Nitrolaşma reaksiyası

Nitrolaşma reaksiyası – üzvi birləşmələrə nitroqrupun (-NO2) müxtəlif üsullarla daxil edilməsi prosesinə deyilir. Karbohidrogen atomunda bir və ya bir neçə hidrogen atomun nitroqrup ilə əvəz olunmasıdan əmələ gələn birləşmələrə nitrobirləşmələr deyilir.

Nitroqrupun birləşdiyi karbohidrogen radikalından asılı olaraq nitrobirləşmələr 2 yerə bölünür: aromatik və alifatik nitrobirləşmələr.

Tətbiq sahəsi

[redaktə | mənbəni redaktə et]

Aromatik nitrobirləşmələr çox böyük tətbiq sahələrinə malikdir. Onlardan boyaq sənayesində, dərman preparatları, partlayıcı maddələr və s. istehsalında istifadə olunur. Nitrobenzol əsasən (90%-ə qədər) anilin istehsalına, boyaların sintezinə (2%-ə qədər), və s. sərf olunur.

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Aromatik nitrobirləşmələr – rəngsiz və ya açıq sarı rəngdə yüksək temperaturda mayelərdir, ya da aşağı temperaturda əriyən bərk maddələrdir. Yüksək polyarlığına görə nitroarenlər yaxşı həlledicidirlər. Bu maddələr xarakterik acı badam iyinə malikdirlər, suda pis həll olurlar, zəhərlidirlər.

Aromatik karbohidrogenlərin nitrat turşusu ilə nitrolaşması bu tənlik üzrə gedir:

Ar – H + HONO2 → Ar – NO2 +H2O Nüvədə nitroqrupu olan nitrobirləşmələri aromatik karbohidrogenlərin nitrat və sulfat turşusu qarışığının (nitrolaşdırıcı qarışıq) iştirakı ilə nitrolaşması üsulu ilə alırlar:

HONO2 + C6H6 → C6H5NO2 + H2O

  • N. Ə. Səlimova, B. Ş. Sahpələngova. Ümumi kimya texnologiyasi, Baki – 2013 s. 287–293
  • Химическая энциклопедия. Том 3