Monarda

Monarda (lat. Monarda) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.

Monarda
Elmi təsnifat
Beynəlxalq elmi adı

Tarixi və yayılması

[redaktə | mənbəni redaktə et]

Monarda dekorativ-ədviyyalı aromatik bitki olub acı nanə və melissa (ballı nanə, limonotu, bad-rənc) bitkilərinə qohum bitki hesab edilir. Vətəni Şimali Amerikadır. Burada o yabanı halda bitir. Avropa ölkələrində bu bitki haqqında məlumatı ispan həkimi Nikolas Monardesin kitabından əldə etmişlər. XIX əsrin əvvəllərində monarda bitkisini sitrus bitkisi olan berqamotun ətrinə oxşar ətir verdiyinə görə efiryağlı bitki kimi becərməyə başlamışlar.

Müalicəvi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Tədqiqatlar göstərmişdir ki, monardanın tərkibində müalicəvi təsirə malik olan, çox mürəkkəb tərkibli çoxlu (yüksək faizli) efir yağı vardır. Bu bitkinin yarpaqlarında, çiçəklərində həmçinin gövdəsində də efiryağları tapılmışdır. Bu yağlar kəskin limon, sedra və başqa təravətli çalarlara malik ətir verir. Bunlar bitkini xəstəlik və zərərvericilərdən qoruyur, ətri isə həşəratları cəlb edir ki, onlarda tozlanmanı təmin edirlər. Efir yağları bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Yaltada alimlər müəyyən etmişlər ki, monarda yağı, bronxial astma, xroniki bronxit, traxeit və s. xəstəliklərin müalicəsində tətbiq edilir. O, yad hüceyrələri sıxışdırır, qanı mühafizə edir, güclü antiseptik təsir göstərir. Yarpaq və çiçək qruplarından alınmış yağ, sıyıq (horra) və cövhər (şok) sağalmayan yaraları, ekzemanı, çapıqları, cırmaq yerlərini sağaldır, saçda kəpəyin əmələ gəlməsinin, qabıq soyulmasının qarsısını almağa kömək edir. Yaraları sağaltmaq və ağrıları aradan qaldırmaq üçün monarda yarpağından hazırlanmış cövhər daxilə qəbul edilir, tünd (qatı) cövhərlə yaralar yuyulur.Yaralara təzə yarpaqların şirəsini sürtdükdə daha yaxşı effekt alınır. Monarda sidikqovucu təsir göstərir, kapillyar qan damarlarının divarlarını bərkidir, ürək damarlarını genişləndirir. O yüksək arterial təzyiq zamanı qəbul edilir. O, qidaların mənimsənilməsini və mədə-bağırsaq traktını yaxşılaşdırır.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Cheilyctis (Raf.) Spach
  • Cheilyctis Benth.