregon State University Libraries. Retrieved April 25, 2013.
  81. "Gandhi Peace Award" Arxivləşdirilib 2010-09-07 at the Wayback Machine. Promoting Enduring Peace. Retrieved April 26, 2013.
  82. "NAS Award in Chemical Sciences". National Academy of Sciences. Retrieved February 15, 2011.
  83. 1 2 "Linus Pauling: Awards, Honors and Medals". Special Collections. Oregon State University Libraries. Retrieved April 25, 2013.
  84. "OSU Celebrates Linus Pauling and Release of New U. S. Postal Service Stamp" Arxivləşdirilib 2013-11-02 at the Wayback Machine. Events. Oregon State University. Retrieved April 25, 2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]