Andriake - Türkiyə Respublikası Antalya əyaləti Demre rayonunda yerləşən, rayon mərkəzindən 5 km məsafədə olan antik Likiya şəhəri. Likiyanın ən əhəmiyyətli dəniz limanlarından sayılan Andriake şəhəri müasir Çayağzı olaraq bilinir
Andriake şəhəri Myranın limanı olduğu və onların saldığı bir yaşayış məntəqəsi olduğu ehtimal edilir. E.ə. II əsrdə Andriakos çayının sahilində Andriake adlı şəhərin olduğu və E.ə. 197-ci ildə Selevkilər imperiyasının hökmdarı III Antioxun Antioxiya şəhərindən çıxaraq Ptolemeylərin əlində olan torpaqları işğal edə-edə Andriake şəhərinə gəldiyi bilinir.[1][2][3][4]
Şəhər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |