Bu məqaləni vikiləşdirmək lazımdır. |
Miskin Abdal (1430, Zərgərli – 1535, Zərgərli, Çuxursəəd) — Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Ricalül-Qeyb" ("Qeyb Ərəni"), böyük Övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (Haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Ocaq-Pir sahibi.[1][2]
Miskin Abdal | |
---|---|
Hüseyn Məhəmməd oğlu | |
Doğum tarixi | 1430 |
Doğum yeri | |
Vəfat tarixi | 1535 |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşları | Sənubər, Həlimə |
Uşaqları | Şadman, Əli, Həsən, Məleykə |
Atası | Məhəmməd Cəfər oğlu |
Anası | Növrəstə |
Fəaliyyəti | şair |
Miskin Abdal Vikimənbədə |
Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub.[3]
Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər.
Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı — ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir.
Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nikahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur. Əli və Həsən adlı oğulları Dağıstan dağlarında baş vermiş faciədə həlak olmuşlar.
Bir əsrlik ömrü saraylarda, səfərlərdə, həyatın ağrılı-acılı yollarında keçən Miskin Abdal əsrlərdən keçə-keçə rəvayətlərə, əsatirlərə büründü.
Miskin Abdalın həyat və fəaliyyəti ilə bağlı sağlığında və ya vəfatından sonra aşıqlar tərəfindən "Miskin Abdal və Sənubər" və "Miskin Abdal və Şah İsmayıl" dastanları yaradılmışdır. Həmçinin, Miskin Abdalın özü tərəfindən Şeyx Heydər övladlarının acı taleyinə həsr olunmuş "Aslan şah və İbrahim" dastanı və "Yetim Hüseyn" dastanı yaradılmışdır.
"Miskin Abdal və Sənubər" dastanı şairin ömür yolundan bəhs edən məhəbbət dastanıdır. Dastanın ruhundan aydın duyulur ki, Miskin Abdal dünyasını dəyişəndən sonra bu dastan onun xalq arasında dolaşan şeirləri əsasında yaranmışdır.
"Şah İsmayıl və Miskin Abdal" dastanı isə öz ideya-bədii xüsusiyyətlərinə görə məhəbbət və qəhrəmanlıq dastanlarından fərqlənir. Bu dastanın süjetində real tarixi hadisələr dayanır.
"Aslan şah və İbrahim", eləcə də "Yetim Hüseyn" dastanları isə Göyçənin saz-söz ustadlarının söylədiklərinə görə Miskin Abdal tərəfindən yaradılmışdır.
Miskin Abdal öz dövründə "Abdal" ilə yanaşı "Pir", "Ata", Şeyx" kimi sufi titullarını da daşımışdır.
1524-cü ilə qədər Təbrizdə sarayda müxtəlif yüksək dövlət vəzifələrində çalışmış Miskin Abdal Şah İsmayılın vaxtsız vəfatı ilə əlaqədar bərk sarsılır və saraydan birdəfəlik üz döndərib, doğma Göyçəsinə qayıdır, orada ilk məktəb açıb, maarifçilik işləri ilə məşğul olur. Onun Zərgərlidə (Sarıyaqubda) açdığı ilk məktəb Göyçənin elm, irfan, sənət dünyasında mühüm rol oynayır. 1535-ci ildə Göyçə mahalının Sarıyaqub kəndində 105 yaşında vəfat edir və doğma kəndində dəfn olunur. Onun yaşadığı ev, uyuduğu məzar müqəddəs ocaq kimi uzun əsrlər ziyarət edilir.
Onun şəcərəsini yeganə oğlu Şadmanın ("ŞADMANLI" tayfası) və qızı Məleykənin ("OCAQLI" tayfası) nəslinin nümayəndələri davam etdirir.
Miskin Abdalın yeganə oğlu Şadmanın nəslinin tanınmış nümayəndəsi, Göyçə mahalının Basarkeçər rayonunun Sarıyaqub kəndindən olan pedaqoq, jurnalist, şair, publisist, folklorşünas-tədqiqatçı alim Tofiq Hüseynzadədir (1946–2006). Tofiq Hüseynzadə ulu babası Miskin Abdal haqqında 2005-ci ildə "Səfəvilərin böyük övliyası — Miskin Abdal" kitabını nəşr etdirmişdir. 13.11.2006-cı ildə onun vəfatından sonra, 2017-ci ildə "Aşıq deyişmələrinin poetikası" dissertasiya işi monoqrafiya qismində nəşr olunmuşdur. 2018-ci ildə T. Hüseynzadənin "Xəyal cığırı" adlı 3 cildlik kitabı nəşr olunmuşdur. Bu kitaba onun 750-dən çox şeiri, hekayələri, hikmətli kəlamları, habelə, Sufizmin ən yüksək pillə və məqamlarını simvolizə edən "Miskin" və "Abdal" sufi-təsəvvüf anlayışlarının ədəbiyyatımızda ilk dəfə elmi əsaslandırılmış izahına həsr edilmiş, doktorluq dissertasiyası səviyyəsində yazdığı "Miskin Abdal — Qeyb Ərəni, Təsəvvüf Piri" elmi-tədqiqat əsəri daxil edilmişdir. Həmin əsər 2018-ci ildə ayrıca kitab şəklində yenidən nəşr olunmuşdur.
Tofiq Hüseynzadənin oğlu Avropa Uroloqlar Assosasiyasının üzvü, tanınmış uroloq, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müəllimi, dosent Rafiq Hüseynzadədir.
Gədəbəydə "Miskin Abdal" ədəbi məclisi yaradılmışdır.[4]
Tarixdə "Miskin Abdal" kimi məşhurlaşan, əsl adı Seyid Hüseyn Məhəmməd oğlu olan bu görkəmli şəxsiyyət təxminən 1430-cu ildə qədim Oğuz yurdu – Qərbi Azərbaycanın Göyçə mahalının Zərgərli (Sarıyaqub) kəndində doğulmuş, boya-başa çatmışdır. Uşaq yaşlarından ərəb və fars dillərinə mükəmməl yiyələnmiş, "Quran"ı, dini və dünyəvi elmləri mənimsəmiş, cəng qaydalarını öyrənməklə igid döyüşçü kimi yetişmişdir.
Atası Məhəmməd Cəfər oğlu onu uşaq yaşlarından Göyçəli Ozan Heydərin tələbəsi olmuş Ozan İbrahimin yanına şəyird kimi qoymuş, gənc Hüseyn ustadından qopuz çalmağı və ozan sənətinin sirrlərini öyrənmiş, gənc yaşlarından Göyçə və ətraf bölgələrdə böyük ad-san qazanmışdır.
Hüseynin ulu babası, XIII əsrdə yaşamış Yaqub ilə Şah İsmayılın ulu babası Səfiəddin arasında sarsılmaz dostluq, silahdaşlıq olmuş, Yaqub və onun nəsil davamçıları Səfiəddin tərəfindən əsası qoyulmuş sufi cərəyanı olan "Səfəviyyə" təriqətinin Göyçə və ətraf bölgələrdə yayılması ilə məşğul olmuş, bu cərəyanın tanınmış nümayəndələri olmuşlar.
Bu məqsədlə Göyçədə Hüseynin babaları tərəfindən fəlsəfi məktəb sayılan sufi (dərviş) camiəsi – icması olan "Təkyə" yaradılmış, burada çoxsaylı sufi müridləri, tələbələri yetişmiş və ətraf bölgələrə missioner olaraq göndərilmişlər.
Miskin Abdal bir neçə şeirində "Seyid", həmçinin "Ocaqzadə" (yəni, İmam Əlinin oğlu Hüseynin nəslindən) olduğunu vurğulayır: "Seyid Miskin Abdal mənəm, söz mənim, meydan mənim", yaxud "Ocaqzadə bir təb əhli nökərəm" və sair.
O, həmçinin şeirlərində "Qırxlar Piri özü verib dərsimi ümman mənim", yaxud "Qırxlar Piri özü düzüb ayağıma atəşi" deyə, məhz sufi mürşidlərinin ocağı, təsəvvüf iyerarxiyasının ali Divanı – 40 müqəddəs Abdalın olduğu "Qırxlar piri"ndən (Qırx Abdal Pirindən) dərs aldığını göstərir.
Şah İsmayıl Xətai də şeirlərində
«Qırxlar meydanına vardım,
Gəl bəri, ey can – dedilər;
Salam verdim izzət ilə,
Gir, iştə meydan, – dedilər!" –
deyə, "Qırxlar piri"ndən dərs aldığını bildirir.
Gənc Hüseyn – Miskin Abdal, məhz bu fəlsəfi mühitdə böyümüş, yetkinləşmiş Sufizmin sirrlərinə dərindən yiyələnmiş, Sufizmin şəriət, təriqət, mərifət mərhələlərini keçərək, ən yüksək mərhələsi olan – Həqiqət mərhələsinə çatmış və bu mərhələnin ən ali məqamları sayılan "Miskin" və "Abdal" ordenləri ilə təltif olunmuş, bu iki möhtəşəm adın hər ikisini eyni vaxtda öz adında bütövləşdirmişdi.
"Miskin" anlayışı sufizmdə bütün dünyəvi nemətlərdən imtina edərək, təsəvvüfün "vəhdəti-vücud" nəzəriyyəsinə əsasən, özünü Allah qarşısında "kiçildərək", öz "mən"ini Allahın varlığı qarşısında heçə endirərək, yox edərək, "fənafillah" mərhələsinə yetişməyi, "Allahda ərimə, yox olma" dərəcəsini fəth etməyi, ən yüksək təvazö sahibinə çevrilməni ehtiva edirdi, yəni Allah qarşısında "miskinləşməni" nəzərdə tuturdu.
Məhəmməd Peyğəmbər mötəbər hədislərinin birində "Allahım, məni miskin olaraq yaşat, miskin olaraq öldür və miskinlər zümrəsi ilə birgə dirilt" deyə bildirmişdir.
Məlumdur ki, böyük sufi mütəfəkkirləri və şairləri də eyni yolçuluğu keçərək bu adlarla mükafatlanmış, çoxsaylı şeirlərində bu adlardan təxəllüs qismində istifadə etmişlər.
Sufizmin nəhəngləri sayılan Xoca Əhməd Yasəvi özünü "Miskin Əhməd", Yunis Əmrə "Miskin Yunis", Şah İsmayıl Xətai "Miskin Xətai" adlandıraraq, bu adlardan onlarca şeirlərində təxəllüs kimi istifadə etmişlər. Həmçinin, Məhəmməd Füzuli özünü "Miskin Füzuli", İmadəddin Nəsimi isə özünü Allahın "Miskin aşiqi" ("Gərçi, bu miskin aşiqi sərpa soyarlar, ağrımaz!") adlandırmış, Mövlanə Cəmaləddin Rumi bu kateqoriyanı Allaha ibadət səviyyəsinin və Ona qovuşmağın ən yüksək məqamı kimi vəsf etmişdir.
"Abdal" anlayışı isə özünü tamamilə Allaha ibadətə həsr edən, Ona təmənnasız qul kimi xidmət edən, Allah tərəfindən hikmət, fəzilət və kəramət (möcüzələr göstərmək qabiliyyəti və sair) verilmiş, sufizmdə "Xızır" (əbədi diri qalmaq) məqamına yetişmiş, seçilmiş nadir şəxslərə, ən böyük sufi mürşidlərinə, övliyalara, müqəddəslərə verilmiş ad, başqa sözlə, Orden idi və bu ada layiq görülən sufi Pir, Şeyx məqamına yetişirdi.
Məhəmməd Peyğəmbərin mötəbər hədislərinin birində deyilir: "Suriya əhalisini lənətləməyin, onların arasında Abdallar vardır! Abdallar Cənnətə çox ibadət etməklə (oruc və namazla) deyil, Allahın rəhməti, nəfslərinin comərdliyi, səxavəti, qəlb təmizliyi, bütün insanlara rəhmət diləmələri səbəbindən girəcəklər!".
İsveçrə şərqşünası Adam Mets 1922-ci ildə nəşr olunmuş "İslam intibahı" əsərində yazır: "IV-X əsrlərin tarixçilərinə və salnaməçilərinə müqəddəslərin xüsusi qrupu kimi yalnız Abdallar məlum olmuşdur!".
Çox maraqlıdır ki, ən qədim Türk ilahi inanc sisteminin nüfuzlu "ruhaniləri" olan kişi Şamanlar da "Avdal, Abdal" adlanırlar.
