Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəskin olmayan maskalama
Kəskin olmayan maskalama –( eng.unsharp masking ) tonal keçidlərin kontrastlığını gücləndirmək hesabına böyük kəskinliyə nail olmaq üçün fotoqrafik görüntünün işlənməsi üsulu. Peşəkar iş üçün nəzərdə tutulmuş proqram məhsullarının əksəriyyətində bu texnika gerçəkləşdirilib. Bu üsuldan lentli fotoqrafiyada da istifadə olunurdu. Ancaq XX əsrin başlanğıcında böyük zəhmət tələb edən bu işin nəticəsi, görüntülərin emalının müasir üsullarından istifadənin nəticələri ilə müqayisə oluna bilməz. Doğrusu, kəskin olmayan maskalama görüntünün kəskinlik dərəcəsini yüksəltmir. O, görüntünün yaradılması prosesinin müxtəlif mərhələlərində (çəkiliş, darama, ölçünün dəyişdirilməsi, poliqrafik canlandırma) itirilmiş detalları bərpa etmir. Kəskin olmayan maskalama görüntünün elə hissələrində lokal kontrastlığı gücləndirir ki, həmin hissələrdə əvvəldən rəngin dərəcələrinin kəskin dəyişiklikləri var idi. Bunun nəticəsində görüntü vizual olaraq daha kəskin qəbul olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ekstrakorporal mayalanma
== İn vitro (orqanizmdən kənar İVF) mayalandırma == İn vitro (İVF) mayalandırma dedikdə yumurtahüceyrələrin orqanizmdən kənarda mayalandırılması nəzərdə tutulur. Əvvələr mayalandırma sınaq şüşələrində aparılırdı, indi isə, Petri kasalarında aparılır. Spermanın keyfiyyətindən asılı olaraq mayalandırma ənənəvi İVF üsulu ilə və ya mikromayalındarmanın köməyi (İKSİ) ilə aparılır. Hər iki halda qadın hormonal hazırlıq keçməlidir. İn vitro mayalandırma sonsuzluğun müalicəsinin effektif üsuludur. Hormonal müalicə və ya stimulyasiya Müalicəyə başlamaq qərarı verildikdən sonra Sizin üçün stimulyasiya planı hazırlanır. Follikulların stimulyasiyası hormonal müalicədir. Bu müalicənin köməyi ilə bir menstrual tsikl müddətində yumurtalıqlarda bir neçə follikul və yumurtahüceyrə inkişaf edir. Müasir hormonal preparatlardan istifadə etmək çox asandır. Bunlar gündəlik olaraq inyeksiyalar şəklində qarın ya bud nahiyəsində dəri altına yeridilən hazır məhlullardır.
Süni mayalanma

Respublika Süni Mayalanma Mərkəzi
Respublika Süni Mayalanma Mərkəzi (rus. Республиканский Центр Искусственного Осеменения) — Cənubi Qafqazda analoqu olmayan bir mərkəzdir. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var. == Tarix == Süni mayalanma işinin daha da genişləndirilməsi məqsədi ilə Respublika Süni Mayalama Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə dair əlavə tədbirlər haqqında “ 14 fevral 2006-cı il tarixli 46 nömrəli qərarı ilə yaradılmışdır. Prezident İlham Əliyev Göygöl rayonuna səfəri çərçivəsində Respublika Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib. == Ümumi məlumat == Respublika Süni Mayalanma Mərkəzinin ümumi ərazisi 3,26 hektardır. Ərazidə enerji təchizatı obyektləri, su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar tikilib. Üçmərtəbəli inzibati-laboratoriya binasının ümumi sahəsi 2320 kvadratmetrdir. Laboratoriyada Fransanın bu sahədə aparıcı şirkətinin istehsal etdiyi ən müasir avadanlıq quraşdırılıb. Bundan başqa, bu avadanlıqla işləmək üçün laboratoriya heyətinə təlimlər də keçirilib.