Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gary
Geri (ad)
Aykut Oray
Aykut Oray (13 oktyabr 1942, Üsküdar, İstanbul - ö. 11 avqust 2009, Köyceğiz, Muğla), Türk teatr, kino və serial aktyorudur.
Gary Coleman
Qeri Ueyn Koulman (Gary Wayne Coleman, 8 fevral 1968, Zion, İllinoys — 28 may 2010, Provo, Yuta) — Amerikalı aktyor.
Gary Holt
Qeri Ueyn Holt (ing. Gary Wayne Holt; d. 4 may 1964, Riçmond, Kaliforniya) — amerikalı gitaraçı. O, Amerikanın treş-metal qrupu olan Exodus-un gitaraçısı, qrup lideri və əsas mahnı yazarı, eyni zamanda treş-metal qrupu Slayer-in gitaraçısıdır.
Karlovy Vary
Karlovı Varı -Çex Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan şəhəri. 2008-ci ilin statistik məlumatlarına görə şəhərin 53.708 nəfər əhalisi vardır. Paytaxt Praqadan təxminən 130 km qərbdə, tarixi Bohemiya bölgəsinin qərbində yerləşən şəhər 1370-ci ildə İmperator IV Karl tərəfindən qurulmuş və adını da qurucusundan almışdır. Şəhərdə çox sayda bulaq mövcuddur. Bunlardan ən istisi Termal Bulağıdır. Şəhərin ən böyük və ən məşhur tikilisi "Mill Kolonada"dır. Bulaqların əksəriyyəti bu kolonadada yerləşir. Karlovı Varını dünyada tanıdan ikinci səbəb isə böyük əhəmiyyətli sosial və mədəni tədbir olan, hər ilin iyul ayında keçirilən Beynəlxalq Kinofestifalıdır.
Mary Bell
Meri Bell (ing. Mary Flora Bell; d. 26 may 1957) — .
Mary vilayəti
Marı vilayəti (türkm. Mary welaýaty) — Türkmənistan Respublikasında inzibati ərazi vahidi. Vilayətin inzibati mərkəzi etrap hüquqlu Marı şəhəridir. == İnzibati-ərazi bölgüsü == Türkmənistan Dövlət Statistika Komitəsinin 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumatına əsasən Marı vilayəti inizbati cəhətdən 12 etrapa və 2 etrap hüquqlu şəhərə (Marı və Bayramalı), 12 etrap 3 etrap tabeli şəhərə (Yolötən, Sərhədabad və Şadlıq), 14 qəsəbə və 157 gənəşliyə bölünür. 157 gənəşlikdə isə 382 kənd yerləşir.
ARY Zindagi
ARY Zindagi — "ARY Digital Network" şirkətinin sahibləndiyi Pakistan özəl əyləncə telekanalı. Telekanal Hindistan, Pakistan və Türkiyə proqramlarını yayımlayır. ARY Zindagi ilk dəfə AsiaSat 3S 105.5 Degree East peyki ilə sınaq testi olaraq 5 aprel 2014-cü ildə yayımlanmışdır. Telekanal əsas yayımına 11 aprel 2014-cü ildə başlamışdır. Telekanal "ARY Zauq" telekanalının əvəzinə yaradılmışdır.
Mary və Max
Meri və Maks (ing. Mary and Max) — müstəqil, yetkinlər üçün animasiya, böyüklər üçün cizgi filmi və komediya-dram filmi. Adam Elliot tərəfindən yazılmış və rejissorluğu edilmiş 2009-cu ildə çəkilmiş və onun ilk cizgi filmi olmuşdur. Filmin prodüseri Melanie Coombs və Melodrama Pictures, musiqisi Deyl Korneliusdur. Səs heyətinə Filip Seymur Hoffman, Toni Collette, Erik Bana və Bethany Whitmore daxildir. == Haqqında == İki qeyri-mümkün qələm yoldaşı arasındakı dostluq nağılı: Melburn ətrafında yaşayan tənha, səkkiz yaşlı qız Meri və Nyu Yorkda yaşayan qırx dörd yaşlı, kəskin piylənmədən əziyyət çəkən Maks. Aralarında yalnız məktublaşma ilə əlaqə qura bilən dostlar bir-birilərindən xəbərsiz maraqlı, düşündürücü və həyata başqa pəncərələrdən baxmağa sövq edən mövzular haqda söhbət edirlər. == Filmin süjeti == 1976-cı ildə səkkiz yaşlı Mary Daisy Dinkle (Bethany Whitmore) Avstraliyanın Viktoriya ştatındakı Waverley dağında tənha həyat sürür. Məktəbdə alnında bədbəxt bir doğum ləkəsi olduğuna görə sinif yoldaşları onu ələ salırlar. Evdə olarkən onun uzaq atası Noel və alkoqolik, kleptoman anası Vera az dəstək verir.