Həmçinin Şimali Qafqaz, Dağıstan, Altay, Orta Asiya, Qazaxıstan və Sibir xalqlarında İslama qədərki "tanrılar panteonu"nda (çoxallahlılıq dövründə) Abdal "ov tanrısı", "ov heyvanlarının himayədarı", "mübarək, müqəddəs şəxs", mistik, metafizik qüvvəyə, möcüzələr göstərmək qabiliyyətinə (ölü heyvanların sümüklərindən onları diriltməyə, yağış yağdırmağa, xəstələri sağaltmağa, bəlaları aradan qaldırmağa və sair) malik "ilahi varlıq" kimi tanınmışdır, indi də bu mistik dünyagörüş həmin xalqların mifologiyasında yaşamaqdadır.
IV–V əsrlərdə mövcud olmuş böyük "Ağ Hun" dövləti də tarixi mənbələrdə "Abdal dövləti" adlanmışdır. Ən qədim Türk tayfalarından biri kimi Abdallar bu gün də Avrasiyanın, demək olar ki, bütün bölgələrində kompakt halda yaşamaqda davam edirlər. Həmin ölkələrin hamısında, hətta uzaq Norveçdə belə Abdal adı ilə çoxsaylı yer, dağ, yurd yerləri, yaşayış məntəqələri vardır.
Abdallar sufi-təsəvvüf ədəbiyyatında ilahi, mistik, metafizik qüvvəyə malik "Ricalül-Qeyb" ("Qeyb Ərənləri") adlanmaqla xüsusi iyerarxiya təşkil edirlər.
Şah İsmayıl Xətai çoxsaylı şeirlərində məslək yolunu
«Sufiyəm təriqətdə, Həqiqətdə Abdalam»,
yaxud "Mənəm Abdal Xətai Heydər oğlu" deyə vəsf etmişdir.
Xoca Əhməd Yasəvi, Yunis Əmrə, İmadəddin Nəsimi və digər sufi mütəfəkkir şairləri də əsərlərində "Abdal" anlayışının yüksək sufi mahiyyətini layiqincə vəsf etmişlər.
Mövlanə Cəmaləddin Rumi:
"Abdallığın binasını sorarsan,
Allah bir Məhəmməd, Əli Abdaldır;
Həqiqət elminin əslin sorarsan,
Cümlə ululardan ulu Abdaldır"
deyə, Abdallığın Sufizmin ən yüksək Həqiqət mərhələsinin və Həqiqət elminin əsası və zirvəsi olduğunu bəyan etmişdir.
İmadəddin Nəsimi şeirlərində "Biz ki Rum içində Abdal olmuşuz; Bu cahandan fariqül-bal olmuşuz", yaxud "Kim ki bildi nəfsini – Abdal imiş!" deyə bildirmişdir. Yunis Əmrə "Abdal olub, "ya hu" deyə, çağırayım Mövlam səni" deyirdi.
Tarixdə Abdal təxəllüsü daşıyan Pir Sultan Abdal, Abdal Musa, Qayğusuz Abdal, Təslim Abdal və sair kimi sufi şairləri də olmuşdur. Təkcə Türkiyə tarixində Abdal təxəllüsü daşıyan 29 şair olmuşdur. Aşıq Ələsgər də "Ələsgərəm, Abdal ollam, Eşqin girdabında qallam" deyə, Allaha olan eşqini sufiyanə tərzdə çox yüksək tərənnüm etmişdir.
Məşhur Avropalı səyyah Adam Oleari Abdalların "yalnız Səfəvilər ölkəsindən və Əli nəslindən olduqlarını, Abdal adının onlara sufizmin bütün mərhələlərini layiqincə keçdikdən sonra titul kimi verildiyini" bildirmişdir.
Miskin Abdal bəzi şeirlərində bu təxəllüslərdən başqa uzun illər doğma Göyçəsindən ayrı düşməsinin təsirindən "Cüda Miskin", "Qərib Hüseyn", "Qərib Miskin", "Miskin Qul" kimi təxəllüsələrdən də istifadə etmişdir.
Miskin Abdal bütün bu məziyyətləri ilə yanaşı, ulu babalarının türk- şaman ənənələrindən irəli gələn şamançılığın təzahürü olan ozan sənətinə mükəmməl yiyələndikdən sonra, bu sənəti Göyçədə təlim aldığı sufi təriqətinin ideallarına uyğunlaşdırmağa çalışdı. O, tarixdə ilk dəfə olaraq ozan sənətinin sufi-təsəvvüf idealları ilə ideal sintezini həyata keçirərək, Ozanı – Haqq Aşiqinə (Haqq aşığına), yəni Allah Aşiqinə, Allaha qovuşmaq yolunda musiqi vasitəsi olan Qopuzu isə Saza çevirdi və Qopuzu diz üstündən sinə üstünə qaldırdı.
Maraqlıdır ki, sazın və ya qopuzun çalındığı bütün ölkələrdə (türk və digər xalqlarda) bu alət yalnız Azərbaycanda sinə üstündə çalınır, heç bir xalqda olmadığı halda, həmin dövrdə döyüşlərdə at belində çalınırdı, qoşuna sakral enerji bəxş edir, ona qələbə ruhu, əzmi bağışlayırdı (XVII əsrdə Azərbaycanın xalq qəhrəmanı kimi şöhrətlənmiş Koroğluda da belə olmuşdur, Koroğlunun məhz Azərbaycan xalqına mənsubluğunun ən mötəbər dəlillərindən biri də elə bu faktordur) və bu epoxa Miskin Abdalın adı ilə bağlıdır. Sonradan aşiq sözü "aşıq" kimi, Haqq aşiqi isə "Haqq aşığı" sözlərinə transformasiya etdi ki, bu da sufizmin ozan sənəti ilə vəhdəti sayəsində yaranmış, bunun sayəsində ozan sənətinin intibahı gerçəkləşmişdir.
Tarixi mənbələrdən məlumdur ki, Cənubi Azərbaycanda böyük sərkərdə, xalq qəhrəmanı Babək kimi, Şah İsmayıl Xətai də Lahicanda musiqi aləti kimi tənbur çalırdı.
