Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mişkə (Baltas)
Mişkə (rus. Мишкино, başq. Мишкә) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 326 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 31 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 100 kilometr uzaqlıqdadır.
Mişkə (Uçalı)
Mişkə (başq. Мишкә, rus. Мишкино) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Naurız kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 65 km, kənd sovetliyindən (Naurız): 5 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 75 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.
Hatsune Miku
Hatsune Miku (初音ミク) – Cyrpton Future Media tərəfindən istehsal olunmuş vokaloid proqramı və onun rəsmi moe, 16 yaşlı qız personajı. == İstehsal == Hatsune Miku 31 avqust 2007-ci ildə Crypton Future Media şirkəti tərəfindən istehsal olunub. Onun səsinin sintezi üçün qadın müğənninin rəqəmsallaşdırılmış səsi ilə yanaşı Yamaha Corporation şirkətinə məxsus olan Vocaloid proqramından istifadə olunur. Vizual obrazı isə yaponiyalı illüstrator Kei Qaro tərəfindən hazırlanıb. Hatsune Mikunun səsinin əsası üçün yapon seyyusu Saki Fucitanın səsi seçilib. Mikunun oxuduğu mahnılar, əsasən J-pop və Dans-pop Lakin bəzən J-Rock və digər üslublara da rast gəlmək olar. Saçının rəngi adətən firuzəyi və ya akvamarin rəngində olur və çox vaxt əlində uzun yaşıl soğan tutur. Rəsmi məlumatlara görə, Hatsune Mikunun 16 yaşı var və onun boyu 158 sm, çəkisi isə 42 kq-dır. 2 iyul 2009-cu il tarixində Hatsune Mikunun ilk videooyunu "Hatsune Miku: Project DIVA" Playstation Portable platforması üçün buraxılmışdır. Oyun qeyri-adi "Rhytm-game" üslubunda hazırlanıb.
Miskal
Misqal və ya miskal (ərəb. مثقال‎‎) — ölçü vahidi. == Ümumi məlumat == Misqal məişətdə çox az işlənsə də, hamıya tanış olan çəki vahidlərindən biridir. Təxminən 4,26 q-a bərabərdir. Bu gün zərgərlik və boyaqçılıq işlərində istifadə olunur. Misqal haqqında müxtəlif ədəbiyyatlarda verilən bilgilər eyni deyildir. Onun ayrı-ayrı ədəbiyyatlarda 4,4 q (4,464 q) olduğu göstərilir. IX-XII əsrlərdə misqal 4,25 q olmuşdur ki, bu da onun indiki ölçüsünə uyğun gəlir. Misqal Azərbaycan folklorunda və yazılı ədəbiyyatında bir şeyin azlığını bildirmək üçün işlənmişdir: "De görüm, nə qədər ət istəyirsən? Bir çetvert, ya altı misqal?" Və yaxud, "dərd xalvarla gəlir, misqalla çıxır".
Mışkin
Mışkin — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir
Miskin Abdal
Miskin Abdal (1430, Zərgərli – 1535, Zərgərli, Çuxursəəd) — Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Ricalül-Qeyb" ("Qeyb Ərəni"), böyük Övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (Haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Ocaq-Pir sahibi. == Həyatı == Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub. Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər. Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı - ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir. Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nigahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur.
Miskin Qələm
Miskin Qələm (ing. Mishkín-Qalam) - XIX əsrdə yaşamış məşhur kalliqrafiya ustası və rəssam. Miskin Qələm eyni zamanda bəhai dinin qəbul edərək dinin əsas təbliğatçılarından birinə çevirilmişdir. Bəhai dinində Bəhaullahın 19 həvarisindən biri hesab olunur. Miskin Qələm dünyada ən geniş yayılmış bəhai simvollarından olan ismí al-a'zamın (azərb. ən uca ad‎) kalliqrafik müəllifi kimi tanınır. Miskin Qələm 1826-cı ildə Şiraz şəhərində anadan olmuşdur. Bəhailik dinin yayılmasını xəbərini alanda İsfahan şəhərində yaşayırdı. Bir necə il sonra Bağdad şəhərinə gedərək burada digər bir bəhai həvarisi Nəbili-Əzəm ilə görüşmüş və dinin təməl prinsipləri ilə daha ətraflı tanış olmaq imkanı əldə etmişdir. Miskin Qələmin Ədirnə şəhərinə gedərək burada Bəhaullah ilə də görüşdüyü məlumdur.
Miskin Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. == Həyatı == Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib. Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s.
Misuzu Kaneko
Misuzu Kaneko (金子 みすゞ, Kaneko Misuzu, 11 aprel 1903, Naqato[d], Yamaquçi prefekturası – 10 mart 1930, Yaponiya) və ya doğum adı ilə Teru Kaneko (金子 テル, Kaneko Teru) – Yaponiya şairi. Uşaqlar üçün yazdığı şeirlərilə tanınır. == İlk illəri == Teru Kaneko 11 aprel 1903-cü ildə Yamaquçi prefekturasında yerləşən və əsas məşğuliyyəti balıqçılıq olan Senzaki kəndində doğulmuşdur. O, Şonosuke Kaneko və həyat yoldaşı Miçinin ən böyük qızı idi. Ailənin digər üzvlərinə ondan iki yaş böyük olan qardaşı Kensuke və nənəsi Ume daxil idi. İki il sonra digər qardaşı Masasuke doğulmuşdur. Atasının 1906-cı ildəki ölümündən sonra Miçinin bacısı Fuci Şimonosekidə yerləşən "Ueyama Buneydo" adlı kitab mağazasını işlədən Ueyama ailəsinə gəlin köçmüşdür. Onların dəstəyi ilə Kaneko ailəsi də kitab satışı ilə məşğul olmağa başlamışdır. 1907-ci ildə Masasuke Ueyama ailəsi tərəfindən varis kimi övladlığa götürülmüşdür. Kaneko 1916-cı ildə Setozaki ibtidai məktəbini bitirdikdən sonra Otsu qızlar liseyinə daxil olmuşdur.
Müşklü kenquru siçovullar
Müşklü kenquru siçovullar (lat. Hypsiprymnodontidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Məhəmməd Cəfər Miskin
Məhəmməd Cəfər Miskin (XIX əsr, Şəmkir) — XIX əsr Azərbaycan şairi və satirikçisi. == Fəaliyyəti == Məhəmməd Cəfər Miskin Şəmkirdən idi. O, lirik şeirlərlə yanaşı, zadəganları, bəyləri və şah idarəçilərini ifşa etdiyi satirik əsərlər də yazmışdır. Miskin kəndlilərə vurduqları zərəri təsvir edərək rüşvətxor çar məmurlarını qınayırdı. Şair dini xarakterli müqayisələrdən də istifadə etmiş, burada məmurları İmam Hüseynin qatilinə bənzətmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ф. С. Касимзаде. Очерки по истории азербайджанской литературы XIX века. Баку: Азернешр. 1962.