Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Parkur
Parkur (fr. parkour, parcours, parcours du combattant - "məsafə", "maneə həddi" sözünün təhrif olunmuş forması) — bir qayda olaraq şəhər şəraitində yerdəyişmə, maneələri aşma sənəti. Parkurla məşğul olanların bir çoxu bunu həyat üslubu kimi qəbul edir. Hərəkatın ideoloqları Devid Bell və Sebastyan Fukandır. Hazırda bir çox ölkədə fəal şəkildə müəyyən birliklər və şəxslər tərəfindən təbliğ olunur və inkişaf etdirilir. Parkurun mahiyyətində hərəkət və müxtəlif səciyyəli maneələrin dəf olunması durur. Bu maneələr memarlıq abidələri (məhəccərlər, hasarlar, divarlar və s.) də, xüsusi hazırlanmış konstruksiyalar (məşqlər və tədbirlər zamanı istifadə olunan) da ola bilər.
Cin Harlou
Cin Harlou (ing. Jean Harlow; 3 mart 1911 — 7 iyun 1937) — ABŞ aktrisasıdır.
Helena Barlou
Helena Barlou (5 sentyabr 1998) - İngiltərə keçmiş uşaq aktrisası. == Həyatı və karyerası == Helena Barlou 5 sentyabr 1998-ci ildə Londonda anadan olmuşdur. 2009-cu ildə aktrisa karyerasına başlamışdır. O, İngilis Gənclər Balet Teatrı üçün "Şelkunçik" baletində oynamışdı. Sonra isə Maykl Kroft Teatrının açılış mərasimlərində iştirak etdi. 2011-ci ildə ilk və ən tanınan filmi olan "Harri Potter və Ölüm Hədiyyələri. II hissə" filmində Ron Uizlinin qızı Rosa Qreyncer-Uizli rolunu canlandırdı. Bu film həm də ticarət baxımından uğurlu idi. Həmin il həm də "Horrid Henri" filmində Susan rolunu canlandırdı. 2012-ci ildə hələ ki, sonuncu filmi olan "Böyük gözləntilər" filmində gənc Estella Heymişem rolunu canlandırdı.
Indian Harbour Beach, Florida
İndian Harbor Biç, ABŞ-nin Florida ştatındakı Brevard qraflığında bir şəhərdir. 26 noyabr 2009-cu il tarixinə şəhərin əhalisi ümumilikdə 8.225 nəfərdir. == Demoqrafiya == === 2010-cu il siyahıyaalması === 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya almaya görə, şəhər əhalisinin 65.496 nəfər, 26.845 ev və 17.835 ailə olduğu müəyyən edilmişdir. Şəhərdəki əhali bölgüsünün 64.0% Ağ, 33.0% Afro-Amerikalı, 0.1% yerli Amerikalı, 1.2% Asiya mənşəli və 0.6% digər xalqlardan ibarət olduğu müəyyən edilmişdir. === 2000 siyahıyaalması === 1 aprel 2000-ci il tarixində aparılmış siyahıya almaya əsasən, şəhərin əhalisinin 57.537 nəfərdən, 23.685 evdən və 17.708 ailədən ibarət olduğu müəyyən edilmişdir. Şəhərdəki əhali bölgüsünün 64.0% Ağ, 33.0% Afro-Amerikalı, 0.1% hindu, 1.2% Asiya mənşəli və 0.6% digər xalqlardan ibarət olduğu müəyyən edilmişdir.
II Berenqer de Palou
II Berenqer de Palou (kat. Berenguer de Palou II; XII əsr – 1241, Barselona) — 1212–1241-ci illərdə Barselona yepiskopu. Araqonlu I Xamesin əsas dəstəkçisi olmuşdur. == Həyatı == Karyerasına dayısı I Berenqer de Palounun yepiskopluğu dövründə Barselona kafedralında kanon kimi başlamışdır. Qısa müddətdən sonra 1212-ci ildə yepiskop seçilmişdir. O, Araqonlu II Pedro ilə əlmohadlara qarşı Las Navas de Tolosa döyüşündə iştirak etmişdir. Palou daha sonra kral məsləhətçisi və Kataloniya-Araqon koronasının kansleri kimi xidmət vermişdir. 1219-cu ildə Misirdə Dumyata qarşı beşinci səlib yürüşündə iştirak etmişdir. O, kasıblar üçün müxtəlif qurumlar təsis etmişdir. 1218-ci ildə Mersedarian ordenin təsis edilməsini dəstəkləmişdir.