Məhz Miskin Abdalın Göyçədə ozan sənətinin əsasında yaratdığı yeni "Haqq aşiqləri məktəbi"nin məhsulu olan "Saz" aləti ilə Şah İsmayılın sarayına gəlişindən sonra İsmayıl tənburdan imtina edərək, saz çalmağa başladı və saza o qədər bağlanmışdı ki, şeirlərinin birində "Bir saz olub gəldim dilə", digər şeirində isə belə deyirdi:
"Bir gün ələ almaz oldum mən sazım, Ərşə dirək-dirək çıxdı avazım. Dörd şey vardır bir qarındaşa lazım, Bir elm, bir kəlam, bir nəfəs, bir saz".
Miskin Abdal saz aləti ilə yanaşı, bu alətdə ifa edilməli olan yeni sufi musiqi bəstələri – indiki adı ilə çoxsaylı aşıq havacatları da yaratmışdır. Saz qopuzdan fərqli olaraq artıq dizdə deyil, sinədə üzü Allaha sarı və lazım gələrsə, döyüşdə at belində çalınmalı olduğundan bu dəyişikliklər zəruri idi.
Şah İsmayılın sarayında şah və əyanlarının dövlət məclisinin açılışında, indiki dövrdə dövlət himnləri kimi, Miskin Abdalın yaratdığı "Baş divani" saz havası çalınırdı. Həmçinin, Miskin Abdal Osmanlı sultanı ilə diplomatik görüşündə onun şərəfinə "Osmanlı divanisi" saz havasını da yaratmışdı. Bununla bağlı maraqlı tarixi rəvayətlər də vardır. Tədqiqatçılar həmin havacatlardan başqa, Miskin Abdal tərəfindən digər çoxsaylı saz havacatlarının, o cümlədən "Şah qalxdı", "Şahsevəni", "Dərvişi", "Göyçə gözəlləməsi", "Göyçə gülü" və sair havaların yaradıldığını da müəyyən etmişlər.
Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nikahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur.
Tarixi mənbələrə görə, gənc İsmayıl və ailəsi dayıları tərəfindən təqib edilərkən Gilanda onun təlim-tərbiyəsi ilə məşğul olan "Təriqət Qərargahı"na Abdal (Miskin Abdal), Hüseyn Lələ bəy, Xəlifət əl-Xülafa, Dədə və Xədim daxil idilər (V. F. Minorski "Təzkirat əl-mülük"). Onların hər biri İsmayılın sufizmi, dini, dünyəvi elmləri mənimsəməsi, düzgün tərbiyə alması, böyük sərkərdə kimi yetişməsi ilə məşğul idilər. Həmçinin, gənc İsmayılın Gilandan əvvəl Göyçə gölündə yerləşən Ağdamar qalasında Miskin Abdal və atası Məhəmməd tərəfindən təqiblərdən gizlədilməsi və irşad edilməsinə dair qaynaqlar mövcuddur.
1500-cü ildə gənc İsmayıl Bütöv və Böyük Azərbaycan uğrunda müqəddəs yolçuluğa, mübarizəyə başlayarkən mürşidi (lələsi, ustadı) Miskin Abdalın məsləhəti ilə Göyçədə yaşayan "Ərəş" və "Zülqədər" tayfaları da İsmayılın dəstəsinə qoşularaq, o Təbrizdə taxta çıxanadək mübarizənin ön cərgələrində olmuşlar.
Azərbaycanın şimalından zəfərlə qayıdan İsmayıl Miskin Abdalı da özü ilə birgə Təbrizə aparmış, orada şahlıq şərbətini, sufilərin qədim adətlərində olduğu kimi, məhz sufi Şeyxi, Piri olan "Abdal"dan – Miskin Abdalın əlindən alıb içərək taxta əyləşmişdir.
Miskin Abdal bir müddət sarayda müxtəlif yüksək dövlət vəzifələrində, bəzi mənbələrə əsasən, həmçinin Səfəvilərdə Şahdan sonra 3-cü vəzifə (Şah, vəkil, vəzir) sayılan vəzir vəzifəsində çalışmış, Təbrizdə Şah İsmayılın gündəlik ziyarət etdiyi, talib, yəni tələbə kimi getdiyi və dərs aldığı Sufi təkyəsinə – Ocağına bir Sufi Şeyxi kimi rəhbərliyi həyata keçirmişdir.
Şah İsmayılın 50-dən çox şeirinin yer aldığı, yalnız nihan, yəni gizli dərvişlər arasında oxunan "Divan"ındakı sırf təsəvvüf şeirlərində Şah İsmayıl Miskin Abdalı özünün mürşidi, "Pir"i kimi vəsf edir.
Miskin Abdal bir müddət sarayda şairlər birliyinə başçılıq etmiş, daha sonra diplomatik missiya ilə əlaqədar qonşu ölkələrə ardıcıl səfərlər etmişdir. Xüsusilə, Osmanlı dövləti ilə Səfəvilər arasında olan gərginliyin aradan qaldırılması məqsədilə bir neçə dəfə Osmanlı sultanı Sultan Səlimlə görüşmüş, onu mənasız və qanlı döyüşlərdən, qardaş qırğınından çəkinməyə çağırmışdır:
«Sərgərdan qalmışam Urum elində;
Paşam, mürvət eylə, belə kar olmaz!".
Osmanlı sultanına müraciətlə yazdığı şeirində Miskin Abdal deyirdi:
"Türk Əcəmə, Əcəm Türkə zülm eyləsə, günahdı,
Hər ikisi bir kökdəndi, yaradan da Allahdı".
Mənbələrdə Miskin Abdalın Səfəvilərin apardığı müharibələrdə bir sərkərdə kimi də qoşunun qarşısında "Haçadil" adlanan atının belində saz çalaraq getdiyinə dair məlumatlar mövcuddur.
Miskin Abdal eposşünaslığımıza, dastan yaradıcılığına da dəyərli töhfələr bəxş etmişdir. Belə ki, o, Şeyx Heydər övladlarının acı taleyinə həsr edilmiş "Aslan şah və İbrahim" dastanının, habelə "Yetim Hüseyn" dastanlarının da müəllifidir. Həmçinin, Miskin Abdalın sağlığında və ya ölümündən sonra sufi aşiqləri tərəfindən onun həyatı ilə bağlı "Miskin Abdal və Sənubər" və "Miskin Abdal və Şah İsmayıl" dastanları yaradılmışdır. Miskin Abdalın şeir yaradıcılığı da zəngin və çoxçalarlıdır. Onun sufi-təsəvvüf məzmununda – qoşma, gəraylı, divani, təcnis (Azərbaycan ədəbiyyatında təcnis janrında ilk şeirin müəllifidir), deyişmə, bayatı, mərsiyə janrlarında onlarla şeirləri orta əsr Azərbaycan ədəbiyyatının nadir incilərindəndir. Onun "Dağlar" şeiri Azərbaycan ədəbiyyatında bu mövzuda yazılan şeirlərin zirvəsində dayanır. Lakin bu şeirlər onun zəngin ədəbi yaradıcılığının yalnız cüzi hissəsidir. Onun şeirlər külliyyatının ayrı-ayrı dövlətlərin arxivlərində araşdırmalar aparılmaqla axtarılıb tapılması istiqamətində elmi araşdırımalar davam etdirilməli və zəngin ədəbi irsi üzə çıxarılmalıdır.
Miskin Abdal öz dövründə, demək olar ki, bütün İslam arealında, hətta üç ənənəvi səmavi dinin müqəddəs məkanı olan tarixi Fələstin ərazilərində, Qüdsdə – müsəlmanların 2-ci müqəddəs məscidi sayılan "əl-Əqsa" məscidində böyük sufi mürşidi, övliya, pirani ustad kimi tanınmış, şöhrət qazanmışdır. Şeirlərinin birində bu barədə deyir:
"Günbəz əl-Cizrədə, Məscid-Əqsada,
Onlar da tanıyır dür usta məni".
Təsadüfi deyildir ki, 1515-ci ildə Şah İsmayıl Xətai Miskin Abdal ilə bağlı fərman imzalayaraq, onun Allah tərəfindən verilmiş böyük hikmət, fəzilət, kəramət (möcüzələr göstərmək qabiliyyəti və sair) sahibi olması, böyük sufi mürşidi, övliya olduğunu Səfəvilər dövləti adından təsdiq edir.
Fərmanda deyilirdi: "Ey mömin insanlar, Miskin Abdal mötəbər şəxsdir, ona inanın, nə mətləbiniz varsa, ondan diləyin!".
Həmin fərmanla Zərgərli kəndi Miskin Abdala hədiyyə edilir, ətraf 5 kəndin vergisinin də ona çatacağı bildirilir. Həmin fərmanın əsli və Miskin Abdala məxsus digər dəyərli sənəd və əşyalar indi də "Miskin Abdal ocağı"nda qorunub saxlanılır və ziyarət edilir.
Məlum olduğu kimi, Miskin Abdal bir müddət indiki Dağıstanın Axtı rayonunun Miskincə kəndində məskən salmış və orada "Səfəviyyə" təriqətinin yayılması, sufi müridlərinin hazırlanması və Səfəvilərin şimal sərhədlərindən gözlənilən təhlükələrin qarşısının alınması ilə məşğul olmuşdur.
1503-cü ildə Miskin Abdal valideynlərinin ölüm xəbərini eşidərək Şahın icazəsi ilə Dağıstanın Miskincə kəndindən Zərgərli kəndinə, yəni Sarıyaquba geri qayıdarkən yolda Dağıstan dağlarında borana düşərək iki oğlu – Əli və Həsəni donvurmadan itirir, böyük oğlu Şadman və qızı Məleykə sağ qalır ki, onun nəslini də bu iki övladı davam etdirir.
Miskin Abdalın yurd saldığı, ocaq çatdığı, məskunlaşdığı hər bir yer, yurd-yuva Azərbaycan xalqı tərəfindən "ocaq", Pir kimi qorunmuş, ziyarət edilmiş, insanların ümid, pənah yeri, Allaha dilək etdiyi müqəddəs məkan olmuşdur. 1988-ci ilin məlum hadisələrinə qədər Qərbi Azərbaycanda – Miskin Abdalın vətəni Sarıyaqub kəndində onun əşya və səndlərinin qorunub saxlanıldığı yer "Miskin Abdal Ocağı" kimi ziyarət edilmişdir.
Hətta XVII əsrin sonunda Səfəvilər şahı Sultan Hüseyn də Zərgərli, yəni Sarıyaqub kəndinə gələrək, Miskin Abdalın məzarını ziyarət etmiş, onun adına xütbə oxutdurmuşdur. Bu barədə rəsmi sənədlər hazırda da Goranboy rayonunun Qaradağlı kəndində onun qız nəslinin nümayəndələri tərəfindən qorunub saxlanılır və ziyarət edilir.
Qərbi Azərbaycanın Dərəçiçək mahalında Axta (Razdan) rayonunun Miskin (Axundov) kəndi Miskin Abdalın adını daşımış, Qarakilsə (Quqark) rayonunun Hollavar, Mollaqışlaq, Haydarlı kəndlərində Miskin Abdalla bağlı 8 ziyarətgah mövcud olmuşdur.
Azərbaycan ərazisində Gədəbəy rayonunun "Miskinli çuxuru" adlanan yerdə yerləşən 11 kəndin ərazisi Miskin Abdalı şərəfinə "Miskinli obası", bir kənd də Miskinli adlanır.
Oğuz rayonunun Xaçmaz (keçmiş Abdallı) kəndində Miskin Abdalın 20 tərəfdarının qəbri olduğu bildirilir.
Dağıstanın Miskincə (Miskinli) kəndi də bütöv Dağıstanda şiə məzhəbində olan yeganə kompakt yaşayış məntəqəsi kimi Miskin Abdalın əziz xatirəsini bu gün də öz adında yaşadır. Həmin qəsəbədə 19 müqəddəs ziyarətgah mövcuddur.
Miskin Abdal öz dövründə "Abdal" ilə yanaşı "Pir", "Ata", Şeyx" kimi sufi titullarını da daşımışdır.
1524-cü ilə qədər Təbrizdə sarayda müxtəlif yüksək dövlət vəzifələrində çalışmış Miskin Abdal Şah İsmayılın vaxtsız vəfatı ilə əlaqədar bərk sarsılır və saraydan birdəfəlik üz döndərib, doğma Göyçəsinə qayıdır.
Miskin Abdal Şah İsmayılın vəfatı ilə bağlı şeirində deyir:
"Şeyx oğlu İsmayıl, o cənnət-məkan,
Düşməz ələ bir yadigardı, getdi"
Miskin Abdal Şah İsmayılın vəfatını başqa bir şeirində isə "Candan Can ayrılması" kimi təsvir edir ki, bu da onların eyni, vahid "Can"ın, "Ruh"un daşıyıcıları, bir tamın iki parçası olduqlarını göstərir:
"Gedin deyin Lələ Bəyə
Bu naleyi-əfqanımı,
Qanlı fələk zülm elədi,
Ayırdı candan canımı".
Bundan sonra Miskin Abdal Göyçəyə qayıdıb, orada ilk məktəb açıb, maarifçilik işləri ilə məşğul olur. 1535-ci ildə 105 yaşında vəfat edir və doğma kəndində dəfn olunur.
Onun şəcərəsini yeganə oğlu Şadmanın ("ŞADMANLI" tayfası) və qızı Məleykənin ("OCAQLI" tayfası) nəslinin nümayəndələri davam etdirir.
Miskin Abdalın barəsində hələ sovet senzurasının tüğyan etdiyi keçmiş SSRİ dövründə mətbuatda – qəzet, jurnal və kitablarda məqalələr verilmiş, yaradıcılığı, şeirləri nəşr olunmuş, haqqında olan rəvayətlər dərc edilmişdir.
Səfəvilər tarixinə həsr olunmuş ilk tarixi roman olun "Bakı 1501" adlı əsərində (1981) xalq yazıçısı Əzizə xanım Cəfərzadə ilk dəfə Miskin Abdal obrazını tarixi-bədii ədəbiyyatımıza gətirmiş, onu Səfəvilərin böyük şairi və aşıq obrazında təqdim etmişdir. Həmin əsərdə o sarayda ədəbi gecənin birinin sırf Məhəmməd Füzuli və Miskin Abdalın yaradıcılığına həsr olunduğunu göstərməklə orada Miskin Abdal ilə Şah İsmayılın son dərəcə ibrətamiz və maraqlı mükaliməsini vermiş, Şah İsmayılın Miskin Abdalın adına fərman imzalaması faktını təsvir etmişdir.
Miskin Abdal ilə bağlı köklü və əsaslı tədqiqat işləri müstəqillik illərində Milli Elmlər Akademiyasının Folklor Elmi-Mədəni Mərkəzində, sonradan isə Folklor İnstitutunda həmin Mərkəzin və İnstitutun direktoru olmuş filologiya elmləri doktoru, professor Hüseyn İsmayılov və Miskin Abdal nəslinin tanınmış nümayəndəsi, jurnalist, şair-publisist, tədqiqatçı folklorşünas Tofiq Hüseynzadə tərəfindən aparılmış, mətbuatda, radio və televiziyada dəfələrlə bu mövzu işıqlandırılmışdır.
Həmin araşdırmaların nəticəsi olaraq 2001-ci ildə ilk dəfə Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə "Miskin Abdal" kitabı işıq üzü görmüş, əməkdar rəssam Cabbar Quliyev tərəfindən onun əzəmətli portreti çəkilmişdir.
2005-ci ildə Tofiq Hüseynzadənin sağlığında "Səfəvilərin böyük övliyası Miskin Abdal" kitabı nəşr olunmuşdür. Miskin Abdalın daşıdığı sufi anlayışlarının əsaslı elmi izahına həsr edilmiş elmi-tədqiqat əsəri olan "Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri" əsəri isə Tofiq Hüseynzadə tərəfindən 2005–2006-cı illərdə yazılsa da, onun 2006-cı ilin noyabr ayında vaxtsız vəfatı ilə əlaqədar yalnız 2018-ci ildə kitab şəklində nəşr olunmuşdur.
2018-ci ildə həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü Niftalı Göyçəlinin "Miskin Abdal və Səfəvilər", Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə "Səfəvilərin böyük ideoloqu, sufi şeyxi – Miskin Abdal" (professor Mahmud Allahmanlı) kitabları nəşr olunmuşdur.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Nurəddin Ədiloğlunun Səfəvilər tarixinə həsr olunmuş "Taxt və tabut" tarixi romanında (2019) MİSKİN ABDAL ŞAH İSMAYIL XƏTAİNİN VƏZİRİ vəzifəsində əsərə daxil edilmişdir.
Təəssüf ki, Miskin Abdalın "Miskin" və ya "Abdal" təxəllüslərinə istinad edərək özlərini həmin şəcərəyə qoşan və müəyyən məqsədlə ondan istifadə edənlərin sayı çoxalmaqdadır. Tarixdə, dünyanın bir sıra ölkələrində "Abdal" və "Miskin" təxəllüslü şairlər, aşıqlar, mütəfəkkirlər çox olub. Təkcə Türkiyədə "Abdal" təxəllüslü 29 şair olmuşdur. Eyni zamanda dünyanın bir çox ölkələrində "Miskin" təxəllüslü çoxsaylı şairlər olmuşdur: Azərbaycanda Miskincəli Miskin, Miskin Vəli, Miskin Əli, Miskin Əsəd, habelə erməni aşığı Miskin Bürcü, hətta Miskin təxəllüslü gürcü aşığı və sair olmuşlar. Yuxarıda göstərdiyimiz kimi Şah İsmayıl Xətainin, Əhməd Yasəvinin və Yunis İmrənin də "Miskin" təxəllüslü çoxsaylı şeirləri vardır. "Miskin" və "Abdal" məfhumları sufi-təsəvvüf anlayışları olmaqdan əlavə, yuxarıda göstərildiyi kimi, "Abdal" adı ilə tayfa, xalq, dövlət adı, həmçinin "Miskin" və "Abdal" adları ilə dağ, çay, yaşayış məntəqəsi, çoxsaylı yer, yurd adları olmuşdur və hazırda da mövcuddur. Bunların hər birinin həmin adlarla tanınmasının tamamilə fərqli, müxtəlif, ayrı-ayrı, bir-biri ilə əlaqəsi olmayan səbəbləri və tarixçələri vardır. Ona görə də istənilən "Miskin" və ya "Abdal" — yer, yurd, oba, dağ, yaşayış məntəqəsi, tayfa, nəsil və sair adlarının əsassız olaraq Miskin Abdalın adı ilə bağlanılması yolverilməzdir və ciddi qarışıqlığa, yanlış, arzuolunmaz qeyri-elmi nəticələrə yol aça bilər.
