Mühazirə

Mühazirə (mübahisə, disput) — tədris materialının, hər hansı bir məsələnin, mövzunun, bölmənin, fənnin, elmin metodlarının sistematik, ardıcıl şəkildə tərtib edilməsi.

Böyük Sovet Ensiklopediyasına əsasən mühazirə tədris materialının, hər hansı bir məsələnin, mövzunun, bölmənin, fənnin, elm metodlarının sistematik, ardıcıl şəkildə şərh edilməsidir.

Mühazirə, fənn müəllimi tərəfindən mövzuların şifahi şəkildə təqdimatı, həmçinin hər hansı bir mövzuya dair açıq leksiya.

Mühazirələrin növləri

[redaktə | mənbəni redaktə et]

BSE-na görə, mühazirələr fərqlidir:[1]

  • təlim mühazirələri
  • ictimai mühazirələr (mədəni-maarif işi sistemində siyasi və elmi biliklərin təbliği və yayılması forması):
  • epizodik mühazirələr,
  • dövri mühazirələr.

Mühazirələr kursu (materialın tədris proqramı üzrə ardıcıl təqdimatı) aşağıdakı mühazirə növlərini əhatə edir:

  • giriş mühazirələr,
  • planlaşdırma mühazirələri (qiyabi və axşam təhsili sistemində),
  • ordinar mühazirələr,
  • ümumi mühazirələr,
  • yekun mühazirələr.

Mühazirələr üçün tələblər

[redaktə | mənbəni redaktə et]

BCE-na əsasən mühazirə üçün tələblər: elmi, ideya, əlçatanlıq, forma və məzmunun vəhdəti, təqdimatın emosionallığı, digər tədris məşğələləri növləri (seminarlar, laboratoriya işləri, tədris və istehsalat təcrübəsi və s.) ilə əlaqə.

Üstünlükləri

[redaktə | mənbəni redaktə et]

Bir nəfər-mühazirəçi istənilən məlumatı, təkbaşına çox sayda insana çatdıra bilər.

Mənfi cəhətləri

[redaktə | mənbəni redaktə et]
  • Əlaqənin olmaması,
  • mühazirə məzmununun mürəkkəblik səviyyəsinin orta hesablanması,
  • müxtəlif dərəcədə dinləyicilərin mühazirələrə daxil olma imkanı.
  1. Mühazirə // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.