II Berenqer de Palou

II Berenqer de Palou (kat. Berenguer de Palou II; XII əsr1241[1], Barselona) — 1212–1241-ci illərdə Barselona yepiskopu. Araqonlu I Xamesin əsas dəstəkçisi olmuşdur.

II Berenqer de Palou
kat. Berenguer de Palou II
Barselona yepiskopu II Berenqer de Palou (oturan) Araqonlu I Xames.
Barselona yepiskopu II Berenqer de Palou (oturan) Araqonlu I Xames.
Barselona yepiskopu
Vəzifədədir
1212-1241-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi XII əsr
Vəfat tarixi
Vəfat yeri Barselona
Fəaliyyəti katolik keşişi[d], diplomat, hərbi qulluqçu, siyasətçi
Dini Roma-Katolik kilsəsi
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Barselona kafedralında yerləşən qəbri.

Karyerasına dayısı I Berenqer de Palounun yepiskopluğu dövründə Barselona kafedralında kanon kimi başlamışdır. Qısa müddətdən sonra 1212-ci ildə yepiskop seçilmişdir. O, Araqonlu II Pedro ilə əlmohadlara qarşı Las Navas de Tolosa döyüşündə iştirak etmişdir.[2] Palou daha sonra kral məsləhətçisi və Kataloniya-Araqon koronasının kansleri kimi xidmət vermişdir.[2]

1219-cu ildə Misirdə Dumyata qarşı beşinci səlib yürüşündə iştirak etmişdir.[2]

O, kasıblar üçün müxtəlif qurumlar təsis etmişdir. 1218-ci ildə Mersedarian ordenin təsis edilməsini dəstəkləmişdir.

1219-cu ildə Barselonanın Dominikan və Fransiskan ordenləri ilə tanış olmasını dəstəkləmişdir.

1225-ci ildə I Xameslə birlikdə Peniskola (Valensiya əyaləti) olan uğursuz hücumda iştirak etmişdir.[2]

I Xames və Palou Malyorkanı işğal etmək qərarına gəlmişdirlər və Palou 99 cəngavər və 1000 ayaq əsgər vermişdir. Mükafat kimi ona 875 rıtsarlıq torpağı və 8 yel dəyirmanı bağışlanılmışdır. Əslində isə bunlar baron Andratxın mülkləri idi.[2] Malyorka müsəlmanlarına qarşı hərbi əməliyyatlar zamanı o yaralanmış və bu adanın müsəlmanlarına qarşı sonuncu kampaniya müddətində ayağı şikəst qalmışdır.[2]

1233-cü ildə Tarraqonanın baş yepiskopu seçilmiş, amma papa IX Qriqori bunu təsdiq etməmişdir və Palou bu yeri tuta bilməmişdir.[2]

1237-ci ildə Barselonada Santa Klara monastırının qurulmasına kömək etmişdir.

1238-ci ildə Valensiya və Deniya tayfalarına edilən hücumlarda iştirak etmişdir. Nəticədə, müxtəlif mülklər əldə etmişdir.

1241-ci ildə ölmüşdür və hazırda Barselona kafedralında türbəsi yerləşir.

  1. Berenguer de Palou // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  2. 1 2 3 4 5 6 7 ?. "Berenguer de Palou". Enciclopèdia Catalana, S.A. 2008. 2013-01-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]