Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İn vitro (İVF) mayalandırma dedikdə yumurtahüceyrələrin orqanizmdən kənarda mayalandırılması nəzərdə tutulur. Əvvələr mayalandırma sınaq şüşələrində aparılırdı, indi isə, Petri kasalarında aparılır. Spermanın keyfiyyətindən asılı olaraq mayalandırma ənənəvi İVF üsulu ilə və ya mikromayalındarmanın köməyi (İKSİ) ilə aparılır. Hər iki halda qadın hormonal hazırlıq keçməlidir. İn vitro mayalandırma sonsuzluğun müalicəsinin effektif üsuludur.
Hormonal müalicə və ya stimulyasiya
Müalicəyə başlamaq qərarı verildikdən sonra Sizin üçün stimulyasiya planı hazırlanır. Follikulların stimulyasiyası hormonal müalicədir. Bu müalicənin köməyi ilə bir menstrual tsikl müddətində yumurtalıqlarda bir neçə follikul və yumurtahüceyrə inkişaf edir. Müasir hormonal preparatlardan istifadə etmək çox asandır. Bunlar gündəlik olaraq inyeksiyalar şəklində qarın ya bud nahiyəsində dəri altına yeridilən hazır məhlullardır. Hormonal müalicənin müddəti, stimulyasiya proqramından, müalicə növündən və xəstənin fərdi xüsusiyyətlərindən asılıdır. İVF müalicə zamanı stimulyasiya adətən 10 günədək davam edir və follikuların inkişafı USM-in köməyi ilə nəzarətdə saxlanılır.
Yumurtahüceyrələrin götürülməsi
Yumurtahüceyrələri günün birinci yarısında götürürlər. Bu prosedura axırıncı hormonal inyeksiyadan 34–36 saat sonra aparılır. Həmin vaxt ərzində injeksiya edilmiş İQH yumurtahüceyrəni yetişmiş hala gətirir və follikul mayesinə ifraz edir. Yumurtahüceyrələr follikul mayesinin sorulması yolu ilə yumurtalıqlardan götürülür. Bu əməliyyat ultrasəslə idarə olunan nazik iynəni uşaqlıq boynundan salmaqla həyata keçirilir. Əməliyyat zamanı Sizə güclü ağrıkəsici və sakitləşdirici dərmanlar veriləcəkdir. Adətən bu əməliyyat ağrısızdır. Çox nadir hallarda yumurtahüceyrələr narkoz altında götürülür. Yumurtahüceyrənin götürülməsi, follikuların sayından asılı olaraq 10–20 dəqiqə çəkir.
Yumurtahüceyrələr götürüldükdən sonra tibb bacısı Sizi istirahət otağına aparacaq. Bir və ya daha artıq saat istirahətdən sonra, müalicənin davamı haqqında təlimat alaraq evə gedə bilərsiniz. Sakitləşdirici dərman Sizin reaksiyanızı aşağı sala bilər. Buna görə də sükan arxasında əyləşməyi məsləhət görmürük. Ehtiyac varsa Siz və ya yoldaşınız həmin gün üçün, xəstəliyə görə işdən icazə ala bilərsiniz.
Embrioloq mikroskop vasitəsilə follikul mayesindən yumurtahüceyrələri taparaq, Petri kasasına yığır. Yumurtahüceyrələr xüsusi isti dolabda, orqanizmdəki şəraiti imitasiya edən qidalı mühitdə inkişaf edirlər. Yumurtahüceyrələr ətraf mühitin temperaturunun və turşuluğunun (PH) dəyişməsinə çox həssasdırlar. Ona görə də yumurtahüceyrələrlə iş, qızdırıcılarla təchiz edilmiş xüsusi otaqda, yüksək sürətlə aparılır.
Sperma nümunəsi
Yumurtahüceyrə götürülən zaman və ya bundan sonra kişi mayalanma üçün sperma verir. Bəzən belə vacib gündə, yad mühitdə sperma vermək məcburiyyəti kişidə çaşqınlıq hissi hətta stress yarada bilər. Əgər Siz bu problemlərin yaranacağından qorxursunuzsa, bu haqda həkimlə və ya tibb bacısı ilə danışmağınız yaxşı olar. Sperma nümunəsini evdə vermək imkanı da vardır. Bunun üçün klinikadan steril qab götürməlisiniz və nümunəni götürdükdən sonra yarım saat ərzində klinikaya çatdırmalısınız. Hətta spermanı gələcək müalicə üçün əvvəlcədən dondurmaq da mümkündür. Sonsusluğun müalicəsində birbaşa toxumluqdan götürülmüş və ya donor spermatozoidlərindən istifadə etmək olur.
Mayalandırma
Spermanın miqdar və hərəkətlilik kimi keyfiyyət göstəriciləridən asılı olaraq mayalandırma in vitro (İVF) və ya mikromayalandırma (İCSİ) yolu ilə aparılır. Mayalandırma üçün spermadan normal formaya malik və daha çox hərəkətli spermatozoidlər seçilərək ayrılır. Mayalandırma yumurtahüceyrə götürüldükdən bir necə saat sonra aparılır.
İVF — in vitro (orqanizmdən kənar) mayalandırma
Spermatozoidlərin sayı, hərəkətliliyi və quruluşuna görə sperma normaldırsa və ya normadan az fərqlidirsə mayalanmanı ənənəvi in vitro üsulu ilə aparmaq olar. Bu üsulda təmizlənmiş sperma yumurtahüceyrə olan kasaya əlavə edilir. Spermatozoidlər yumurtahüceyrəyə doğru hərəkət edərək onun səthinə yapışır və beləliklə mayalanma baş verir və nəticədə bir necə embrion mayalandirila bilər
AVA-skandinavia klinikası [1] Arxivləşdirilib 2011-10-11 at the Wayback Machine Tüp Bebek [2]
Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |