Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İctimai müzakirə
İctimai müzakirə bir cəmiyyətdə və ya geniş ictimai auditoriyada müxtəlif mövzular, məsələlər və problemlər haqqında insanlar arasında fikirlərin mübadiləsi və müzakirəsidir. İctimai müzakirə ictimaiyyətin müstəqil fikirlərinin formalaşdırılması, mübahisələrin aparılması, fərqli məsələlər barədə fikirlərin bölünməsi və ictimai bir perspektivin yaranması üçün əhəmiyyətli bir vasitədir. İctimai müzakirələr müstəqil fikirləri formalaşdırmaq, demokratik proseslərə müstəqil vətəndaşların iştirakını təmin etmək və ictimai məqamların vəziyyətini yaxşılaşdırmaq üçün əhəmiyyətli bir platforma təşkil edir. Bu müzakirələr, ictimaiyyətin fərqli perspektivləri və müxtəlif təcrübələri paylaşmağa imkan verir və demokratik cəmiyyətin formalaşmasına və inkişafına töhfə verir. == İctimai müzakirələr müxtəlif məsələləri əhatə edir == Sosial Məsələlər Əhalinin maraqlarını, insan haqları və sosial məsələlər barədə müzakirələr. Bu müzakirələr genelliklə cins bərabərlik, qadın-kişi əlaqələri, etnik və din məsələlər kimi geniş mövzuları əhatə edir. Mədəniyyət və Təhsil İctimai müzakirələr mədəniyyət, təhsil siyasəti, elmin inkişafı, və ya ictimai təhsil sahəsində aparıla bilər. Siyasi Məsələlər Siyasi quruluşlar, siyasətçilər, vətəndaşlar və digər təşkilatlar arasında siyasi məsələlər barədə müzakirələr geniş bir ictimai auditoriyada aparılır. Bu müzakirələr əsasən seçkilər, siyasət, siyasi həqiqətlər və siyasi proseslər kimi sahələri əhatə edir. İqtisadi Məsələlər İqtisadiyyat, pul siyasəti, əmək haqqı, sürətli iqtisadi inkişaf və başqa iqtisadi məsələlər barədə müzakirələr.
Mühasirə
Mühasirə — uzun müddət davam edən hərbi əməliyyat; daha çox şəhər, yaxud qalaların hərbi blokada formasıdır. Mühasirə zamanı mühasirə edilən obyekt mühasirə edənlər (silahlı qüvvələr, əsgərlər və s.) tərəfindən üzük qaşı kimi əhatəyə alınır. Azərbaycan ədəbiyyatında çox vaxt "mühasirə" sözü "hərbi blokada" ifadəsinin sinonimi kimi işlədilir. Məsələn, A.Çakovskinin Leninqradın blokadasından bəhs etdiyi məşhur rus. "Блокада"" romanı azərbaycan dilinə "Mühasirə" adı ilə tərcümə olunmuşdur. Azərbaycan Sovet Ensiklopediyasında mühasirə haqqında yalnız bunlar yazılmışdır: "Azərbaycan dilinin izahlı lüğəti"ndə (1983) isə "mühasirə" sözü belə izah edilir: == Həmçinin bax == Hərbi blokada Kobani blokadası; Leninqradın mühasirəsi.
Mühazirə
Mühazirə (mübahisə, disput) — tədris materialının, hər hansı bir məsələnin, mövzunun, bölmənin, fənnin, elmin metodlarının sistematik, ardıcıl şəkildə tərtib edilməsi. Böyük Sovet Ensiklopediyasına əsasən mühazirə tədris materialının, hər hansı bir məsələnin, mövzunun, bölmənin, fənnin, elm metodlarının sistematik, ardıcıl şəkildə şərh edilməsidir. Mühazirə, fənn müəllimi tərəfindən mövzuların şifahi şəkildə təqdimatı, həmçinin hər hansı bir mövzuya dair açıq leksiya. == Mühazirələrin növləri == BSE-na görə, mühazirələr fərqlidir: təlim mühazirələri ictimai mühazirələr (mədəni-maarif işi sistemində siyasi və elmi biliklərin təbliği və yayılması forması): epizodik mühazirələr, dövri mühazirələr. Mühazirələr kursu (materialın tədris proqramı üzrə ardıcıl təqdimatı) aşağıdakı mühazirə növlərini əhatə edir: giriş mühazirələr, planlaşdırma mühazirələri (qiyabi və axşam təhsili sistemində), ordinar mühazirələr, ümumi mühazirələr, yekun mühazirələr. == Mühazirələr üçün tələblər == BCE-na əsasən mühazirə üçün tələblər: elmi, ideya, əlçatanlıq, forma və məzmunun vəhdəti, təqdimatın emosionallığı, digər tədris məşğələləri növləri (seminarlar, laboratoriya işləri, tədris və istehsalat təcrübəsi və s.) ilə əlaqə. === Üstünlükləri === Bir nəfər-mühazirəçi istənilən məlumatı, təkbaşına çox sayda insana çatdıra bilər. === Mənfi cəhətləri === Əlaqənin olmaması, mühazirə məzmununun mürəkkəblik səviyyəsinin orta hesablanması, müxtəlif dərəcədə dinləyicilərin mühazirələrə daxil olma imkanı.
