Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Monarda
Monarda (lat. Monarda) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi və yayılması == Monarda (Monarda) dekorativ-ədviyyalı aromatik bitki olub acı nanə və melissa (ballı nanə, limonotu, bad-rənc) bitkilərinə qohum bitki hesab edilir. Vətəni Şimali Amerikadır. Burada o yabanı halda bitir. Avropa ölkələrində bu bitki haqqında məlumatı ispan həkimi Nikolas Monardesin kitabından əldə etmişlər. XIX əsrin əvvəllərində monarda bitkisini sitrus bitkisi olan berqamotun ətrinə oxşar ətir verdiyinə görə efiryağlı bitki kimi becərməyə başlamışlar. == Müalicəvi xüsusiyyətləri == Tədqiqatlar göstərmişdir ki, monardanın tərkibində müalicəvi təsirə malik olan, çox mürəkkəb tərkibli çoxlu (yüksək faizli) efir yağı vardır. Bu bitkinin yarpaqlarında, çiçəklərində həmçinin gövdəsində də efiryağları tapılmışdır. Bu yağlar kəskin limon, sedra və başqa təravətli çalarlara malik ətir verir.
Monarx
Monarx (yun. μόναρχος — yun. μόνος, "tək" və yun. αρχός, "hökmdar" — mütləq hökmdar) — monarxiya quruluşu mövcud olan dövlətlərdə vərasət, yaxud seçki (nadir hallarda) yolu ilə seçilən dövlət başçısı (çar, imperator, kral, sezar, kayzer, firon, knyaz, şahzadə, hersoq, taqavor, ekzarx, nequs, şah, sultan, əmir, xəlifə, xan, malik, bəy, vəzir, puştun və s.). Monarxın əlində ali hakimiyyət, hərbi və məhkəmə hakimiyyəti (mütləq Monarxiya, hazırda yalnız Asiya ölkələrində mövcuddur. Vatikan teokratik monarxiya hesab olunur) cəmləşə bilər. Dövrümüzdə monarxın hakimiyyəti ölkənin ali qanunverici orqanı ilə məhdudlaşdırılır (Parlamentli və ya Konstitusiyalı Monarxiya).
Monarda citriodora
Monarda citriodora (lat. Monarda citriodora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin monarda cinsinə aid bitki növü.
Monarda punctata
Monarda punctata (lat. Monarda punctata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin monarda cinsinə aid bitki növü.
Danaid-monarx
Monarx kəpənək, danaid-monarx (lat. Danaus plexippus) – danaus cinsinə aid həşərat növü. Subaldırğanı son dərəcə zəhərli bitkidir. Bir çox heyvan üçün öldürücü olmasına baxmayaraq, möcüzəvi bir şəkildə monarx kəpənəklərinin tırtılları zəhərli subaldırğanı bitkisi ilə qidalanırlar. Çünki tırtılların subaldırğanının zəhərinə qarşı immunitetləri var. Bir çox heyvan subaldırğanıdan uzaq durduğu zaman Monarx kəpənəkləri onun yarpaqların hamısını yeyə bilirlər. Bundan başqa, bu zəhərdən müdafiə vasitəsi olaraq da istifadə edirlər. Monarx tırtılları başqa kəpənəklərdən fərqli olaraq çox parlaq rənglərə sahibdirlər. Bu, onların düşmənləri üçün bir xəbərdarlıqdır və onlara tırtılların yeyilməyəcək xüsusiyyətə sahib olduğunu göstərir. Tırtıllar kəpənəklərə çevridikdə də bu zəhər molekulları dəyişmədən və çox güclü bir şəkildə bədənlərində qalır.
Monarx kəpənək

Monarx kəpənəkləri

Monarx layihəsi
MKUltra layihəsi (ing. Project MKULTRA) və ya Monarx layihəsi (ing. Project Monarch) — ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin gizli proqramının məxfi layihəsinin kod adıdır. Layihənin məqsədi şüurun idarə edilməsi vasitələrini, məsələn agentlərin verbovkası və dindirmələr zamanı informasiya çıxarmaqda psixotron kimyəvi vasitələrin insana təsirinin nəticələrini öyrənmək idi. Proqram 1950-ci illərin əvvəlindən 60-ı illərin sonuna kimi açıq, sonra isə gizli fəaliyyət göstərib. Mərkəzi Kəşfiyyat İdarəsi bilərəkdən 1973-cü ildə MK-ULTRA layihəsinin əsas fayllarını məhv etdi. Bu da 1975-ci ildə Amerika Konqresinə təcrübənin fəaliyytini öyrənmək işində əngəl yaratdı. Təcrübə altında olanlara kimyəvi maddə yeridilir və elektrik cərəyanı vasitəsilə komatoz vəziyyətə çatdırılandan sonra maqnit lentini dinləməyə məcbur edilirdi. Səs yazısında sadə komandalar dəfələrlə təkrar edilirdi. Məqsəd yaddaşın tam pozulması üzullarını kəşf etmək və şəxsiyyətin tam dəyişdirilməsi məsələsində irəliləyiş əldə etmək idi.
Böyük Britaniya monarxı
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının monarxı - Böyük Britaniyanın dövlət başçısı. Monarx dövlət başçısı olaraq icra hakimiyyətinə malik deyildir. Hökumət Britaniyanın 2 partiyalı sistemi hesabina parlamentə də xeyli dərəcədə təsir edir. Monarx millətin birliyinin və dövlətin varisliyinin simvoludur. O, cəmiyyətdə sabitliyin təminatçısıdır. Monarxın ənənə və konstitusiya adətləri ilə müəyyən olunmuş, bəzən məhkəmə presedentləri ilə müəyyən olunmuş, bəzən presedentləri ilə təsbit edilmiş və parlamentin iradəsindən asılı olaraq olmayan müstəsna hüquqları var. O, qanunları imzalayır və veto hüquqlarına malikdir (1707-ci ildən istifadə etmir). O, paralament iclaslarına xüsusi dəvətlə gələ bilər. O, parlamentin illik sessiyasını nitq söyləyərək açır. Monarx baş nazirin hazırladığı nitqi oxuduğundan heç nə dəyişə bilməz.
Kral: Əbədi monarx
The King: Eternal Monarch (kor. 더 킹: 영원의 군주) — Li Min-ho, Kim Qo-un, Vu Dohvan, Kim Kyon-nam, Cun Un-çe və Li Cunçin-nin baş rollarda oynadığı 2020-ci il romantik-fantastik Cənubi Koreya televiziya serialıdır. Kim Un-suk tərəfindən yazılmış, Hwa&Dam Pictures və onun əsas şirkəti Studio Dragon tərəfindən hazırlanmış serialın premyerası 17 aprel 2020-ci ildə SBS TV və Netflix-də qlobal tamaşaçı üçün yayımlanmışdır. İki paralel dünyada qurulan serial, krallığın əvəzinə Koreya Respublikasının mövcud olduğu ögey əmisi Li Limin açdığı mifik qapını keçdikdən sonra alternativ reallığa çıxışı kəşf edən Koreya Krallığının İmperatoru Li Qon haqqındadır. O, Li Limin vəhşiliklərinə son qoymaq və iki dünya arasında portal kimi istifadə edilən Manpasikcokun digər yarısını geri götürmək üçün yola çıxır. Serialın heyəti, ssenari müəllifi, geniş reklamı və istehsal büdcəsi ilə 2020-ci ilin ilk yarısında ən çox gözlənilən seriallardan biri kimi qarşılanan serial, SBS-in 2020-ci ilin cümə-şənbə dram premyeralarının ən yüksək reytinqlərinə görə rekord vurdu. O, həmçinin səkkiz həftə ardıcıl olaraq həftəlik "Wavve" dram cədvəlində 1-ci yeri qorudu və Hindistan, Malayziya, Filippin və Sinqapurda Netflix-də ən populyar Koreya dram serialı və ABŞ-da ilk iki serialdan biri kimi siyahıya alındı. Sonrakı epizodlarda qarışıq rəylər və gözləniləndən aşağı yerli televiziya tamaşaçı reytinqi aldı, xəbər mediası bunu axın platformalarından gələn rəqabətlə əlaqələndirdi və onun ssenarisi, istehsalı və müxtəlif mübahisələri tənqid etdi. == Süjet == Koreya Krallığının müasir imperatoru Li Qon səddi keçərək Krallığın əvəzinə Koreya Respublikasının mövcud olduğu alternativ reallığı tapır. O, uşaqlığının dönüş nöqtəsi olan atasına sui-qəsd zamanı aldığı şəxsiyyət vəsiqəsindən tanıdığı detektiv Con Te-ul ilə qarşılaşır.
Portuqaliyanın monarx konsortlarının siyahısı
== Burqoniya sülaləsi ==
İspaniyanın monarx konsortlarının siyahısı
== Həmçinin baxın ==
March Comes in Like a Lion
March Comes in like a Lion (azərb. Mart şir kimi gəlir‎), Yaponiyada tanınan adı ilə Sangatsu no Lion və ya 3-gatsu no Lion (3月のライオン, Sangatsu no Raion, azərb. Mart şiri‎) — Çika Uminonun yaratdığı manqa. Hakusensha nəşriyyatının Young Animal seynen jurnalında 2007-ci ilin iyul ayından bu günə kimi çap olunur. 2009-cu ildə Manqa Tayşö mükafatına nominasiya olunub və 2011-ci ildə həmin mükafatı qazandı. Həmin il Kodansha nəşriyyatının "Ümumi" kateqoriyasındaki mükafatına layiq olundu. Manqanın anime adaptasiyası 8 oktyabr 2016-cı ildən 18 mart 2017-ci ilə qədər NHK kanalında yayımlanmağa başlayıb, ikinci mövsüm 2017-ci ilin oktyabr ayından yayımlanacaq. == Məzmun == Hekayə Tokioda baş tutur. Baş qəhrəman 17 yaşlı Rey Kiriyama (桐山 零) peşəkar şogi oyunçusudur. Valideynləri və bacısı dünyalarını dəyişdirdiyi avtomobil qəzasından sonra atasının dostu Koda onu ailəsinə qəbul edir və şogi oynamağı öyrədir.