Robert Sanderson Malliken - (7 iyun 1896[1][2][…], Nyuberiport[d], Massaçusets[6][4] – 31 oktyabr 1986[3][1][…], Arlinqton dairəsi, Virciniya) [7][8] — amerikalı fizik və kimyaçı, professor, kimya üzrə Nobel mükafatı laureatı (1966 il). ABŞ Milli Elmlər Akademiyasının üzvü (1936il)[9], London Kral Cəmiyyətinin xarici üzvü (1967 il)[10].
Robert Sanderson Malliken | |
---|---|
ing. Robert Sanderson Mulliken | |
Doğum tarixi | 7 iyun 1896[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 31 oktyabr 1986[3][1][…] (90 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Elm sahələri | fiziki kimya, üzvi kimya, nəzəri kimya[d] |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Massaçusets Texnologiya İnstitutunun üzvi kimya professoru Samuel Parsons Malliken və Catherine (Vilmart) Mallikenin ailəsində anadan olub. O, uşaqlıqdan elmə, o cümlədən atomun quruluşuna dair suallara maraq göstərməyə başladı. O, üzvi birləşmələrin nomenklaturasına dair dörd cildlik əsərinin redaktə edilməsində atasına kömək etmiş və bununla da bu məsələdə geniş biliklər əldə etmişdir.
O, 1913-cü ildə Nyuberiport Liseyini bitirdi və təhsil almaq üçün təqaüd qazanaraq Massaçusets Texnologiya İnstitutuna daxil oldu. Kimya üzrə ixtisaslaşmışdır. Hələ tələbə ikən o, üzvi xloridlərin sintezinə dair ilk elmi əsərini nəşr etdirmişdir. İnstitutda oxuyarkən R.Malliken elmi karyera seçəcəyinə hələ əmin deyildi, buna görə də kimya texnologiyasını öyrəndi və hətta Massaçusets və Men ştatlarında kimya zavodlarına getdi. 1917-ci ildə kimya üzrə bakalavr dərəcəsi almışdır.
Birinci Dünya Müharibəsi illərində o, Vaşinqtonda Amerika Universitetində doqquz ay işləmiş, Ceyms Konantın rəhbərliyi altında zəhərli qazların sintezini öyrənmiş, sonra orduya çağırılmış, kimyəvi müdafiə qoşunlarında xidmət etmiş, lakin xidməti dövründə o, eyni mövzunu öyrənmişdir. Xidmətdən sonra o, sinkin rezin üzərində təsirini öyrənərək Nyu Cersi Sink Şirkətində işlədi, lakin tez başa düşdü ki, bu, onu maraqlandıran kimya sahəsi deyil. Buna görə də 1919-cu ildə Çikaqo Universitetində kimya üzrə aspiranturaya daxil olur.
1921-ci ildə R.Malliken fraksiya distillə yolu ilə civə izotoplarının ayrılması haqqında dissertasiya işi ilə fiziki kimya üzrə doktorluq dərəcəsi aldı.[11] Çikaqo Universitetində o, həm də fizika kurslarına gedərək kvant nəzəriyyəsi haqqında geniş anlayış alaraq bu elmə maraq qazandı. [12] Bu müddət ərzində Malliken Dövlət Tədqiqat Şurasından təqaüd aldı ki, buda, R.Mallikenə izotopların davranışını öyrənməyi davam etməyə imkan verdi. Tədqiqatları zamanı o, izotopların bor nitridi kimi diatomik molekulların xətt spektrlərinə təsiri (molekulların B10 və B11 izotopları ilə müqayisəsi) ilə maraqlandı. 1923-cü ildə təqaüd daha iki il uzadıldı. R.Malliken Frederik Sandersdən spektroskopiya üsullarını öyrənmək üçün Harvard Universitetinə getdi. Bu zamanlar orada R.Mallikenin dəfələrlə ünsiyyətdə olduğu Robert Oppenheimer və başqaları kimi bir çox elm korifeyləri işləyirdi. 1925-ci ildə fizika və spektroskopiya sahəsində biliklərini genişləndirmək üçün Avropaya getdi. O, böyük alimlərlə, gələcək Nobel mükafatı laureatları: Ervin Şredinger, Pol Dirak, Verner Heyzenberg, Lui de Broyl, Maks Born, Valter Bote ilə birgə çalışıb. 1926-cı ildə Nyu York Universitetinin Vaşinqton Meydan Kollecində fizika üzrə dosent kimi ABŞ-a qayıtdı. 