1) Sazım-sözüm, Bakı, 1973, s.12–13
2) Azərbaycan Ədəbiyyatı İnciləri/ Bayatı, Qoşma, Təcnis, Bakı, 1988, s. 70,181,534.
3) Zəki İslam, "El şairi Miskin Abdal", Günaydın qəzeti, № 27–28, 28–30 aprel və 1–4 may 1998-ci il.
4) Hüseyn İsmayılov, "Miskin Abdalın şəxsiyyəti və taleyi", Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, VIII kitab, Bakı, "Səda", 1999, səh.100–119.
5) Azad Ozan Kərimli, "Musiqi dünyası" jurnalı, № 1, 2000-ci il. səh.68.; http://www.musigi-dunya.az/Magazine2/articles/16/162.html
6) Hüseyn İsmayılov "Göyçə aşıqları və el şairləri", Səda-2006. səh.63–116
7) Maşallah Xudubəyli. "Mənim sazlı-sözlü dünyam". Bakı, "Elm və təhsil"-2010. səh.14–24; http://anl.az/el/x/xm_mssd.pdf
8) Miskin Abdal
9) (Maşallah Xudubəyli "Sazlı-Sözlü Göyçə") "Sazlı-sözlü Göyçə (II kitab)" (#bad_url) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.
10) Hüseyn İsmayılov "Miskin Abdal", Bakı,2001, https://ia601600.us.archive.org/19/items/huseyn-ismayilov-miskin-abdal-2001/H%C3%BCseyn%20%C4%B0smay%C4%B1lov%20-%20Miskin%20Abdal%20%20-%202001.pdf
11) Tofiq Hüseynzadə "Səfəvilərin böyük övliyası Miskin Abdal", Bakı, 2005; https://www.academia.edu/40616613/Miskin_Abdal;
12) Tofiq Hüseynzadə "Miskin Abdal — Qeyb Ərəni, Təsəvvüf Piri", Bakı, 2018; https://ia601605.us.archive.org/19/items/tofiq-huseynzad-miskin-abdal-qeyb-rni-tsvvuf-piri-2005-2018-nsr-ili/Tofiq%20H%C3%BCseynzad%C9%99%20Miskin%20Abdal%20-%20Qeyb%20%C6%8Fr%C9%99ni%2C%20T%C9%99s%C9%99vv%C3%BCf%20Piri%202005%20%282018%20n%C9%99%C5%9Fr%20ili%29.pdf
13) Mahmud Allahmanlı "Miskin Abdal — Səfəvilərin böyük ideoloqu, sufi şeyxi", Bakı, 2018; http://www.anl.az/down/meqale/kredo/2019/aprel/643489(meqale).pdf http://www.elibrary.az/docs/BOOKS/A22197.pd[ölü keçid];
http://shirvan.cls.az/front/files/libraries/2474/books/612254978.pdf Arxivləşdirilib 2020-02-18 at the Wayback Machine
14) Niftalı Göyçəli "Miskin Abdal və Səfəvilər", Bakı, 2018. https://ia902602.us.archive.org/10/items/niftali-goycli-yusifov-miskin-abdal-v-sfvilr-2018/Niftal%C4%B1%20G%C3%B6y%C3%A7%C9%99li%20%28Yusifov%29%20Miskin%20Abdal%20v%C9%99%20S%C9%99f%C9%99vil%C9%99r%20-%202018.pdf
http://davam.az/53374-niftal-gylinin-miskin-abdal-v-sfvilr-kitab-apdan-xb-yeni-nr.html
15) Tofiq Hüseynzadə, "Xəyal cığırı (Şeirləri, hekayələri, "Miskin Abdal — Qeyb Ərəni, Təsəvvüf Piri" əsəri") 3 cildlik kitabı, Bakı 2018, https://ia902607.us.archive.org/5/items/tofiq-huseynzad-seirlri-hekaylri-miskin-abdal-qeyb-rni-tsvvuf-piri-sri-3-cildd-2005-2018-nsr-ili/Tofiq%20H%C3%BCseynzad%C9%99%20%C5%9Eeirl%C9%99ri%2C%20Hekay%C9%99l%C9%99ri%2C%20Miskin%20Abdal%20-%20Qeyb%20%C6%8Fr%C9%99ni%2C%20T%C9%99s%C9%99vv%C3%BCf%20Piri%20%C9%99s%C9%99ri%203%20Cildd%C9%99%2C%202005%20%282018%20n%C9%99%C5%9Fr%20ili%29.pdf
http://shirvan.cls.az/front/files/libraries/2474/books/508499672.pdf"http://www.ebooks.az/view/wtaWYev2.pdf Arxivləşdirilib 2020-02-19 at the Wayback Machine"
16) Tofiq Hüseynzadə, "Aşıq deyişmələrinin poetikası" dissertasiya işi, monoqrafiya (2005), Bakı, 2017, http://elibrary.bsu.edu.az/files/books_ay/N_74.pdf
17) "Xalq qəzeti" qəzeti "Miskin Abdal ocağının söz xiridarları: Tofiq və Rafiq Hüseynzadələr"; http://www.anl.az/down/meqale/xalqqazeti/2018/may/590817.pdf
18) "Respublika" qəzeti "Miskin Abdal ocağının nümayəndəsi: Rafiq Hüseynzadə"; http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/21888-yeni-naeshrlaer-miskin-abdal-odzaghinin-numayaendaesi[ölü keçid]
19) "Miskin Abdal ve Senuber" destanı; http://www.millifolklor.com/PdfViewer.aspx?Sayi=39&Sayfa=83
20) "Miskin Abdalın kəramətləri"; http://araz.az/index.php/tarikh/6631-miskin-abdalin-k-ram-tl-ri-moedzuez-l-ri
21) Miskin Abdalın kəramətləri (möcüzələri); http://goyce.az/news.php?id=1261
22) Miskin Abdal-Səfəvilərin böyük ideoloqu, sufi şeyxi";http://goyce.az/news.php?id=1291
23)http://www.anl.az/down/meqale/kredo/2019/aprel/643489(meqale).pdf;http://www.elibrary.az/docs/BOOKS/A22197.pd[ölü keçid];