Müşairə
Müşairə — şeirləşmə, deyişmə. Müşairəyə klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında daha çox təsadüf edilir. Müşairələr dostcasına məktublaşma və ya ədəbi-ictimai mövzularda mübahisə səciyyəli olur. Molla Pənah Vaqifin Molla Vəli Vidadi, Qasım bəy Zakirin Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvaninin müasirləri ilə müşairələri məşhurdur. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild, Bakı, 1983.
Mühakimə qabiliyyətinin tənqidi
Mühakimənin tənqidi (alm. Kritik der Urteilskraft‎), həmçinin Mühakimə qabiliyyətinin tənqidi kimi tərcümə edilən alman filosofu İmmanuel Kantın 1790-cı ildə yazdığı kitabdır. Bəzən "üçüncü tənqid" olaraq adlandırılan Mühakimə Xalis zəkanın tənqidi (1781) və Praktik zəkanın tənqidi (1788) əsərlərindən sonra gəlir.
Mühasirə günü: 11 sentyabr 1683-cü il
Mühasirə günü: 11 sentyabr 1683-cü il (ing: The Day of the Siege: September Eleven 1683, pol: Bitwa pod Wiedniem, it: 11 settembre 1683) — polyak-italyan müştərək istehsalı olan tarixi-dram janrında çəkilmiş olan filmdir. Film 2012-ci ildə ingilis dilində çəkilmişdir. Filmin rejissoru Renço Martinellidir. == Süjet xətti == Film 1683-cü il sentyabrın 11-də Yan Sobieskinin komandanlığı altında olan Müqəddəs Liqa ordusunun Osmanlı İmperiyasının Avstriyanın paytaxtı Vyananı və oradan da Avropanın digər ərazilərini işğal etməsi planlarını pozduğu Vyana döyüşünü və bu döyüş zamanı Avropada baş verən hadisələri göstərir. Eyni zamanda bu hadisələr zamanı Xristian Avropasında rahib Marko d'Avianonun oynadığı rola da diqqət yetirilir.
Muzaki döyüşü
Mouzaki döyüşü (Yunan: Mάχη του Μουζακίου) — 4 may 1878-ci ildə Yunan Ordusunun Yunan nizamsızlarına dəstəyi ilə Osmanlı qüvvələrinə qarşı baş vermiş döyüş. 1877–1878-ci illər Rusiya-Osmanlı müharibəsi zamanı Fessaliya və Epirusda baş verən Yunan üsyanlarının əsas hadisələrindən biridir. == Ümumi == Müstəqil|Yunan dövlətinin yaradılması ilə İrredentizm Yunan sakinləri olan, Fessaliya , Epirus və Makedoniya kimi Osmanlı bölgələrinə yayıldı. Qərbi Fessaliyada, Yunan Ordusunun rəsmi iştirakı olmadan təşviqatlar başladı, ancaq Yunan Zabitlərindən ibarət komitə Osmanlı qoşunlarının təcavüzünü yerli partizan dəstələri ilə əlaqələndirmək üçün gizli bir şəkildə bu əraziyə göndərildi. Qərargah, kapitanlar Georgios Filaretos və Ioannis Igglesisin köməyi ilə artilleriya polkovniki Konstantinos Ischonomachos'un ümumi komandanlığı altında Loutro Karditsas'a quruldu. == Hadisələr == Partizan müharibəsi artıq türklərə və albanlara qarşı ərazidə endemik hal almışdı. 1878-ci ilin mart ayının əvvəlində yerli başçı Tanasis Ziakas və onun Aqrafiote dəstələri Vounista, Qranista və Mesenikola kəndlərində üsyan etdilər. Yunan Ordusunun baş çavuşu Styananos Tzavaras da Sarakatsan və Arumın klefləri ilə qüvvə meydana gətirdi, bunların bir çoxu Arvanitakis dəstəsinin üzvləri idi. Hər iki qrup bir yerə toplanaraq bölgənin strateji bir nöqtəsi olan ərzaq və su almaq üçün açar olan Mouzaki kəndinə hücum etdi. Bundan əlavə, böyük şəhərlərdən Osmanlı qoşunlarını kəndlərə çəkmək fürsəti oldu.