30 St Mary Axe
Gherkin — Londonun memarlıq rəmzinə çevrilən və britaniyalıların "Gherkin" adlandırdıqları 40 mərtəbəli "St. Mary Axe" binası. 2014-cü ilin yay aylarında satışa çıxarılan bu binanı braziliyalı investor Joseph Safra Londonun mərkəzində yerləşən Gherkin binası üçün 726 milyon funt sterlinq (1.1 milyard dollar) təklif edib. == Tarixi == Göydələn 2001–2004-cü illərdə məşhur britaniyalı arxitektor Norman Fosterin layihəsilə tikilib. Tikintisi 400 milyon dollara başa gələn və 180 metr hündürlüyündə olan bina elə layihələşdirilib ki, bu tipli digər binalarla müqayisədə 2 dəfə az elektrik enerjisi sərf edir. Bu səbəbdən "Gherkin" binasını çoxları "ekoloji göydələn" adı ilə də çağırırlar. Gherkin həm də turşuya qoyulmaq üçün yararlı olan kiçik xiyar növlərinin adıdır. "Gherkin" Londonun əsas rəmzlərindən birinə çevrilərək müasir memarlıq sənətininin ən məşhur nümunələrindən sayılır. "Evans Randall" şirkətilə şərikli əsasda binanın sahibi olan Almaniyanın "IVG Immobilien" şirkəti 2013-cü ildə müflis oluğunu elan etmişdi. Hesablamalara görə, Londonun müasir mənzərəsini yaradan 10 ən məşhur binasının ümumi dəyəri 11 milyard dollar təşkil edir.
Aare
Are və ya Aare (alm. Aare‎, fr. Aar) — İsveçrədə çay. Reyn çayının sol qolu. Uzunluğu 295 km, hövzəsinin sahəsi təqribən 17,8 mun kv. kilometrdir. Bern Alp dağlarındakı Aare buzlaqlarından başlanır. Tun gölünədək gəmiçiliyə yararlıdır. Aşağı axınında orta illik su sərfi saniyədə 560 kub metrdir. Aare çayı boyunca çoxlu Su Elektrik Stansiyaları var.
Bard
Bard — Qədim keltlərdə şair-nəğməkar. Bardlar poeziyası eramızdan əvvəl meydana çıxıb və XVIII əsrə qədər davam etmişdir. Bir müddət bardlar knyaz saraylarında oxuyan şair-nəğməkarlar idi. Bardlar bir neçə dərəcəyə bölünürdülər. Yüksək dərəcəli sənətkar bard olmaq üçün uzun müddət (10–12 il) xüsusi məktəbdə təlim almaq lazım idi. Bardlar poeziyası Avropada çox yayılaraq romantizmin inkişafına təsir göstərmişdir. XIX–XX əsrlərdə bard, əsasən, şair sözünün sinonimi kimi işlənirdi. Bəzən təmtəraq üçün, yaxud kinayə məqsədilə də "şair" əvəzinə "bard" deyirlər.
Bari
Bari — İtaliyanın cənub-şərqində Adriatik dənizi kənarında bir liman şəhəridir. Puglia bölgəsinin ve eyni adlı Bari ilinin mərkəzidir. Bari bələdiyəsi əhatəsi daxilində əhali sayı 319.978-ə , varoş bələdiyyəsi ilə birlikdə (təx. 230 km² lik) 653.028 dir. Metropoliten Bari bölgəsində əhali təxminən 1 milyondur. Cənubi İtalyanın yarımadadakı Napolidən sonra ikinci böyük şəhəri olan Bari, böyük bir regional mərkəz və xüsusilə Aralıq dənizinin şərqlə əlaqələrində əhəmiyyətli bir ticarət şəhəridir. Yaxın dövrdə ənənəvi sənayeyə, qida sənayesi, kimya, toxuma və maşın sənayeləri əlavə olunmuşdur. Köhnə şəhərin iştirak etdiyi burun, köhnə və yeni limanları ayırır; arxada iştirak edən 19. əsr şəhəri, dama taxtası formasında bir plana görə qurulmuşdur. Bari Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşıb.
Barj
Barja — yedək gəmisi, su nəqliyyatı vasitə. == Ümumi məlumat == Barja taxta və dəmir hissələrdən hazırlanırdı. Barjanın dəniz, göl, çay, kanal sularında işlədilən müxtəlif formaları olmuşdur. Yük tutumu böyük olan və yaxşı materialdan hazırlanmış barjalar 20 il müddətində iş üçün yararlı olurdu.
Barl
Barl (fr. Barles, oks. Barles) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Seyn kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04020. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat meşəçilik, kənd təsərrüfatı, qoyunçuluq və turizmə əsaslanır. 2007-ci ildə 93 yaşında (15-64 yaş arasında) 64 nəfər iqtisadi cəhətdən fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 67.2%).