24) Niftalı Göyçəli "Miskin Abdal və Səfəvilər", Bakı, 2018. http://davam.az/53374-niftal-gylinin-miskin-abdal-v-sfvilr-kitab-apdan-xb-yeni-nr.html
25) Miskin Abdal Türkçe Vikipedi; https://tr.wikipedia.org/wiki/Miskin_Abdal;
26) Miskin Abdalın şeirləri;https://www.azadliq.org/amp/24911320.html;
27) Niftalı Göyçəli "Miskin Abdalın poetikası — I yazı"; http://davam.az/55288-mskn-abdal-hseyn-poetkas.html;
28) Təranə Vahid "Ruhun memarı — Miskin Abdal"; http://www.anl.az/down/meqale/medeniyyet/2011/noyabr/211739.htm;
29) Miskin Abdal (türkçe) "Namert ile yoldaş olma"; https://www.sevilensarkisozleri.com/miskin-abdal-namerd-ile-yoldas-olma-basin-sarki-sozleri-471096;
30) Miskin Abdal; http://goyce.az/news.php?id=263;
31) Miskin Abdal (şarkı sözleri); https://sarki.bikuple.net/miskin-abdal-sarki-sozleri-11647 Arxivləşdirilib 2020-02-21 at the Wayback Machine;
32) Həqq M.; http://anl.az/down/medeniyyet2007/mart/medeniyyet2007_mart_279.htm;
33) Mahmud Əyyublu "Həmişə inləyib qəmli nəğməsi";http://www.anl.az/down/meqale/palitra/2018/oktyabr/612100.htm
34) Miskin Abdal (Türkçe bilgi); https://www.turkcebilgi.com/miskin_abdal;
35) Miskin Abdal şiirleri (Türkçe);https://edebiyatvesanatakademisi.com/konular/miskin-abdal-azerbaycan-asik-xvi-yuzyil/739;
36) Miskin Abdal; http://goyce.az/news.php?id=342;
37) Rafiq Hüseynzadə -Miskin Abdal ocağının nümayəndəsi; http://goyce.az/news.php?id=793;
38) Miskin Abdal haqqında; https://haqqinda.az/Q%C9%99rbi+Az%C9%99rbaycan/48919-Miskin+Abdal.html;
39)http://www.anl.az/down/meqale/palitra/2018/noyabr/619323.htm;
40) Miskin Abdal "Dünya, səndə nəyim qaldı" şeiri; https://az.wikisource.org/wiki/D%C3%BCnya,_s%C9%99nd%C9%99_n%C9%99yim_qald%C4%B1;
41) Professor Mahmud Allahmanlı "Miskin Abdal-Səfəvilərin böyük övliyası" məqaləsi; http://www.anl.az/down/meqale/kredo/2019/aprel/643489(meqale).pdf;http://www.elibrary.az/docs/BOOKS/A22197.pd[ölü keçid];
42) Səkinə Qafarova "Miskin Abdal"; https://www.ensiklopediya.az/az/miskin-abdal
43) Miskin Abdal rus dilində wikipediada;https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D1%81%D0%BA%D0%B8%D0%BD_%D0%90%D0%B1%D0%B4%D0%B0%D0%BB;
44) Qədir Aslan "Miskin Abdal — Qeyb Ərəni, Təsəvvüf Piri"(Respublika qəzeti); http://www.anl.az/down/meqale/respublika/2019/mart/639723(meqale).pdf;
45) Nigar Nagiyeva "1990’dan günümüze Türkiye ve Azerbaycan edebiyatlarının karşılıklı etkileşimi";https://books.google.az/books?id=n-xdDwAAQBAJ&pg=PA260&lpg=PA260&dq=miskin+abdal&source=bl&ots=yiT1Fd_wBh&sig=ACfU3U09XcN0J5DhVvT5BmpE0c7_-C34jw&hl=ru&sa=X&ved=2ahUKEwidgavtxuLnAhVrzMQBHQoTBQI4PBDoATAEegQIBhAB;
46) Tofiq Hacıyev "Azərbaycan ədəbi dilinin tarixi";https://books.google.az/books?id=79zJDQAAQBAJ&pg=PA242&lpg=PA242&dq=miskin+abdal&source=bl&ots=vGrylSouVf&sig=ACfU3U1kvjDzb2-kclivnAA7cUOfjAoH_Q&hl=ru&sa=X&ved=2ahUKEwidgavtxuLnAhVrzMQBHQoTBQI4PBDoATADegQIBRAB;
47) Naile Asker "Aşık Nesip’te sufizm";https://dergipark.org.tr/tr/download/article-file/787664;
48) Tofiq HÜSEYNZADƏ "Tanrı miskini, Haqq carçısı"; http://goyce.az/news.php?id=621;
49) Qüdrət Piriyev (2017–10-15). "Aşıq deyişmələrinin poetikası" (azərb.). Xalq qəzeti. https://web.archive.org/web/20180514145422/http://www.xalqqazeti.com/pdf/xalqqazeti.pdf?5911 2018–05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018–05-14;
50) Tofiq HÜSEYNZADƏ "Abdal təsəvvüfün əsası kimi" (Miskin Abdal haqqında) http://goyce.az/news.php?id=956;
51) Miskin Abdalın şarkı sözleri (Türkçe);https://sarkisozu.xyz/miskin-abdal/sarkilari/
52) Miskin Abdal wikimənbə (şeirləri); https://az.wikisource.org/wiki/M%C3%BC%C9%99llif:Miskin_Abdal

16) Tofiq Hüseynzadə, "Aşıq deyişmələrinin poetikası" dissertasiya işi, monoqrafiya (2005), Bakı, 2017, https://ia902606.us.archive.org/35/items/tofiq-huseynzad-asiq-deyismlrinin-poetikasi-monoqrafiyasi-baki-2017/Tofiq%20H%C3%BCseynzad%C9%99%20A%C5%9F%C4%B1q%20deyi%C5%9Fm%C9%99l%C9%99rinin%20poetikas%C4%B1%20monoqrafiyas%C4%B1%2C%20Bak%C4%B1%2C%202017.pdf