1927-ci ildə Malliken yenidən Avropaya qayıtdı. Bu zaman Ervin Şredinger, Maks Born və Verner Heyzenberg kvant nəzəriyyəsi ilə bağlı ətraflı riyazi hesablamalar dərc etmişdilər. Onların tərkibində atomlardakı elektronların davranışını təsvir etmək üçün istifadə edilə bilən düsturlar var idi. Lakin molekulların elektron quruluşunu təhlil etmək çox çətin idi. Almaniyanın Göttingen Universitetində Fridrix Hund (o zaman Malliken kimi o da iki atomlu molekulların xətt spektrlərini öyrənirdi) ilə işləyən Malliken molekulun elektron quruluşunu və kimyəvi elementi təsvir etmək üçün yeni, daha dəqiq bir üsul molekuldakı bağlar - molekulyar orbitallar üsulu hazırladı. R.Malliken mürəkkəb molekulların analizində özünün molekulyar kimyəvi bağların əmələ gəlməsi modelinin üstünlüyünü sübut edə bilmiş, həmçinin bir çox birləşmələr üçün orbitalların formasını və nisbi enerjilərini müəyyən etmişdir. Bu üsul sonralar Hund-Malliken nəzəriyyəsi adlandırıldı. 1926-1928-ci illərdə R.Malliken Nyu-York Universitetinin fizika fakültəsində dərs dedi; 1928-ci ildə Çikaqo Universitetinə qayıtdı, orada fizika üzrə dosent, 1931-ci ildə isə tam professor adını aldı. R.Malliken fizika və kimyanın kəsişməsində işləyirdi və Çikaqo Universitetində həm fizika, həm də kimya fakültələrində vəzifələr tutdu. Həm Nyu Yorkda, həm də Çikaqoda Malliken molekulyar orbital metodu inkişaf etdirməyə davam etdi. O vaxta qədər molekulun elektron quruluşunu təsvir etməli olan valentlik əlaqə metodu artıq işlənib hazırlanmışdı. Bununla belə, molekulyar orbital üsul daha tam, eksperimental məlumatlara daha uyğun və daha çevik olduğu ortaya çıxdı. 1934-cü ildə R.Malliken yeni elektronmənfilik şkalası (Malliken şkalası) təklif etdi ki, bu şkala bəzi cəhətlərinə görə Poling şkalasından fərqlənir, lakin onunla sıx bağlıdır. 1936-cı ildə o, Amerika Milli Elmlər Akademiyasının ən gənc üzvü oldu. İkinci Dünya Müharibəsi zamanı, 1942-ci ildən 1945-ci ilə qədər R.Malliken Çikaqo Universitetində plutonium layihəsi üzrə təhsil informasiya işinin direktoru, 1955-ci ildə isə ABŞ-ın Londondakı səfirliyində elm attaşesi vəzifəsində çalışıb. 1952-ci ildə o, Lyuis turşuları və əsasları arasındakı reaksiyalara kvant mexanikasının tətbiqi üzrə tədqiqatlara başladı və 1957-1961-ci illərdə Çikaqo Universitetində fəxri professor oldu. 1966-cı ildə R.Malliken "Molekulyar orbital metodu ilə kimyəvi rabitələr və molekulların elektron quruluşu ilə bağlı fundamental tədqiqatlarına görə" kimya üzrə Nobel mükafatına layiq görüldü. Çikaqo Universitetindəki işindən əlavə olaraq, Malliken geniş mühazirələr oxuyurdu. 1960-cı ildə Kornell Universitetində, 1965-ci ildə Yel Universitetində mühazirələr oxuyub. Sonra, 1965-ci ildə R.Malliken Amsterdam Universitetində dəvətli professor idi. 1961-ci ildə rəsmi təqaüdə çıxdıqdan sonra o, Çikaqo Universitetində fizika və kimya üzrə fəxri professor kimi işləməyə davam edərək diatomik molekullardan mürəkkəb komplekslərə qədər geniş spektrli birləşmələrin molekulyar quruluşunu və spektrlərini öyrənmişdir. 1965-ci ildən 1971-ci ilə qədər R.Malliken qış aylarında Florida Dövlət Universitetində kimyəvi fizika üzrə fəxri professor kimi də çalışıb. Şəxsi həyatı 1929-cu ildə R.Malliken, ABŞ-a mühacirət edərək Çikaqo Universitetində dərs deyən avstriyalı geoloqun qızı Meri Helen ilə evləndi. Cütlüyün iki qızı var idi. R.Mallikeni təvazökar, mülayim xasiyyətli bir insan kimi təsvir edirdilər. O, botanikadan geniş biliyə malik idi, avtomobili həvəslə sürür, şərq xalçalarını sevir, sənətə həvəs göstərirdi.
R.Malliken 31 oktyabr 1986-cı ildə [14] [15](90 yaşında) qızının Arlinqtondakı evində ürək çatışmazlığından öldü. Çikaqoda dəfn olunub.