Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Car Baləkən camaatlığı
Car-Balakən camaatlığı — Azərbaycanın şimal-qərbində qan qohumluğuna əsaslanan sosial-siyasi qurum. == Quruluşu == XVII–XIX əsrlərdə şimal-qərbi Azərbaycanda mövcud olan dövlət təsisatlarından biri Car-Balakən camaatlığı idi. ""Camaat" ərəb sözü olub ayrıca icmanı bildirir. Şimal-qərb və qərbdən Kaxetiya, cənubdan Şirək düzü, şərqdən Şəki xanlığı ilə həmsərhəd olan bu feodal təsisatı əsasən Alazanın aşağı axarında yerləşirdi. Ərazinin tərkibinə Baş Qafqaz silsiləsinin şimal yamacında yerləşən torpaqlar da daxil idi. Getdikcə nüfuzlu hərbi siyasi birləşməyə çevrilən Car-Balakən icması Qafqazda cərəyan edən hadisələrə mühüm, bəzən də həlledici təsir göstərirdi. Tarixşünaslıqda Car etnonimi müxtəlif baxımdan izah olunmuşdur. Şopen Car-Balakən etnonimini bu cür izah edir: "Bu söz Car-Pilləkəndir və mənası yol, pilləkən deməkdir. Car-türk sözü olub yol deməkdir. Məhz bu ərazidən Alan qapılarına gedən yol başlanır" Qədim Azərbaycan torpaqlarında yaranan Car-Balakən camaatları özündə altı camaatı-Car, Balakən, Tala, Katex, Muxax və Cınıxı birləşdirirdi.
Malcəhət
Malcəhət – orta əsrlərdə Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda torpaqdan istifadə edən kəndlilərdən məhsulla (buğda, arpa, düyü, pambıq və i.a.) alınan feodal rentası. Malcəhət XV yüzillikdən "xərac" terminini əvəz etmişdir. Malcəhətin miqdarı ayrı-ayrı dövrlərdə müxtəlif həcmdə (adətən, məhsulun 1/10 – 1/3 hissəsi) olmuşdur. Xanlıqlar dövründə bəhrə, dəhyek və i.a. adlarda toplanırdı.
Robert Sanderson Malliken
Robert Sanderson Malliken - (7 iyun 1896[…], Nyuberiport[d], Massaçusets – 31 oktyabr 1986[…], Arlinqton dairəsi, Virciniya) — amerikalı fizik və kimyaçı, professor, kimya üzrə Nobel mükafatı laureatı (1966 il). ABŞ Milli Elmlər Akademiyasının üzvü (1936il), London Kral Cəmiyyətinin xarici üzvü (1967 il). == Erkən həyatı == Massaçusets Texnologiya İnstitutunun üzvi kimya professoru Samuel Parsons Malliken və Catherine (Vilmart) Mallikenin ailəsində anadan olub. O, uşaqlıqdan elmə, o cümlədən atomun quruluşuna dair suallara maraq göstərməyə başladı. O, üzvi birləşmələrin nomenklaturasına dair dörd cildlik əsərinin redaktə edilməsində atasına kömək etmiş və bununla da bu məsələdə geniş biliklər əldə etmişdir. == Təhsilı == O, 1913-cü ildə Nyuberiport Liseyini bitirdi və təhsil almaq üçün təqaüd qazanaraq Massaçusets Texnologiya İnstitutuna daxil oldu. Kimya üzrə ixtisaslaşmışdır. Hələ tələbə ikən o, üzvi xloridlərin sintezinə dair ilk elmi əsərini nəşr etdirmişdir. İnstitutda oxuyarkən R.Malliken elmi karyera seçəcəyinə hələ əmin deyildi, buna görə də kimya texnologiyasını öyrəndi və hətta Massaçusets və Men ştatlarında kimya zavodlarına getdi. 1917-ci ildə kimya üzrə bakalavr dərəcəsi almışdır.