Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nitrolaşma reaksiyası
Nitrolaşma reaksiyası – üzvi birləşmələrə nitroqrupun (-NO2) müxtəlif üsullarla daxil edilməsi prosesinə deyilir. Karbohidrogen atomunda bir və ya bir neçə hidrogen atomun nitroqrup ilə əvəz olunmasıdan əmələ gələn birləşmələrə nitrobirləşmələr deyilir. == Növləri == Nitroqrupun birləşdiyi karbohidrogen radikalından asılı olaraq nitrobirləşmələr 2 yerə bölünür: aromatik və alifatik nitrobirləşmələr. == Tətbiq sahəsi == Aromatik nitrobirləşmələr çox böyük tətbiq sahələrinə malikdir. Onlardan boyaq sənayesində, dərman preparatları, partlayıcı maddələr və s. istehsalında istifadə olunur. Nitrobenzol əsasən (90%-ə qədər) anilin istehsalına, boyaların sintezinə (2%-ə qədər), və s. sərf olunur. == Fiziki xassələri == Aromatik nitrobirləşmələr – rəngsiz və ya açıq sarı rəngdə yüksək temperaturda mayelərdir, ya da aşağı temperaturda əriyən bərk maddələrdir. Yüksək polyarlığına görə nitroarenlər yaxşı həlledicidirlər.