Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Andriake
Andriake - Türkiyə Respublikası Antalya əyaləti Demre rayonunda yerləşən, rayon mərkəzindən 5 km məsafədə olan antik Likiya şəhəri. Likiyanın ən əhəmiyyətli dəniz limanlarından sayılan Andriake şəhəri müasir Çayağzı olaraq bilinir == Tarixi == Andriake şəhəri Myranın limanı olduğu və onların saldığı bir yaşayış məntəqəsi olduğu ehtimal edilir. E.ə. II əsrdə Andriakos çayının sahilində Andriake adlı şəhərin olduğu və E.ə. 197-ci ildə Selevkilər imperiyasının hökmdarı III Antioxun Antioxiya şəhərindən çıxaraq Ptolemeylərin əlində olan torpaqları işğal edə-edə Andriake şəhərinə gəldiyi bilinir.
Bulbophyllum manarae
Bulbophyllum manarae (lat. Bulbophyllum manarae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Edvard Andrade
Edvard Andrade (27 dekabr 1887, London – 6 iyun 1971) – İngilis fizik. == Həyatı == London Kral Cəmiyyətinin üzvü (1935). London Universitetini bitirmişdir (1907). Vulviç Artilleriya Kollecinin (1920– 28) və London Universitetinin (1928–50) professoru, Kral Universitetinin və Devi-Faradey laboratoriyasının direktoru (1950–52) olmuşdur. == Fəaliyyəti == Elmi işləri mayelər fizikasına, metallar fizikasına, spektro skopiyaya, atom fizikasına, akustikaya, fizika tarixinə aiddir. Mayenin özlüklüyünün temperaturdan asılılıq düsturunu almış və ərimə nöqtəsində mayenin özlüklüyünün atom çəkisinin, sıxlığın və temperaturun funksiyası olduğunu göstərən düstur vermişdir. Metalların sürüncəkliyini tədqiq edərək sürüncəklik qanununu irəli sürmüşdür. Metalların monokristallarını almaq üsulunu tapmışdır. Metalların səthinin vəziyyətinin onların xassələrinə təsirini sübut etmişdir. 1914-cü ildə E.Rezerfordla birlikdə izotopların rentgen spektrlərinin eyni olduğunu isbat etmiş və bununla da elementin izotoplarının sıra nömrələrinin eyni olduğunu təsdiqləmişdir.
Leandro Andrade
Leandro Livramento Andrade (24 sentyabr 1999, Tavira[d]) — Kabo-Verdeli peşəkar futbolçusu. Azərbaycan Premyer Liqasında çıxış edən Ağdamın "Qarabağ" klubunun və Kabo-Verde milli futbol komandasının vingeri. O, Portuqaliyada anadan olmuş, sonradan Kabo-Verdi millisinin şərəfini qorumuşdur. == Karyera == === Klub === Andrade "Olyanense"nin gənclər akademiyasında üç il çıxış etmiş, 2018-ci ildə əsas komandaya yüksəlmişdir. O, növbəti il "Fatima" FK -da çıxış etmiş, 2020-ci ilin iyulunda Bolqarıstanın "Çerno More" komandasına transfer olunmuşdur. Andrade 16 avqust 2020-ci ildə Bolqarıstan Birinci Liqasında, "Etar Veliko Tarnovo" səfərində 4:0 hesablı qələbədə əvəzedici kimi debüt etmişdir. Andrade 13 yanvar 2022-ci ildə "Qarabağ" FK-na transfer edilmişdir. O, klub ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlamışdır. === Beynəlxalq === Portuqaliyada anadan olan Andrade Kabo-Verde mənşəlidir. O, 2022-ci ilin martında bir sıra yoldaşlıq oyunlarında çıxış etməsi üçün Kabo-Verde millisinə dəvət olunmuşdur.
Patrik Andrade
Patrik Andrade (Erickson Patrick Correia Andrade) — Kabo-Verdeli peşəkar futbolçu. Ağdamın "Qarabağ" futbol klubunun və Kabo-Verde millisinin yarımüdafiəçisi. == Karyera == Futbolçu karyerasına, 2009-cu ildə Kabo-Verdenin "Sportinq Praia" klubunda başlayır. 2013-cu ildə futbolçu Avropaya gələrək Portuqaliyanın "Riberio" klubu ilə müqavilə bağlayır. Daha sonra, 14 iyul 2014-cu ildə Portuqaliyanın birinci liqasında yarışan "Moreirense" klubuna keçir. 14 yanvar 2015-ci ildə "Nasional" klubuna qarşı oyunda yeni komandasında debüt edir. Portuqaliyada 5 illik futbol karyerasından sonra, 2018-ci ildə Portuqaliyanı tərk edərək Bolqarıstana gedir. 26 iyun 2018-ci ildə Bolqarıstanın "Çernoe More" klubu ilə mqavilə bağlayır. Yeni klubunun heyətində 30 iyul 2018-ci ildə "Levski Sofiya" ilə oyunda dübüt edir. 28 avqust 2020-ci ildə 150 min avro qarşılığında, Azərbaycanın ən güclu klubu və son 6 ilin çempionu olan "Qarabağ" klubuna transfer olunur.