Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lamet (xalq)
Lamet - Laos və Tailandda, Nantxa çayının hövzəsinin cənub hissəsində yaşayan mon-kxmer xalqı. Lamet dili Avstoasiya dilləri ailəsinin mon-kxmer qolunun palaunq - va qrupuna mənsubdur. Şərti olaraq dağ kxmerləri qrupuna daxildirlər. Bəzi mənbələrə əsasən lametlərin sayı 20 min nəfərə yaxındır. == Din == Lametlər arasında animizm, buddizm və ənənəvi dini inamlar geniş yayılmışdır. lametlərdə musiqi folkloru da inkişaf etmişdir. == Əsas məşğuliyyətləri == Lametlər primitiv əkinçilik üsulu olan kəsmə-yandırma əkinçilik, balıqçılıq, ovçuluq, yığıcılıq və sair təsərrüfüt fəaliyyəti ilə məşğuldurlar. == Mənbə == * Чеснов Я. В. Ламет // Народы и религии мира / Глав. ред. В. А. Тишков.
Layes Abdullayeva
Layes Abdullayeva (29 may 1991, Əddis-Əbəbə) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Layes Abdullayeva 2009-cu ildə Serbiyanın Novi Sad şəhərində gənclər arasında Avropa Çempionatında 3000 metr məsafəyə maneələrlə qaçış turnirində 9:55.95 dəqiqə nəticə ilə gümüş medalın sahibi oldu. 2010-cu ildə Kanadada gənclər arasında Dünya Çempionatında 3000 metr məsafəyə qaçış turnirində 8:55.33 dəqiqə nəticə ilə bürünc medala sahib olan Layes Abdullayeva həmin il Qətərin Doha şəhərində Dünya Çempionatını (zalda) yeddinci pillədə, İspaniyanın Barselona şəhərində Avropa Çempionatını isə altıncı pillədə başa vurdu. Layes Abdullayeva 2011-ci ildə Fransanın Paris şəhərində baş tutan Avropa Çempionatında (zalda) 3000 metr məsafəyə qaçış turnirində 9:00.38 dəqiqə nəticə göstərdi və turnirin bürünc medalına sahib oldu. Həmin il Layes Abdullayeva həm də Çexiyanın Ostrava şəhərində U-23 Avropa Çempionatında 5000 metr və 10000 metr məsafələrə qaçış turnirlərini müvafiq olaraq 15:28.46 dəqiqə və 32:18.05 dəqiqə nəticələrlə başa vurdu və turniri qızıl medallarla başa vurdu. Layes Abdullayeva həmin mövsümdə Çində baş tutan Universiada Oyunlarında 5000 metr məsafəyə qaçış turnirini beşinci pillədə başa vurdu. 2012-ci ildə Layes Abdullayeva İstanbul şəhərində Dünya Çempionatında (zalda) təsnifat mərhələsini 9:08.40 dəqiqə nəticə ilə onuncu pillədə başa vuraraq turnirdə uğursuz çıxış elədi və final mərhələsinə vəsiqə qazana bilmədi. İyunda isə Layes Abdullayeva Finlandiyada Avropa Çempionatında 5000 metr məsafəyə qaçış turnirində 15:33.88 dəqiqə nəticə göstərdi və turniri 14-cü pillədə başa vurdu. Layes Abdullayeva Azərbaycanı 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. 5000 metr məsafəyə qaçış turnirində çıxış edən Layes Abdullayeva təsnifat mərhələsinin B qrupunda 15:45.68 dəqiqə nəticə göstərdi və mərhələni 18 atlet sırasında 17-ci pillədə başa vuraraq olimpiada da mübarizəsini dayandırdı.
Laymen Frenk Baum
Laymen Frenk Baum (1856 – 1919) — Amerika jurnalisti, yazıçısı. == Həyatı == Amerika jurnalisti Liman Frenk Baum 1856-cı ildə anadan olmuşdur. Frenk Baum uşaq yazıçısı olmaq fikrində deyildi. Birinci kitabını əyləncəli şəkillərə yazdığı mətni o, dostu, rəssam Denskonun xahişi ilə qələmə almışdır. Kitab bəyənilmiş və Baum Uydurma Oz ölkəsinin qəribə sehrbazı haqqında böyük nağıl yazmaq qərarına gəlmişdir. Amerikan uşaqları Frenk Baumi "Oz şəhərinin sehrbazı" kitabı ilə tanıyırlar. Bu kitab 14 cilddən ibarətdir. Bizlərə bu kitab "Zümrüd şəhərinin sehrbazı" adı altında gəlib çatmışdır. Nağıl müvəffəqiyyət qazanmış, tezliklə səhnəyə qoyulmuş və oxucular müəllifdən nağılı davam etdirməyi xahiş etmişlər. Baum özü də qəhrəmanlarını xoşlamış və onlarla bir də görüşməyə həvəslə razılıq vermişdir.
(Marie's The Name) His Latest Flame
(Marie's the Name) His Latest Flame 1961-ci ildə Elvis Presli tərəfindən audio lentə yazılmış musiqidir. Musiqinin sözləri Dok Pomus və Mort Şumana məxsusdur və ilk ifaçısı Del Şennon olmuşdur. Lakin musiqinin ən uğurlu və məşhur versiyasını məhz Elvis Presli 1961-ci ilin avqust ayında ifa etmişdir. Həmçinin mahnı nüfuzlu Billboard Hot 100 hit-paradında nömrə 4 olaraq və UK Singles Chart hit-paradında ardıcıl 4 həftə nömrə 1 olaraq qiymətləndirilmişdir. == Heyət == 1961-ci ilin 25 iyun tarixində Neşvill şəhərində yerləşən RCA studiyasında lentə alınmışdır.