Lamet - Laos və Tailandda, Nantxa çayının hövzəsinin cənub hissəsində yaşayan mon-kxmer xalqı. Lamet dili Avstoasiya dilləri ailəsinin mon-kxmer qolunun palaunq - va qrupuna mənsubdur. Şərti olaraq dağ kxmerləri qrupuna daxildirlər.
Bəzi mənbələrə əsasən lametlərin sayı 20 min nəfərə yaxındır.
Lametlər arasında animizm, buddizm və ənənəvi dini inamlar geniş yayılmışdır. lametlərdə musiqi folkloru da inkişaf etmişdir.
Lametlər primitiv əkinçilik üsulu olan kəsmə-yandırma əkinçilik, balıqçılıq, ovçuluq, yığıcılıq və sair təsərrüfüt fəaliyyəti ilə məşğuldurlar.