Baroy
Baroy (çeç. Бара) — Çeçenistan Qalançoj rayonu, Terloy dərəsində Bara-exk dağ çayının sağ sahilində tikilmiş iri qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XIV əsrə aid edilir. Kompleks iki ayrı istehkamdan - Yuxarı və Aşağı Barodan ibarətdir. == Tarixi == Tanınmış rus arxeoloqu Vsevolod Miller dağ memarlığı abidələrinə çox diqqət yetirirdi. 1886-cı ilin iyununda o, Çeçenistan və İnquşetiyanın bir çox bölgələrini araşdırdı. Tədqiqatları nəticəsində buradakı qala kompleklərinin təsvirləri və çertyojları da daxil olmaqla orta əsr binalarını təsvir edən kitab çapdan çıxarır. Onun izi ilə yerli qədim abidələr (arxeoloqların əsərləri - P.S.Uvarova, V.İ.Dolbejev, N.K.Zeydlitsa, Q.A. Vertepov və s.) haqqında məlumatları özündə əks etdirən bir çox müəlliflərin çoxlu məqalə və kiçik esseləri meydana gəldi. == Təsviri == Qala kompleksinin yrı-ayrılıqda dayanan iki istehkamı - Yuxarı və Aşağı Baroyu təmsil edir. Yuxarı və Aşağı Baroya müdafiə qüllələri (indi dağıdılmış) və onlarla yaşayış binası daxildir.
Carya
Hikori (digər adı Karya) (lat. Carya) — Şimali Amerikada və Çində bitən fındıqkimilər fəsiləsindən qoz cinsi.
Dara
Dara bu mənalarda gələ bilər: I Dara — Əhəməni hökmdarları. II Dara — Əhəməni hökmdarları. III Dara — Əhəməni hökmdarları.
Dari
Dəri dili (dəri دری ) — Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Dark
Dark (dağ)
Dart
Dart — Lars Bak və Kasper Lund tərəfindən hazırlanmış və Google tərəfindən hazırlanmış proqramlaşdırma dili. Veb və mobil proqramlar, həmçinin server və masaüstü proqramlar hazırlamaq üçün istifadə edilə bilər. Dart obyekt yönümlü, sinif əsaslı, C üslublu sintaksisi olan tullantı toplayan dildir. O maşın kodu, JavaScript və ya WebAssembly kompilyasiya edə bilər. O interfeysləri, miksinləri, abstrakt sinifləri, refikasiya olunmuş generikləri və tipləri dəstəkləyir. == Tarixi == Dart 10-12 oktyabr 2011-ci ildə, Danimarkanın Orhus şəhərində keçirilən GOTO konfransında təqdim olundu. Layihənin əsasını Lars Bak və Kasper Lund tərəfindən qoyulub. Dart 1.0 14 noyabr 2013-cü ildə yayımlandı. Dart əvvəlcə qarışıq qəbul edilmişdi. Təşəbbüs Chrome-da Dart VM-ni yaratmaq planlarına görə interneti parçaladığına görə tənqid edilirdi.
Aarya Babbar
Aarya Babbar (24 may 1981, Bombey) — Bollivud və Pəncab filmlərində çəkilən hind aktyoru.
Arndale Board
Arndale Board bir-çox imkanlara sahib olan, ARM Cortex-A15 MPCore prosessoru üzərində Cənubi Koreyada yaradılmış bir-lövhəli kompüterdir. == Xüsusiyyətləri == Arndale Board dörd hissədən ibarətdir: Mərkəzi Prosessor lövhəsi, Əsas lövhə, Audio lövhəsi, və Konnektorlar lövhəsi.
Arye Qut
Arye Qut (2 iyun 1975, Bakı – 20 sentyabr 2022) — "Cəmiyyət üçün beynəlxalq layihələr" təşkilatının başçısı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik, The Jerusalem Post qəzetinin siyasi şərhçisi. == Həyat və fəaliyyəti == Arye Qut 2 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Sonra müəllimlik təcrübəsi keçmək məqsədi ilə İtaliyanın Genova Universitetinə göndərilib. Üç il ərzində Bakı Dövlət Universitetinin ən gənc müəllimlərindən biri idi. Beynəlxalq münasibətlər sahəsində magistr elmi dərəcəsi var. Arye Qut azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışır. 2000-ci ildə İsrail Dövlətinə köçüb. 2002–2009-cu illər ərzində Arye Qut tanınmış "GİLRO LTD" İsrail şirkətində idxal-ixrac departamentin rəhbəri çalışıb. 2007–2009-cu illərdə Arye Qut Türkiyənin İsraildəki səfiri Namiq Tanın siyasi müşaviri vəzifəsində çalışıb.
Bari FK
Bari FK (it. Società Sportiva Calcio Bari) – İtaliyanın Bari şəhərini təmsil edən futbol klubu. 1908-ci ildə qurulmuşdur. Ev oyunlarını 58.270 tamaşaçı tuta bilən San Nikola stadionunda oynayır. Klub hazırda İtaliyanın B Seriyasında çıxış edir. == Tarixi == XX əsrin 30–40-cı illəri klub tarixinin ən uğurlu dövrü hesab olunur. Bu zaman kəsiyində komanda A Seriyasının daimi iştirakçısı olmuş, 1947-ci ildə isə klub, A Seriyasında 7-ci yerdə qərarlaşmışdır. 1950-ci illərdən başlayaraq klub zəifləyir. Bu dövrdə klub A Seriyasında cəmi 5 mövsüm keçirdir (1958–61, 1963–64 və 1969–70). 1974-cü ildə komanda C seriyasına qədər düşür.